Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-922/2021 03.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlakın çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Şəki rayonu Şorsu kəndində yerləşən yaşayış sahəsindən Cavabdeh məxsus nişan-cehiz əşyalarının, yəni 1 ədəd sandıq, 1 ədəd palaz, 1 dəst (qabaq stolu, 6 ədəd stul) stol-stul dəsti, 4 ədəd yorğan, 4 ədəd böyük döşək, 4 ədəd kiçik döşək, 6 ədəd yastıq, 2 ədəd ədyal, 1 ədəd tozsoran, 1 ədəd ət maşını, 1 ədəd şirəçəkən, 1 ədəd böyük çaydan, 1 ədəd çaydan, 1 ədəd qazan dəsti, 2 ədəd ləyən, 3 ədəd plastik qablar, 4 ədəd sini, 3 dəst servislər (çaynı, yemək, kofe), 6 ədəd piyalə kasa, 12 ədəd boşqab, 1 dəst (6 ədəd) çaşka-nəlbəki dəsti, 6 ədəd razetqa, 6 ədəd qənd qabı, 1 ədəd kül qabı, 1 ədəd qaşıq naboru, 1 dəst şirniyyat dəsti, 11 ədəd rumka, 1 dəst (6 stəkan, 1 qrafinka) qrafinka dəsti, 4 ədəd konfet qabı, 12 ədəd rumka, 1 dəst (6 stəkan, 6 nəlbəki) armudu stəkan dəsti, 12 ədəd xrustal çay stəkanı, 3 ədəd güldan, 2 ədəd süfrə, 2 ədəd yataq örtüyü (pakrıval), 1 ədəd qapı üçün pərdə, 1 ədəd pəncərə üçün pərdə, 1 ədəd ütü, 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 2 ədəd çərəzliyin çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 19 noyabr 2008-ci ildə ailə həyatı qurmuş və həmin tarixdən etibarən aralarında olan nikah rəsimləşmişdir. Onların birgə nikahından 22 noyabr 2011-ci il təvəllüdlü Səma adlı uşaqları dünyaya gəlmişdir. Aralarında olan narazılıqlar səbəbindən nikahın pozulması ilə məhkəməyə müraciət olunmuş, Şəki Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(075)-198/2017 saylı qətnaməsi ilə tərəflərin arasında bağlanmış 19 noyabr 2008-ci il tarixli nikah pozulmuş və birgə nikahdan dünyaya gəlmiş 22 noyabr 2011-ci il təvəllüdlü X4 Cavabdeh yanında saxlanılmışdır. Nikahları pozulduqdan sonra cavabdeh tərəf özü ilə gətirdiyi nişan-cehiz əşyalarını aparmamışdır. Dəfələrlə götürülməsi xahiş edilsə də, cavabdeh tərəf bundan imtina etmişdir. Cavabdehə məxsus əşyaların onun yaşayış sahəsində qalması həmin sahədən istifadəsinə maneə törədir. Eyni zamanda onun özünə məxsus əşyaların yerləşdirilməsində çətinlik yaradır. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddianı müdafiə etdiyini bildirdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, Şəki rayonu Şorsu kəndində yerləşən digər fərdi yaşayış evləri kimi iddiaçının yaşadığı evin də mülkiyyət sənədləri yoxdur. Fərdi yaşayış evi əvvəlcə iddiaçının atasının sahibliyində olmuş, onun vəfatından sonra iddiaçıya keçmişdir. Hazırda əmlakda iddiaçı anası ilə birlikdə yaşayır. Məhkəmə tərəfindən ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə sorğu verilsə belə, mülkiyyət sənədləri aşkar edilməyəcəkdir. Belə ki, həmin kənd sakinlərinin əksəriyyətinin mülkiyyət sənədi yoxdur. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tərəflərin izahatı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı Cavabdeh ilə 2011-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və sonuncu Şəki rayonu Şorsu kəndində yerləşən evə gəlin köçmüşdür. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuş, lakin Cavabdeh məxsus cehiz əşyaları iddiaçının yaşadığı Şəki rayonu Şorsu kəndində yerləşən evdə qalmışdır. Bu səbəbdən də iddiaçı cavabdehə məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə biavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı Şəki rayonu Şorsu kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından cavabdehə məxsus əşyaların həmin evdən çıxarılmasını mübahisələndirmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Göründüyü kimi şəxsin tələblə məhkəməyə müraciəti zamanı ilk növdədə onun həmin tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması və cavabdeh tərəfindən şəxsin subyektiv hüququnun pozulub-pozulmaması halları araşdırımalıdır. Subyektiv hüququn yaranması üçün ən vacib elementi olan öz hərəkətlərinə hüquqi ixtiyar hazırkə tələbdə iddiaçıya məxsus deyildir. Birinci element olmadığı təqdirdə subyektiv hüququn digər elementlərindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən müvafiq olaraq mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. İddiaçının qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət sənədləri olmadığından hazırkı iddiaya baxılması mümkün deyildir. Məhkəmə iddiaçıya qeyd edilənlərə riayət etməklə mülkiyyət sənədləri əldə etdikdən sonra məhkəməyə müraciət etməsini tövsiyə edir. Hal-hazırda isə iddiaçı mülkiyyətində olan evdən cavabdehin cehiz əşyalarının çıxarılmasını tələb etməkdə haqlı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «cavabdehə məxsus olan əşyaların mülkiyyətindən çıxarılması» tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı «onun Şəki rayonu Şorsu kəndində yerləşən yaşayış sahəsindən Cavabdeh məxsus nişan-cehiz əşyalarının; yəni 1 ədəd sandıq, 1 ədəd palaz, 1 dəst (qabaq stolu, 6 ədəd stul) stol-stul dəsti, 4 ədəd yorğan, 4 ədəd böyük döşək, 4 ədəd kiçik döşək, 6 ədəd yastıq, 2 ədəd ədyal, 1 ədəd tozsoran, 1 ədəd ət maşını, 1 ədəd şirəçəkən, 1 ədəd böyük çaydan, 1 ədəd çaydan, 1 ədəd qazan dəsti, 2 ədəd ləyən, 3 ədəd plastik qablar, 4 ədəd sini, 3 dəst servislər (çaynı, yemək, kofe), 6 ədəd piyalə kasa, 12 ədəd boşqab, 1 dəst (6 ədəd) çaşka-nəlbəki dəsti, 6 ədəd razetqa, 6 ədəd qənd qabı, 1 ədəd kül qabı, 1 ədəd qaşıq naboru, 1 dəst şirniyyat dəsti, 11 ədəd rumka, 1 dəst (6 stəkan, 1 qrafinka) qrafinka dəsti, 4 ədəd konfet qabı, 12 ədəd rumka, 1 dəst (6 stəkan, 6 nəlbəki) armudu stəkan dəsti, 12 ədəd xrustal çay stəkanı, 3 ədəd güldan, 2 ədəd süfrə, 2 ədəd yataq örtüyü (pakrıval), 1 ədəd qapı üçün pərdə, 1 ədəd pəncərə üçün pərdə, 1 ədəd ütü, 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 2 ədəd çərəzliyin çıxarılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-922/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-922/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver