Məhkəmə qərarları › İş №2(075)-974/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-974/2020

24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-974/2020 24.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı Əhmədov İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Əhmədov İddiaçı cavabdehlər Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədov İddiaçı cavabdeh Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)- 203/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş və ondan tutulmalı olan 770 manat miqdarında aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh qismində cəlb edilmişdir. İddiaçı Əhmədov İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Kamalə Əhmədova (Hümbətova) arasında xx xxxxxx 2016-cı il tarixdə nikah bağlanmışdır. Birgə nikah dövründə xx xxxxxx 2016-cı il tarixli Əhmədov İlkin İddiaçı oğlu doğulmuşdur. Bir müddət səmimi ailə münasibətlərində yaşasalar da sonradan münasibətləri pisləşmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-203/2018 nömrəli qətnaməsi ilə X3 ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan uşaq – xx xxxxxx 2016-cı il təvəllüdlü İlkin Əhmədov anası Kamalə Əhmədova (Hümbətova)nın yanında saxlanılmış, onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 90 (doxsan) manat alimentin ondan alınaraq Kamalə Əhmədova (Hümbətova)ya verilməsi qət edilmişdir. O, həmin alimenti vaxtıvaxtında ödəmişdir. X9 (Hümbətova) ona zəng edib evə qayıtmaq istədiyini bildirmişdir. O, 2019-cu ilin avqust ayının əvvəlində Kamalə Əhmədova (Hümbətova)nı evə gətirmiş və yenidən birgə yaşamağa başlamışlar. 2019-cu ilin avqust ayından sonra ailə münasibətində yaşadıqlarından alimentin ödənilməməsinə qərar vermişlər. Bir müddət münasibətləri yaxşı olsa da 2020-ci ilin aprel ayında Kamalə Əhmədova (Hümbətova) övladları İlkin Əhmədovu götürərək evi tərk etmişdir. CavabdehKamalə Əhmədova (Hümbətova) ilə birgə yaşadıqları 8-9 ay ərzində sonuncu aliment tələb etmədiyindən o, alimenti ödəməmiş, ona görə də 770 manat aliment borcunun yığılmasına səbəb olmuşdur. Həmin vaxta qədər və bundan sonra da heç bir aliment borcu olmamışdır. Cavabdeh Kamalə Əhmədova (Hümbətova) ilə birgə yaşadıqları dövrdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məlumat verməmiş, alimentin hesablanmadığını güman etmişdir. Hazırda yığılmış aliment borcu vardır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Əhmədov İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərdiyi etiraz ərizəsində iddianı qəbul etmədiyini, uşağın hazırda onun himayəsində olduğunu, ona özü tək baxdığını, iddiaçının heç bir köməklik göstərmədiyini, lakin yaxşı maddi imkanı olduğunu bildirmiş, əməliyyat olunduğu üçün ağır işlərdə işləyə bilmədiyini və başqa gəlir yerinin olmadığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçının nümayəndəsinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X2 göstərmişdir ki, iddiaçı Əhmədov İddiaçı onun həmkəndlisidir. Münasibətləri qonşu kimi yaxın olmuşdur. İddiaçı Əhmədovla Cavabdeh 2018-ci il tarixdə boşanmışlar. 2019-cu ilin avqust-sentyabr aylarında onların barışdıqlarını eşitmişdir. Cavabdeh 8-9 ay İddiaçı Əhmədovla bilikdə yaşamasının şahidi olduğunu bildirdi. İddiaçının nümayəndəsinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 göstərmişdir ki, iddiaçı Əhmədov İddiaçı onun həmkəndlisi, həmçinin qohumudur. Bildirdi ki, İddiaçı Əhmədovla Cavabdeh yaşadıqları müddət ərzində aralarında yaranmış mübahisələr zamanı Kamalə bir neçə dəfə atası evinə getmişdir. Sonradan nikahlarının rəsmi qaydada pozulduğunu bilmişdir. Lakin 2019-cu ilin avqust-sentyabr aylarından etibarən, təxminən 9 aya yaxın müddət ərzində Cavabdeh İddiaçı məxsus evdə yaşamasının şahidi olduğunu bildirdi. Daha sonra bildirdi ki, Kamalə ilə İddiaçı birgə yaşaması təxminən 2020-ci ilin mart-aprel ayına qədər davam etmişdir. Məhkəmənin iclasında şahid kimi dindirilən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-203/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədi onun icraatındadır. Hazırda icra sənədi üzrə 810 manat aliment borcu mövcuddur. Borclu Əhmədov İddiaçı icra sənədi üzrə aliment məbləğini xx xxxx 2019-cu il tarixədək tam olaraq ödəmiş, həmin tarixə borcu olmamışdır. Lakin xx xxxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək aliment ödənişi həyata keçirməmiş, xx xxxx 2020-ci il tarixdən sonra isə aliment ödənişlərini davam etdirmişdir. Mülki iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-203/2018 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Əhmədov İddiaçı ilə Əhmədova (Hümbətova) Kamalə Əhliman qızının arasında bağlanmış nikahın pozulması, xx xxxxxx 2016-cı il təvəllüdlü Əhmədov İlkin İddiaçı oğlunun anası Əhmədova (Hümbətova) Kamalə Əhliman qızının yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 90 (doxsan) manat alimentin Əhmədov İddiaçı alınaraq Əhmədova (Hümbətova) Kamalə Əhliman qızına verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 10017/13 nömrəli məktubdan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-203/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2016-cı il təvəllüdlü Əhmədov İlkin İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 90 manat aliment borclu Əhmədov İddiaçı alınaraq tələbkar X1 verilməlidir. Alimentin tutulmasının əvvəli xx xxxxxxxx 2017-ci il tarixdən hesablanmalıdır. Hazırda icra sənədi üzrə 810 manat aliment borcu mövcuddur. Borclu Əhmədov İddiaçı tərəfindən icra sənədi üzrə aliment məbləği xx xxxx 2019-cu il tarixədək tam olaraq ödənilmiş, həmin tarixə borcu olmamışdır. Lakin xx xxxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək aliment ödənişi həyata keçirilməmiş, xx xxxx 2020-ci il tarixdən sonra isə aliment ödənişləri davam etdirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçının nümayəndəsinin məhkəməyə şahid qismində dəvət etdiyi şəxslər tərəflərin 2019-cu ilin avqust-sentyabr aylarından etibarən, təxminən 9 aya yaxın müddət ərzində birgə yaşamalarının şahidi olduğunu bildirmişlər. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 10017/13 nömrəli məktubdan da göründüyü kimi Əhmədov İddiaçı tərəfindən xx xxxx 2019-cu il tarixədək aliment öhdəliyi tam olaraq icra edilmişdir. Bundan sonra, yəni 2019-cu ilin avqust ayından tərəflər birgə yaşamağa başlamış, ona görə də tələbkarın alimentlə bağlı hər hansı tələbi olmamışdır. Məhkəmə məzmunca oxşar ifadə verən şahidlərin ifadələrinə mötəbər sübut kimi hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Əhmədovla Kamalə Əhmədova (Hümbətova)nın birgə yaşamalarının əvvəli xx xxxxxx 2019-cu ildən hesablanmalıdır. Həmçinin, məhkəmə mülki iş materiallarında olan sübutlara qiymət verərkən belə hesab edir ki, iddiaçı Əhmədov İddiaçı ilə Cavabdeh birgə yaşayışlarının sonu kimi xx xxxxx 2020-ci il tarixi əsas götürülməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin 2020-ci ilin aprel ayında uşağı ilə birlikdə evi tərk etdiyini bildirmiş, məhkəmə iclasında dindirilmiş şahidlər də 2020-ci ilin aprel ayından sonra cavabdehi həmin kənddə görmədiklərini bildirmişlər. İddiaçı tərəfindən aliment öhdəlikləri də yenidən xx xxxx 2020-ci il tarixdən icra edilməyə başlanılmışdır. Məhkəməyə həmin tarixdən sonra iddiaçı Əhmədov İddiaçı ilə Cavabdeh birgə yaşamalarını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan başqa Cavabdeh da məhkəməyə göndərdiyi etiraz ərizəsində cavabdehlə birgə yaşadıqlarını inkar etməmiş, bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Əhmədovun ödəməli olduğu ödənilməmiş 770 manat aliment borcunun 720 (90 manat X 8 ay = 720) manat hissəsi silinməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 2(075)-203/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş və iddiaçı Əhmədov İddiaçı tutulmalı olan 770 (yeddi yüz yetmiş) manat miqdarında ödənilməmiş aliment borcunun 720 (yeddi yüz iyirmi) manatına dair hissəsi silinməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı Əhmədov İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 manat məbləğində rüsumu tələb etmədiyinə görə dövlət rüsumu xərci özünə aid edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişməyə və yaxud aliment ödəyən şəxsi onu ödəməkdən azad edə bilər. Həmin məsələ məhkəmədə müzakirə edildikdə, buna əsas olan halın daimi xarakter daşıyıb-daşımaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-203/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş və Əhmədov İddiaçı tutulmalı olan 770 (yeddi yüz yetmiş) manat miqdarında ödənilməmiş aliment borcunun 720 (yeddi yüz iyirmi) manatına dair hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar