Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-966/2020 19.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «aliment» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı «nikahın pozulması və uşaq» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2017-ci ildə anadan olmuş X3 və xx xxxxx 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək maddi təminatları üçün hər ay Cavabdeh bütün növ qazancından sabit pul məbləğində 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğdən az olmamaq şərti ilə hər uşağa görə 200 manat olmaqla, cəmi 2 uşağa görə 400 manat məbləğində alimentin tutularaq ona verilməsi, xx xxxxxxxx 2017-ci ildə anadan olmuş X3 və xx xxxxx 2019-cu il tarixdə anadan olmuş X2 üç yaşına çatanadək baxmağına görə cavabdehin ona maddi cəhətdən kömək etməyi üçün hər ay 60 (atmış) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat alimentin hər ay Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. xx xxxx 2020-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim edərək, İddiaçı ilə arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx xxxxxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxx 2019-cu il təvəllüdlü X1 İddiaçı alınaraq onun himayəsinə verilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. xx xxxx 2020-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin sonuncu məhkəmə baxışı iclası bu günə, yəni xx xxxxxx 2020-ci il tarixə, saat 10:40-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ilk və qarşılıqlı iddiaçılara izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaq” tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. İlk və qarşılıqlı iddiaçılara izah edilsin ki, onlar ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-966/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-966/2020
19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver