Məhkəmə qərarları › İş №2(076)-1270/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1270/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1270/2024 25.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 yanvar 2021-ci ildə doğulmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq 50 (əlli) manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 dekabr 2019cu ildə faktiki evlənməklə nikahlarını rəsmiləşdirməmişlər. Birgə ailə həyatlarından 28 yanvar 2021-ci ildə X6 adlı 1 nəfər uşağı anadan olmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurmuşdur, lakin sonradan cavabdehin təqsiri ucbatından ailə münasibətləri pozulmuşdur. Belə ki, onlar ailə qurduqdan sonra əri Cavabdeh Rusiya Federasiyasında işlədiyindən yaşamaq üçün birlikdə oraya getmişlər. Orada yaşadığı müddətdə daim aralarında narazılıq olurdu. Əri onu günlərlə evdə tək qoyub getmiş, ailəsi ilə maraqlanmamışdır. Azyaşlı uşağı da onun orada yaşadığı müddətdə doğulmuşdur. 2021-ci ilin iyun ayına kimi azyaşlı uşağı ilə birlikdə Rusiyada cavabdehin yanında yaşamışlar. Lakin, cavabdeh uşağı doğulduqdan sonra onları maddi cəhətdən təmin etsə də ailəsi olaraq maraqlanmamış, dolanmaq üçün o məcbur olub Azərbaycan Respublikasına gəlməli olmuşdur. Buraya gəldikdən sonra təxminən 1 il cavabdehin valideynlərinin yanında yaşamışlar. Səhhətində narahatçılıq olduğuna görə 2022-ci ilin iyul ayında azyaşlı uşağı ilə birlikdə valideynlərinin evinə qonaq gəlmiş, bundan sonra cavabdeh özü ona sms yazaraq, bir daha onun valideynlərinin yanına qayıtmamağını bildirmişdir. Elǝ hamin vaxtdan da azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Valideynlərinin yanında yaşadığı müddətdə cavabdeh heç vaxt onlarla maraqlanmamış, nə maddi, nə də mənəvi cəhətdən onlara köməklik göstərməmişdir. Uşağı azyaşlı olduğundan o heç bir yerdə işləmir. Azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Azyaşlı uşağı maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh Rusiya Federasiyasında Gəmiqayırma zavodunda işləyir və aylıq yüksək qazanca malikdir. Buna baxmayaraq ona heç bir köməklik göstərmir. Cavabdeh azyaşlı uşağının saxlanması üçün aliment ödəmək iqtidarındadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq 28 yanvar 2021-ci ildə doğulmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq 50 (əlli) manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qismən qəbul edərək, bildirdi ki, cavabdehin atasıdır, oğlu ilə iddiaçı fakriki olaraq ailə qurduqdan sonra birgə yaşadıqları dövrdə 1 uşaqları-xx.xx.2021-ci il təvəllüdlü Murad Nəcəfzadə doğulmuşdur. Hazırda birgə yaşadıqları dövrdə doğulmuş xx.xx.2021-ci il təvəllüdlü Murad Nəcəfzadənin saxlanılması üçün 150 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İ-РЕ seriyalı 552863 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən və onun notarial qaydada təsdiq olunmuş tərcüməsindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 atası hesab edilmişdir. Atalığın müəyyən edilməsindən sonra uşaq Nəcəfzadə soyadı, Murad adı, Səttar oğlu adı verilmişdir. İş materiallarına əlavə edilmiş İ-РЕ seriyalı 861126 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən və onun notarial qaydada təsdiq olunmuş tərcüməsindən görünür ki, X6 xx.xx.2021-ci ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 0098-2024 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı iddianın qiyməti 2400 manat, ödənilməli olan dövlət rüsumu 44 manat təşkil edir. Qeyd olunan normaların tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar