Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şəki şəhəri İş № 2(075)-973/2020 25.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Tələbkar İddiaçı MMC-nin borclu Cavabdeh borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclu xx xxxxxx 1996cı ildə Şəki rayonu Daşüz kəndində doğulmuş və Şəki rayonu Daşüz kəndində qeydiyyatda olan Cavabdeh 1644 manat əsas borc və 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1664 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tələbkar İddiaçı MMC-nin ərizəsi əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 119, 275, 276, 280-282 və 284-cü maddələrinin tələblərini rəhbər tutub, ƏMR EDİRƏM: xx xxxxxx 1996-cı ildə Şəki rayonu Daşüz kəndində doğulmuş və Şəki rayonu Daşüz kəndində qeydiyyatda olan Cavabdeh 1644 (bir min altı yüz qırx dörd) manat əsas borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1664 (bir min altı yüz altmış dörd) manat alınaraq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən tələbkar İddiaçı MMC-nin xeyrinə verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Şəki Rayon Məhkəməsinə yazılı xəbərdarlıq edilməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-973/2020
Şəki Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(075)-973/2020
25.06.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver