Məhkəmə qərarları › İş №2(076)-1137/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1137/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1137/2023 24.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun vəkili X7, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4 nümayəndəsi (vəkili) X11 iştirakları ilə, İlk İddiaçı cavabdeh X5 qarşı «aliment öhdəliyindən azad olunma» tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı X4 İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-55/2023 saylı qətnaməsi əsasında xx.xx.2012-cu il təvəllüdlü uşağın X8 2021-ci ilin oktyabr ayından onun himayəsində olması faktı müəyyən edilməsinə, 2021-ci ilin oktyabr ayından ödədiyi 2550 manat məbləqdə alimentin cavabdehdən alınıb ona verilməsinə dair, borclu olduğu 450 manat pulun silinməsinə dair, Ömər adlı uşağa münasibətdə Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(076)-839/2021 saylı qətnaməsi əsasında təyin edilmiş ayda 150 manat sabit pul məbləğində alimentdən xx.xx.2023-cü il tarixdən azad olunmağı və xx.xx.2012-ci il təvəllüdlü Ömər adlı uşağın xx.xx.2023-cü il tarixdən başlayaraq 18 yaşınadək maddi təminatı üçün cavabdehdən ayda 220(iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair, mediasiya göre 51 manat məbləğdə və dövlət rüsumuna göre ödədiyi 38 manat məbləğdə pulun cavabdehden alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilk iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh sabiq arvadıdır. Cavabdehlə faktiki olaraq evlənib rəsmi nikaha daxil olmuşlar. Birgə ailə həyatından xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2019-cu il təvəllüdlü Muradxan adlı uşaqları olmuşdur. Ailə münasibətinin pozulmasına görə ayrılmışlar, nikahları Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il-ci il tarixli qətnaməsi əsasında pozulmuş, uşaqları ilkin olaraq iddiaçının himayəsində qalmışdır. Ancaq, iddiası əsasında xx.xx.2012-ci il təvəllüdlü Ömər adlı uşağ 2021-ci ilin oktyabr ayından atası olaraq onun himayəsində olması Şəmkir rayon Məhkəməsinin (hakim Şəfəq Məmmədova) xx.xx.2023-ci il tarixli 2(076)-55/2023 saylı qətnaməsi əsasında müəyyən edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)839/2021 saylı qǝtnaməsi əsasında birgə nikahından olmuş xx.xx.2012-ci il təvəllüdlü Ömər adlı və xx.xx.2019-cu il təvəllüdlü Muradxan adlı uşaqların saxlanması üçün 18 yaşlarınadək ayda hər uşağa 150 manat sabit pul məbləğində alimentin ondan alınıb cavabdehə verilməsi qət edilmişdir. Cavabdehǝ mediasiya qaydasında təklif etmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü Ömər adlı uşağı 2021-ci ilin oktyabr ayından hal-hazıradək onun himayəsində olmasına görə cavabdehə ödəməli olduğu ayda 150 (yüz ǝlli) manat sabit pul məbləğində alimenti cavabdehə ödəməkdən azad olunsun. Ancaq, cavabdeh təklifi qəbul etmədi. Odur ki, xx.xx.2012-ci il təvəllüdlü Ömər adlı uşağın 2021-ci ilin oktyabr ayından onun himayəsində olması faktı müəyyən ediməsinə görə həmin Ömər adlı uşağına münasibətdə Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında 18 yaşınadək ayda 150 manat sabit pul məbləğində alimentin 2021-ci ilin oktyabr ayından sonra ödədiyi 2550 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair və borclu olduğu 445 manat məbləğində pulun silinməsinə və eyni zamanda onun himayəsində olan Ömər adlı uşağın 18 yaşına çatanadək maddi təminatı üçün cavabdehdən ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddianı qaldırmalı oldu. Cavabdehdən aliment öhdəliyindən azad olunmağı və aliment tələbi üzrə mediasiyaya müraciət etmişdir, ancaq ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməkləri mümkün olmamasına görə ona xx.xx.2023-cü il tarixli 0073 saylı arayış təqdim edildi. ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Murad adlı uşağın saxlanılması üçün ondan tutulan alimentin ləğv edilməsinə və onun aliment öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X1 Nurəli Zirəddin oğluna qarşı aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(076)-839/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq 07 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ilkin İddiaçı hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat məbləğində aliment alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X9 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı "aliment öhdəliyindən azad olunma və alimentin sabit pul məbləğində ödənilməsi" tələbinə dair məhkəmədə iddia qaldıraraq Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 55/2023 saylı qətnaməsi əsasında xx.xx.2021-ci il təvəllüdlü uşaqları X8 2021-ci ilin oktyabr ayından iddiaçının himayəsində olması faktı müəyyən edilməsinə, 2021-ci ilin oktyabr ayından ödədiyi 2550 manat məbləğdə alimentin cavabdehdən alınıb ona verilməsinə dair, borclu olduğu 450 manat pulun silinməsinə dair, Ömər adlı uşağına münasibətdə Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(076)-839/2021 saylı qətnaməsi əsasında təyin edilmiş ayda 150 manat sabit pul məbləğində alimentdən xx.xx.2023-cü il tarixdən azad olunmağı və xx.xx.2012-ci il təvəllüdlü Ömər adlı uşağının xx.xx.2023-cü il tarixdən başlayaraq 18 yaşınadək maddi təminatı üçün cavabdehdən ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alientin alınıb ona verilməsinə dair, mediasiyaya görə 51 manat məbləğdə və dövlət rüsumuna görə ödədiyi 28 manat məbləğdə pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh sabiq arvadıdır, cavabdehlə faktiki olaraq evlənib rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə onların 06 avqust 2012-ci il təvəllüdlü Ömər və 07 noyabr 2019-cu il təvəllüdlü Muradxan adlı iki uşaqları anadan olmuşdur. Ailə münasibətlərinin pozulmasına görə ayrılmış, Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi əsasında nikahları pozulmuş, uşaqları ilkin olaraq iddiaçının himayəsində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(076)-55/2023 saylı qətnaməsi əsasında Ömər adlı uşaqları 2021-ci ilin oktyabr ayından atası olaraq onun himayəsində olması qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(076)-839/2021 saylı qətnaməsi əsasında birgə nikahdan olmuş Ömər və Muradxan adlı uşaqlarının saxlanmaları üçün 18 yaşlarınadək hər uşağa 150 manat sabit pul məbləğində aliment ondan alınaraq cavabdehǝ verilməsi qət edilmişdir. Ömər adlı uşaqları 2021-ci ilin oktyabr ayından onun himayəsində olmasına görə cavabdehə məhkəmə qətnaməsi əsasında ödəməli olduğu ayda 150 manat aliment öhdəliyindən azad olunmağını istəyir. Lakin cavabdeh təklifini qəbul etməyir. Odur ki, 06 avqust 2012-ci il təvəllüdlü Ömər adlı uşağının 2021-ci ilin oktyabr ayından onun himayəsində olması faktı müəyyən edilməsi görə həmin Ömər adlı uşağına münasibətdə Şəmkir Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi əsasında 18 yaşınadək ayda 150 manat sabit pul məbləğində alimentin 2021-ci ilin oktyabr ayından sonra ödədiyi 2550 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair və borclu olduğu 445 manat məbləğdə pulun silinməsinə və eyni zamanda onun himayəsində olan Ömər adlı uşaqlarının 18 yaşına çatanadək maddi təminatı üçün cavabdehdən ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia qaldırmalı olmuşdur. İddiaçı ona qarşı məhkəmədə qaldırmış olduğu iddiası ilə bağlı onu deyə bilər ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-55/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə onun arasında 14 fevral 2013-cü il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 54 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra onların birgə nikahından 06 avqust 2012-ci il tarixdə doğulmuş Ömər və 07 noyabr 2019-cu il tarixdə doğulmuş Muradxan adlı uşaqların onun yanında qalması müəyyən edilmiş və 21 iyun 2021-ci il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Abdullayev Nurǝli Zirəddin oğlundan hər ay hər uşaq üçün 150 (bir yüz ǝlli) manat məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. 2021-ci ilin oktyabr ayından Ömər adlı uşağı İddiaçı ilə birgə yaşamağa başlamışdır. Lakin buna baxmayaraq Ömər adlı uşağı tez-tez yanına gələrək onunla və qardaşı ilə ünsiyyətdə olur və onunla yaşayır. Lakin buna baxmayaraq Ömər adlı uşağı atasının himayəsində yaşamasına etirazı yoxdur. Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə aliment müəyyən edildikdən sonra adına bank hesabı açılmış və ilkin iddiaçı həmin hesaba aliment pulunu göndərmişdir. Ömər adlı uşağı 2021-ci ilin oktyabr ayından atasının yanında yaşayır. İlkin iddiaçı Ömər adlı uşağın onun yanında qalaraq aliment borcunu 2022-ci ilin dekabr ayına qədər ödəmişdir. Lakin məhkəmə qətnaməsindən sonra ilkin iddiaçı artıq 4 aydır ki, heç bir aliment pulu ödəmir. Onun alimentlə bağlı icra şöbəsində ilkin iddiaçıya qarşı heç bir şikayət və tələbi olmamış, ödənilmiş aliment pulunu ilkin iddiaçı özü könüllü surətdə onda olan uşağı Muradxan saxlanması üçün hər ay 300 manat məbləğində aliment pulu ödəmişdir. Ömər adlı uşağı 2021-ci ilin oktyabr ayından atasının yanında qalsa da, ilkin iddiaçının aliment puluna görə onunla heç vaxt mübahisəsi və narazılığı yaranmamışdır. Əgər belə bir narazılıq olmuş olsa idi, ilkin iddiaçı indiki kimi aliment pulu ödəməz və onu uşaq onun yanında qaldığı andan məhkəməyə vermiş olardı. Ona görə də hesab edir ki, ilkin iddiaçının ondan tələb etdiyi 2550 manat aliment pulu tam əsassızdır. Bundan əlavə bildirmək istəyir ki, ilkin iddiaçı ticarətlə meyvə-tərəvəz alveri ilə məşqul olur. Aylıq qazancı 600-700 manat təşkil edir. O isə heç bir yerdə işləmir. Maddi vəziyyəti çox aşağıdır. Uşağı Muradxan azyaşlıdır. Şəmkir Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(076)-55/2023 saylı qətnaməsində ilkin iddiaçının məhkəməyə təqdim etmiş olduğu 29 noyabr 2022-ci il tarixli aktdan da aydın olur ki, İddiaçı ticarətlə məşqul olur. Qazancı kifayət qədərdir. Hazırda isə bir uşaq üçün 150 manat məbləğində aliment pulu uşağın sağlam böyüməsi və inkişafı üçün yetərli deyildir. Ona görə də hesab edir ki, Şəmkir Ryon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(076)-839/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq 220 manat müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, aliment öhdəliyindən azad olunmaq istəyir. Ömər adlı uşaq öz yanındadır, onun özünün sabit gəliri və daimi işi yoxdur, bazarda səyyar ərzaq məhsulu alıb satır. X18 isə Gəncə şəhərində “Bir dad” adlı şirniyyat dükanında həm kassir, həm də administrator vəzifəsində işləyir və daimi sabit qazanc əldə edir. Hər birində bir uşaq olduğu üçün o, aliment öhdəliyindən azad edilməlidir. Odur ki, ilk iddiasının təmin edilərək aliment öhdəliyindən azad olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4 nümayəndəsi (vəkili) X17 ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək ifadəsində göstərdi ki, İddiaçı yanında Ömər adlı uşağın saxlanılması ilə bağlı Şəmkir Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(076)-55/2023 saylı qətnaməsində istinad edilmiş aktda göstərilmişdir İddiaçı ticarətlə məşğul olur və yüksək qazanc əldə edir. Odur ki, ilkin iddianın rədd edilməsinə, qarşılıqlı iddianın isə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Şəmkir RİHB Çinarlı qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. İş materiallarına əlavə olunmuş Şəmkir RİHB Çinarlı qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X2 rayonu, Çinarlı qəsəbəsində yaşayır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-839/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X9 arasında xx.xx.2013-cü il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsində bağlanmış və 54 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından 06 avqust 2012-ci il tarixdə doğulmuş Ömər və 07 noyabr 2019-cu il tarixdə doğulmuş Muradxan adlı uşaqların Cavabdeh yanında qalması müəyyən edilsin və 21 iyun 2021-ci il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-55/2023 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər atası İddiaçı yanında saxlanılması qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı X4 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-839/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan doğum akt qeydinə dair arayışdan görünür ki, X13 xx.xx.2012-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, atası İddiaçı, anası X9 qeyd edilmişdir. İşdə olan doğum akt qeydinə dair arayışdan görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayonunda doğulmuş, atası İddiaçı, anası X9 qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər faktiki evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 06 avqust 2012-ci il tarixdə doğulmuş Ömər və 07 noyabr 2019-cu il tarixdə doğulmuş Muradxan adlı iki uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə iş üzrə tərəflər ayrılmışlar və nikahları məhkəmə qaydasında pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-839/2021 saylı qətnaməsi ilə İddiaçı ilə X9 arasında xx.xx.2013-cü il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsində bağlanmış və 54 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından 06 avqust 2012-ci il tarixdə doğulmuş Ömər və 07 noyabr 2019-cu il tarixdə doğulmuş Muradxan adlı uşaqların Cavabdeh yanında qalması müəyyən edilmiş və 21 iyun 2021-ci il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-55/2023 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər atası İddiaçı yanında saxlanılması qət edilmişdir. Hazırda birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Ömər adlı uşaq atası İddiaçı yanında, 07 noyabr 2019-cu il tarixdə doğulmuş Muradxan adlı uşaq isə anası X9 ilə birlikdə yaşayır. İddiaçı ilk iddiasında birgə nikahdan doğulmuş iki uşaqdan hər birinin yanında biri qaldığından aliment öhdəliyindən azad edilməsini xahiş etmiş. X9 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli 2(076)-839/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq 07 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ilkin İddiaçı hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat məbləğində aliment alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə tərəfləri dinləyib, işin müəyyən olunmuş faktiki hallarını tədqiq edib, tərəflərin birgə nikahdan doğulmuş iki uşaqdan biri 06 avqust 2012-ci il tarixdə doğulmuş Ömər adlı uşağın atasının, digəri 07 noyabr 2019-cu il təvəllüdlü Muradxan adlı uşağın isə anasının yanında qalmasını, birgə nikahdan doğulmuş iki uşağın mənafeyini, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, iş üzrə tərəflərdən hər hansı birinin əmək qabiliyyətli olmaması və maddi yardıma ehtiyacı olması, daha yüksək vəsaitə malik olmasına dair sübutların məhkəməyə təqdim edilməməsini və bununla bağlı hər hansı bir halın məhkəmə tərəfindən müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ilk iddia təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-839/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyindən ilk iddia üzrə İddiaçı azad edilməli, qarşılıq iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ilk iddiaçı 50 (əlli) manat məbləğində mediasiya xərcini və iddianın verilməsi ilə bağlı 38 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməsinə baxmayaraq iddiaçı ödədiyi dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-839/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyindən ilk iddia üzrə İddiaçı azad edilsin. X4 İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İlk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar