Məhkəmə qərarları › İş №2(076)-1249/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1249/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1249/2023 27.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1249/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-1249/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilib, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-1249/2023 saylı xx.xx.2023-cü il tarixli qəradadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş məzmunda və formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Qanunvericiliyə əsasən məhkəmənin qərardadlarından verilən şikayətlər də “apellyasiya şikayəti” hesab olunur və apellyasiya şikayəti 01 oktyabr 2021-ci il tarixdən qüvvədə olan MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmunda tərtib olunmalıdır. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən məhkəmənin qərardadından verilmiş şikayətdən görünür ki, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş forma və məzmuna uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 363.2-ci maddəsinə görə, apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263, 264 və 361.1, 363-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1249/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar