Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-936/2020 26.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı İsmayılov Gözəl Xanlar qızının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı «Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tətbiqi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142460006 saylı kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsinin müqaviləsinin bağlanılması, borc məbləğinin 5 il müddətində 1 % olmaqla ödənilməsi və cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğində mənəvi ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki,o, xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-dən 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. Kreditin müəyyən hissəsini ödəsə də sonradan qalan borcunu ödəyə bilməmişdir. Bank tərəfindən məhkəməyə müraciət edilmiş, ondan və zamini X2 cəmi 1681.5 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə xx xxx 2016cı il tarixli 2(075)-4914/2016 saylı məhkəmə əmri qəbul edilmişdir. Məhkəmə əmri icra qurumuna göndərilmiş, həmin borcun əsas hissəsi ödənilmişdir. Cavabdeh1 ASC ilə arasında bağlanan xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsine düşmüşdür. İddiaçı təşkilat qeyd edilən fərmanın icrası ilə bağlı onunla borc məbləğinin restrukturizasiyasını həyata keçirməli, mövcud olan borc məbləğini birinci il güzəşt tətbiq etməklə ona 5 illik yeni ödəniş cədvəli verməlidir. Lakin bank tərəfinden bütün bunlara əməl edilməmiş, kredit müqaviləsinin restrukturizasiyası ilə bağlı ona heç bir təklif göndərilməmişdir. Əksinə o, müraciət edən zaman əlaqə saxlanıldığı və xəbərdarlıq göndərildiyi bildirilmiş, lakin bununla bağlı heç bir sənəd təqdim edilməmişdir. Hətta zamindən tutulma aparılması üçün müraciət edilmişdir. Ölkə başçısının humanist addımı bank əməkdaşları tərəfindən və əsassız olaraq zamindən tutma aparan Cavabdeh2 tərəfindən kobud şəkildə pozulmuşdur. Bunun nəticəsində o, əsəb və stress keçirmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianı xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142460006 saylı kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsinin müqaviləsinin bağlanılması və borc məbləğinin 5 il müddətində 1 % olmaqla ödənilməsi hissəsində tam müdafiə edir. İddianın mənəvi ziyan hissəsində təmin edilməməsinə etirazı yoxdur. Məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında xx xxxxxxxx 2014-cü il tarixdə 034CASA142460006 saylı kredit, X6 ilə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə ilk aylarda ödənişlər vaxtı-vaxtında həyata keçirilsə də, sonradan İddiaçı ödənişləri gecikdirmiş və ya icra etməmişdir. Buna görə də Cavabdeh1 ASC tərəfindən məhkəməyə müraciət olunmuş, borcun tutulması ilə bağlı məhkəmə əmri çıxarılmış, məhkəmə əmri icraya yönəldilmişdir. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri altına düşmüşdür. Bununla bağlı sonuncuya müraciət olunmuş, iddiaçı restrukturizasiya müqaviləsinin bağlanması üçün hər hansı hərəkət nümayiş etdirməmişdir. Fərmanda müqavilənin bağlanması üçün nəzərdə tutulmuş müddət bitdikdən sonra iddiaçı banka müraciət etmiş, lakin müddət keçdiyindən haqlı olaraq müqavilənin bağlanmasından imtina edilmişdir. Hazırda məhkəmə əmri üzrə tutmalar həyata keçirilir. Odur ki, hazırkı iddia tamamilə əsassız və qanunsuzdur. Buna görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olmadığından rədd olunmalıdır. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(075)- 4914/2016 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X2 müştərək qaydada cəmi 1681.50 manat borc və 20 manat dövlət rüsumunun alınaraq Cavabdeh1 ASC-yə ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü maddəsinə görə əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi kimi prinsipləri var. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının 6-cı bəndində göstərilir ki;
6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri altına düşmüşdür. Bununla bağlı İddiaçı ilə əlaqə saxlanılmış, restrukturizasiya müqaviləsi bağlamaq üçün banka müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı müqavilə bağlamaqda müstəqil olmuş, fərmanda müqavilənin bağlanması üçün nəzərdə tutulmuş müddətdə müqavilə bağlamaq istəyinin olması ilə bağlı hər hansı hərəkət etməmişdir. İddiaçı hüququndan sui-istifadə edərək fərmanda müqavilənin bağlanması üçün nəzərdə tutulmuş müddət bitdikdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanında fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi bankların vəzifəsi deyil, hüququ kimi göstərilmişdir. Odur ki, müqavilə azadlığı prinsipini rəhbər tuturaq iddia tələbində göstərilən müqavilə bağlamaq vəzifəsini cavabdehin üzərinə qoymaq əsassızdır. Ona görə də İddiaçı müqaviləsi üzrə zamindən tutulmalar haqlı olaraq həyata keçirilir. İddiaçı tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə iddia tələbini əsaslı hesab etmir. İddiaçı iddia ərizəsində cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğində mənəvi ziyanın alınaraq ona verilməsini xahiş etsə də, iddiaçı tərəfindən ona mənəvi ziyanın vurulması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı «Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tətbiqi və mənəvi ziyan» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 8.1.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şəki rayonu üzrə nümayəndəliyi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 852 nömrəli arayışdan görünür ki, İsmayılov Gözəl Xanlar qızı Laçın rayonu məcburi köçkünü olmaqla, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. İddiaçı İsmayılov Gözəl Xanlar qızı məcburi köçkün olmaqla dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İsmayılov Gözəl Xanlar qızının xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142460006 saylı kredit müqaviləsi üzrə restrukturizasiya müqaviləsinin müqaviləsinin bağlanılması, borc məbləğinin 5 il müddətində 1 % olmaqla ödənilməsi və cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğində mənəvi ziyanın alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Pərviz Hacıyev