Məhkəmə qərarları › İş №2(076)-1053/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1053/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1053/2023 25.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. İddia ərizəsinə iddiaçının iştirakı olmadan baxılmasının mümkünlüyü müzakirə edilərkən məhkəmə belə nəticəyə gəlimişdir ki, iş materialları ilə hazırki işə iddiaçının iştirakı olmadan baxılması əsaslı sayıla bilməz və belə olan vəziyyətdə iş üzrə obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Cavabdeh məhkəmə iclası zamanı iddiaçının iddiasına mahiyyəti üzrə baxılması üçün təkid etmədiyini və bununla bağlı ərizəyə baxılıb yekun qərar qəbul edilməsini tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçıya göndərilmiş bildiriş poçt tərəfindən geri qaytarılmış və üzərində “bu ünvanda yaşamır” qeydi yazılmışdır. Məhkəmə iddia ərizəsində qeyd olunan ünvanın iddiaçının özü tərəfindən göstərilməsini, bu səbəbdən də həmin bildirişin iddiaçıya rəsmi qaydada göndərilməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat göndərilmişdir. Beləliklə, iş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iştirakı olmadan işdə olan sənədlərlə işə baxılması mümkün deyildir və bu əsaslı sayıla bilməz. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar