Məhkəmə qərarları › İş №2(076)-1142/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1142/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1142/2024 16.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cəfərova (Əhmədova) Sevinc Fərman qızının iştirakı ilə, İddiaçı cavabdeh Cəfərova (Əhmədova) Sevinc Fərman qızına qarşı "aliment ödəməkdən azad olunma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Əhmədov X2 (Əhmədova) Sevinc Fərman qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəfərova (Əhmədova) Sevinc Fərman qızı ilə onun birgə nikahlarından xx.xx.2014-cü ildə doğulmuş Yusif adlı uşağın saxlanılması üçün onun aliment ödəmək öhdəliyindən azad olunması, 55 manat mediasiya xərcinin və 45 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, сavabdeh Cəfərova (Əhmədova) Sevinc Fərman qızı ilə 2008-ci ildə faktiki ailə qurmuşlar. Aralarında olan nikahı rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Sonradan Şəmkir rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqları Şükür və Yusif cavabdehin himayəsində saxlanılmışdır. Həmin qətnaməyə əsasən 27 fevral 2020-ci ildən başlayaraq, 04 iyul 2009-cu il təvəllüdlü Şükür və 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşaqların saxlanması üçün, hər ay hər bir uşağa 150 manat sabit pul formasında aliment müəyyən olunmuşdur. Şükür adlı uşaq onun himayəsində yaşadığından, Şəmkir rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(076)- 253/2023 saylı qətnaməsi ilə Şükür adlı uşaq onun himayəsinə verilmiş, o Şükür adlı uşağa münasibətdə aliment ödəməkdən azad olunmuşdur. Hazırda Yusif adlı uşağa hər ay 150 manat cavabdehə aliment ödəyir. Şükür adlı uşaq onun himayəsində, Yusif adlı uşaq isə cavabdehin himayəsində yaşayırlar. O, himayəsində yaşayan Şükür adlı uşağın bütün maddi ehtiyaclarını ödədiyi, Yusif adlı uşağın saxlanması üçün müəyyən olunmuş alimenti ödəməyə maddi imkanları olmadığı, eyni zamanda hər iki tərəf eyni dərəcədə olduğu, yəni bir uşaq onun, bir uşaq isə cavabdehin himayəsində yaşadığı, maddi imkanı yol vermədiyi üçün hesab edir ki, o, Yusif adlı uşağın saxlanması üçün aliment ödəməkdən azad olunmalıdır. Belə ki, o fəhləlik edir və əmək haqqı yüksək deyildir. Hazırki vaxtda cavabdehə xeyli məbləğdə aliment borcu vardır. Cavabdehin himayəsində yaşayan uşağa aliment ödəməklə, himayəsində yaşayan uşağın maddi ehtiyaclarının ödənilməsində sıxıntıları yaranır. Ona görə də, Cavabdeh ilə onun birgə nikahlarından xx.xx.2014-cü ildə doğulmuş Yusif adlı uşağın saxlanılması üçün onun aliment ödəmək öhdəliyindən azad olunması, 55 manat mediasiya xərcinin və 45 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəfərova (Əhmədova) Sevinc Fərman qızı iddiaçının iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Şükür və xx.xx.2014-cü il təvəllüdlü Yusif adlı iki uşaqları doğulmuşdur. İddiaçı ilə aralarında olan narazılıqlara görə ayrılmışlar və boşanma zamanı hər iki uşaq onun himayəsində qalmışdır. Sonradan Şükür adlı uşaqları atasının himayəsində qaldığı üçün iddiaçı məhkəmədə iddia qaldıraraq uşağın himayədə olması və aliment öhdəliyindən azad olunması tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-253/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü Şükür adlı uşaqları yetkinlik yaşına çatanadək atası İddiaçı yanında saxlanılmış və Şükür adlı uşağın saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 150 manat sabit pul məbləğində aliment öhdəliyindən azad edilməsi qət edilmişdir. Əlavə olaraq bildirdi ki, Yusif adlı uşaq onun himayəsində yaşayır və 4-cü sinifdə oxuyur. O, heç bir yerdə işləmir, başqa gəliri yoxdur və Yusif adlı uşağın saxlanılmasında çətinliklər çəkir. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Bələ ki, iş materiallarında olan AZ-İ 362792 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh nikahı Şəmkir rayon məhkəməsinin 2(076)-1197/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Əhmədov, qadına Cəfərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 doğulmuşdur. xx.xx.2009-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 atası İddiaçı, anası Cavabdehdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-1154/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-253/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Şükür adlı uşağın yetkinlik yaşına çatanadək atası İddiaçı yanında saxlanılması və xx.xx.2009-cu il təvəllüdlü Şükür adlı uşağın saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 150 manat sabit pul məbləğində aliment öhdəliyindən X1 azad edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2737/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Əhmədova (Cəfərova) Sevinc Fərman qızına qarşı aliment tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2812/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2737/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin 2(076)-2737/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər 2008-ci il tarixdə faktiki olaraq ailə qurmuşlar və nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur. Tərəflər arasında nikah münasibətləri baş tutmadığından ayrılmış, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 cavabdehin (anasının) yanında qalmışdır. Şükür və Yusif adlı uşaqların saxlanılması üçün məhkəmə tərəfindən iddiaçıdan cavabdehin xeyrinə hər ay hər uşaq üçün 150 manat aliment tutulmuşdur. Daha sonra iddiaçının ərizəsi əsasında Şükür adlı uşaq atasının yanında qalmışdır. xx.xx.2023-cü il tarixindən Şükür adlı uşaq atası İddiaçı yanında yaşayır və İddiaçı həmin tarixdən Şükür adlı uşaq üçün aliment öhdəliyindən azad edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, Yusif adlı uşağa ödədiyi aliment öhdəliyindən azad olunmasını iddia etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli 8–2/2016 nömrəli Qərarının 8.14–cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Hazırki mülk işdə mənafelərinin qorunması ehtiyacında olan Murad adlı uşaq iddiaçının himayəsində olmaqla, iddiaçı tərəfindən könüllü olaraq uşaq üçün zəruri hesab edilən bütün ehtiyaclar qarşılanır. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaq anası cavabdeh Cəfərova (Əhmədova) Sevinc Fərman qızının yanında qaldığından, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsi ilə Yusif adlı uşaq üçün müəyyən edilmiş hər ay üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment öhdəliyindən İddiaçı azad edilməməlidir. Belə ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsi ilə hər ay hər uşağa görə 150 manat məbləğində aliment ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-253/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü Şükür adlı uşağın yetkinlik yaşına çatanadək atası İddiaçı yanında saxlanılmış və xx.xx.2009-cu il təvəllüdlü Şükür adlı uşağın saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 150 manat sabit pul məbləğində aliment öhdəliyindən X1 azad olunmuşdur. Hazırda xx.xx.2014-cü il təvəllüdlü X7 anasıcavabdeh Cəfərova (Əhmədova) Sevinc Fərman qızının himayəsində yaşayır və onun bütün ehtiyacları anası tərəfindən qarşılanır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun (bundan sonra - “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, mübahisənin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. Qeyd edilən normalar baxımından məhkəmə hesab edir ki, hər bir halda uşağın üstün mənafeyi başlanğıc prinsipdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının iddiası ilə razılaşmır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin təmin edilməsi üçün qeyd olunan maddələrdə nəzərdə tutulan əsaslar yoxdur. Belə ki, aliment öhdəliyindən azad olunması məhz iddiaçının imkanının olmaması və digər üzrlü səbəblərə görə, habelə onun ailə və maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsi mülki iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cəfərova (Əhmədova) Sevinc Fərman qızının xeyrinə ödədiyi aliment öhdəliyindən azad edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar