Məhkəmə qərarları › İş №2(076)-1048/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1048/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1048/2024 16.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad olunma” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun birgə nikahından xx.xx.2014-cü ildə doğulmuş Gülər, xx.xx.2011 -ci ildə doğulmuş Səmayə adlı uşağın xx.xx.2023-cü il tarixindən iddiaçının himayəsində yaşadığı nəzərə alınmaqla, Cavabdeh hesabına, xx.xx.2011 -ci il təvəllüdlü Səmayə, xx.xx.2014-cü il təvəllüdlü Gülər və xx.xx.2017-ci il təvəllüdlü Fərid adlı uşağın saxlanması üçün iddiaçının aliment ödəməkdən azad olunmağına, 55 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilmısinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdərərək, İddiaçı Cavabdeh ilə onun birgə nikahından xx.xx.2014-cü ildə doğulmuş Gülər, xx.xx.2011 -ci ildə doğulmuş Səmayə adlı uşağın iddiaçının himayəsinə verilməsi və xx.xx.2023-cü il tarixindən iddiaçının himayəsində yaşadığı nəzərə alınmaqla, Cavabdeh hesabına, xx.xx.2011 -ci il təvəllüdlü Səmayə, xx.xx.2014-cü il təvəllüdlü Gülər və xx.xx.2017-ci il təvəllüdlü Fərid adlı uşağın saxlanması üçün iddiaçının aliment ödəməkdən azad olunmağına, 55 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilmısinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Şəmkir rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(076)-235/2022 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2 ( 104)-1864/2022 saylı qətnaməsi ilə Şəmkir rayon Məhkəməsinin qeyd olunan qətnaməsi qismən ləğv olunmuş, birgə nikahlarından doğulmuş uşaqların Cavabdeh himayəsində saxlanmasına, həmin uşaqların iddiaçıdan alınıb cavabdehə verilməsinə, həmin uşaqların saxlanması üçün hər ay hər bir uşağa uşaqlar alınıb verildiyi vaxtdan 130 manat cəmi 390 manat sabit pul formasında aliment müəyyən olunub. Həmin qətnamədən vermiş olduğu kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(T02)- 5850/2022 saylı qərarı ilə təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin bu iş üzrə qəbul etmiş olduğu məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi xx.xx.2023-cü ildə icra olunmuş, uşaqlar iddiaçıdan alınaraq Cavabdeh verilmişdir. Məhkəmə qətnaməsinin icrasından 10 gün sonra uşaqlardan ikisi — xx.xx.2011-ci il təvəllüdlü Səmayə və xx.xx.2014-cü il təvəllüdlü Gülər adlı uşaqlar öz istəkləri ilə iddiaçının himayəsinə qayıtmışlar. Hazırda hər iki uşaq iddiaçının himayəsində, xx.xx.2017-ci il təvəllüdlü Fərid adlı uşaq isə cavabdehin himayəsində yaşayır. İddiaçı himayəsində yaşayan iki uşağın bütün maddi ehtiyaclarını ödədiyi üçün hesab edir ki, o, aliment ödəməkdən azad olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı onun nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahat verərək bildirdi ki, uşaqlardan Fərid adlı uşaq onun himayəsindədir, qızlar isə xx.xx.2023-cü il tarixdən atalarının yanına qayıtdılar və hazırda ataları ilə yaşayırlar. Onun yanına qayıtmaq istəmirlər. Ona görə də Fərid adlı uşaq yox, Gülər və Səmayənin atalarının yanında qalmasına və xx.xx.2023-cü il tarixdən də İddiaçı aliment öhdəliyindən azad edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan: İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2011-ci il tarixində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdeh oğludur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2014-cü il tarixində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdeh oğludur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2017-ci ildə anadnan olmuşdur, atası İddiaçı, anası Cavabdeh oğludur. İş materiallarına əlavə edilmiş Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümüayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 728 saylı arayışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 hal-hazırda atası İddiaçı himmayəsində yaşayırlar. İş materiallarına əlavə edilmiş Kür qəsəbə İ.S.Aznauruov adına tam orta məktəbi tərəfindən verilmiş arayışlardan görünür ki, X7 İ.S.Aznaurov adına tam orta məktəbin 6-cı sinifində, X6 isə İ.S.Aznaurov adına tam orta məktəbin 4-cü sinifində oxuyur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliaksı Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5850/2022 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1864/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(104)-1864/2022 nömrəli iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər -Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov) apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-235/2022 nömrəli qətnaməsinin tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011 -ci il təvəllüdlü Səmayə, xx.xx.2014-cü il təvəllüdlü Gülər və xx.xx.2017-ci il təvəllüdlü Fərid adlı uşaqların nikah pozulduqdan sonra ataları İddiaçı yanında saxlanılmaları və Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissələrində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011 -ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları Cavabdeh himayəsində saxlanılması və İddiaçı alınaraq Cavabdeh verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıc tarixinin uşaqların cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X6 və X1 iddiaçının himayəsində olması faktı təsdiqlənmış və bununla bağlı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə müraciət edərkən 46 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Qeyd edilən Məcəllənin 61-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasındakı nikah münasibətləri Şəmkir Rayon Məhkəməsinin 2(076)-235/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1864/2022 nömrəli iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-235/2022 nömrəli qətnaməsinin tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011 -ci il təvəllüdlü Səmayə, xx.xx.2014-cü il təvəllüdlü Gülər və xx.xx.2017-ci il təvəllüdlü Fərid adlı uşaqların nikah pozulduqdan sonra ataları İddiaçı yanında saxlanılmaları və Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissələrində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011 -ci il təvəllüdlü X7, xx.xx.2014cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları Cavabdeh himayəsində saxlanılması və İddiaçı alınaraq Cavabdeh verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıc tarixinin uşaqların cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanması qət edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 və X7 məhkəmə qətnaməsi ilə cavabdehin himayəsinə verilsə də, 2023-cü ilin iyul ayının 27-dən faktiki olaraq iddiaçının himayəsindədirlər. Cavabdeh də Gülər və Səmayənin atasının himayəsinə verilməsinə razıdır, həmçinin X2 və X1 atasının himayəsinə verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələblərini araşdıraraq qeyd edir ki, yuxarıda öz təsdiqini tapmış hallar əsas götürülməklə iddia qismən təmin edilməli, X6 və X7 atalarının himayəsində saxlanılmalı və onlar xx.xx.2023-cü ildən iddiaçı ilə birlikdə yaşadığından İddiaçı xx.xx.2023-cü ildən etibarən aliment öhdəliyinə xitam verilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Belə ki, işin yuxarıda qeyd edilən hallarından müəyyən olunur ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X9 hazırda iddiaçının yanında qalır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə aliment ödəmək öhdəliyi aradan qalxmışdır. Çünki, aliment yetkinlik yaşına çatmayan uşağın saxlanması məqsədilə uşaq yanında saxlanılan valideynə verilən vəsaitdir. Hazırkı mübahisədən isə görünür ki, yetkinlik yaşına çatmayan X6 və X7 iddiaçı ilə birlikdə yaşayır. Beləliklə, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan X6 və X7 hazırda iddiaçının yanında yaşadığından, onun saxlanması üçün cavabdehin iddiaçıdan aliment almaq zərurəti də aradan qalxmışdır. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Fərid adlı uşaq anasının himayəsində saxlanıldığından iddia həmin hissədə təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixinə kimi X6 və X7 anası ilə birlikdə qalmış, uşağa anası baxmış, xx.xx.2023-cü il tarixindən atasının yanında qaldığından həmin dövrdən başlayaraq yığılmış aliment borcu da silinməlidir. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X9 anası Cavabdeh Tofiq qızının himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Tofiq qızının xeyrinə hər ay hər iki uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat aliment ödənilməsi barədə İddiaçı öhdəliyinə xitam verilsin. İddiaçı xx.xx.2023-cü tarixindən hesablanmış aliment borcu silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar