Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1342/2023 20.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona vurulan maddi zərərə görə müştərək qaydada 3310 manat və mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “VAZ 21150” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Əmirov küçəsində hərəkətdə olarkən avtomobili sərxoş vəziyyətdə yüksək sürətlə idarə edərək əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş və nəticədə qarşı hərəkət zolağında onun idarə etdiyim “VAZ 21093” markalı, **-BD-*** d.q.n avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra məlum olmuşdur ki, cavabdeh həm də avtomobili sığorta elətdirmədən idarə etmişdir. Cavabdeh1 təqsiri üzündən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. "VAZ 21150” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur və həmin avtomobil etibarnamə əsasında Cavabdeh1 verilmişdir. Hər iki cavabdeh bir-birilərini yaxşı tanıyırlar və birbirilərinin xarakterinə bələddirlər. Cavabdeh1 bir neçə dəfə avtonəqliyyat hadisəsi törətmiş və sığortanı aldatmaqla sığortadan pul əldə etmişdir. Cavabdeh2 də öz növbəsində onun hərəkətinə bələd ola ola ona avtomobili etibar etmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqıliyyat hadisəsi ilə əlaqədar Cavabdeh1 barəsində inzibati xəta haqqında İXP ******* saylı, 13 mart 2023-cü i! tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona məxsus avtomobilə “avtomobillərə exniki xidmət göstərilməsi və onların təmiri” texniki xidmət sexində baxış keçirilmiş, mütəxəssis tərəfindən qüsur aktı tərtib edilmiş və zərər aktında avtomobilə dəymiş ziyan bazar qiymətinə uyğun qiymətləndirilmişdir. 16 mart 2023-cü il tarixli, 22/03 saylı zərər aktına əsasən avtomaşına dəymiş ziyan qabaq bamper kapron 1 ədəd 85 manat, bamper altı qoruyucu 1 ədəd 65 manat, ekran (qabaq, alt-üst panel) 130 manat, qabaq sağ-sol fara 2 x 58 = 116 manat, sağ- dönmə işığı 2 x 12 = 24 manat, oblisovka-dekorativ tor 32 manat, qabaq kapot bütöv 1 ədəd 235 manat, kapotun zamok fiksatoru 25 manat, radiator peçi və patrupkası 36 manat, qabaq nömrə nişanı 1 ədəd 25 manat, ön qoruyucu nikel buynuz 80 manat, sol qabaq qanad 1 ədəd 78 manat, sol qanadaltı kapron 1 ədəd 8 manat, ön alın şüşəsi - podpres 85 manat, su raidatoru 1 ədəd 68 manat, elektroventilyator 1 ədəd 33 manat, “Akü-İnci” CT-60 -akkulmyator 1 ədəd 93 manat, kapron su baçoku 1 ədəd 12 manat, starter və puskateli 110 manat, sol qabaq təkər “Rotalla” 1 ədəd 66 manat, sol qabaq disk 175/70 R/13 1 ədəd 35 manat, sol qabaq amartizator 1 ədəd 33 manat, sol qabaq qranad 42 manat, sol tyaqa nakoneçnik 28 manat, VAZ 21015 şitok ön pribor paneli 130 manat, motorun yastıqları (paduşkalar) 3 ədəd 42 manat, üçqulaq - ön riçaq 26 manat, alt qol (sol qabaq) 18 manat, qoşa turba rezonator 38 manat, qoruyucular qutusu 24 manat, kojux sürətlər qutusu 120 manat, sol yarımbakavina + lonjer 33 manat, cəmi ehtiyyat hissəsləri 1983 manat, çilingər (motorun çıxarılıb quraşdırılması) 220 manat, dəmirçi 550 manat, rəngsaz işi (5 detal x 80 manat) 400 manat, cəmi 3133 manat məbləğində vəsait tələb olunduğu göstərilmişdir. Cavabdeh1 ona dəymiş maddi zərəri ödəməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Cavabdehin əməli nəticəsində ona 3133 manat maddi zərərə məruz qalmış və hazırda avtomaşının təmir edilməsi üçün xeyli vəsait tələb olunur. Həmçinin ona məxsus avtomobil dayandığı üçün istifadə edə bilmədiyimdən xeyli maddi zərərə məruz qalmışdır. Yol xərcləri, evin işləri və digər məsələrlə bağlı ona maddi zərər dəymişdir. O, da bir həqiqətdir ki, qeyd edilən hadisə baş verən zaman təbii olaraq böyük qorxu hissi keçirmişdir. Nəticədə xeyli stress və əsəb gərginliyi yaşamışdır. Həmçinin maddi ziyana məruz qalmağı, avtomobilinə ziyan dəyməsi və qorxu hissi keçirməyi səbəbindən mənəvi zərərə də məruz qalmış və sağlamlığı pozulmuşdur. Bu hadisənin baş verməsi onun səhhətinə, sinir-əsəb sisteminə ciddi şəkildə təsir etmişdir. Cavabdeh tələfindən ona vurulmuş mənəvi zərəri 500 (beş yüz) manat məbləğində dəyərləndirilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək ərizəsində işi ilə əlaqədar olaraq məhkəmənin növbəti iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, qeyd edilənləri nəzərə alaraq növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2023-cü il tarixli, İXP-nin ******* nömrəli protokoldan görünür ki, xx.xx.1993-cü ildə Şəmkir şəhəri, İ.Məmmədov küçəsi, ev 74-də yaşayan Cavabdeh1 barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3, 327.2, 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - 16 mart 2023-cü il tarixli, 22/03 saylı qüsur aktından görünür ki, VAZ-2109 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-ci il olan avtomaşına dəymiş ziyan qabaq bamper kapron 1 ədəd 85 manat, bamper altı qoruyucu 1 ədəd 65 manat, ekran (qabaq, alt-üst panel) 130 manat, qabaq sağ-sol fara 2 x 58 = 116 manat, sağdönmə işığı 2 x 12 = 24 manat, oblisovka-dekorativ tor 32 manat, qabaq kapot bütöv 1 ədəd 235 manat, kapotun zamok fiksatoru 25 manat, radiator peçi və patrupkası 36 manat, qabaq nömrə nişanı 1 ədəd 25 manat, ön qoruyucu nikel buynuz 80 manat, sol qabaq qanad 1 ədəd 78 manat, sol qanadaltı kapron 1 ədəd 8 manat, ön alın şüşəsi podpres 85 manat, su raidatoru 1 ədəd 68 manat, elektroventilyator 1 ədəd 33 manat, “Akü-İnci” CT-60 -akkulmyator 1 ədəd 93 manat, kapron su baçoku 1 ədəd 12 manat, starter və puskateli 110 manat, sol qabaq təkər “Rotalla” 1 ədəd 66 manat, sol qabaq disk 175/70 R/13 1 ədəd 35 manat, sol qabaq amartizator 1 ədəd 33 manat, sol qabaq qranad 42 manat, sol tyaqa nakoneçnik 28 manat, VAZ 21015 şitok ön pribor paneli 130 manat, motorun yastıqları (paduşkalar) 3 ədəd 42 manat, üçqulaq - ön riçaq 26 manat, alt qol (sol qabaq) 18 manat, qoşa turba - rezonator 38 manat, qoruyucular qutusu 24 manat, kojux sürətlər qutusu 120 manat, sol yarımbakavina + lonjer 33 manat, cəmi ehtiyyat hissəsləri 1983 manat, çilingər (motorun çıxarılıb quraşdırılması) 220 manat, dəmirçi 550 manat, rəngsaz işi (5 detal x 80 manat) 400 manat, cəmi 3133 manat maşına ziyan dəydiyi qeyd edilmişdir. -Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 333.3cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati həbs edilmişdir. -xx.xx.2023-cü il tarixli 9/5820 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan “Avtomotoservis və ticarət” istehsalat birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Vaz 21093” markalı, **-BD-*** dğvlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2960,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırılması zamanı Cavabdeh1 idarə etdiyi Vaz 21150 markalı, **-TD-*** nömrə nişanlı avtomobili ilə inzibati xəta törədərək Vaz 21093 markalı **-BD-*** nömrə nişanlı avtomaşının zədələnməsinə səbəb olduğu, avtomobilin inzibati xəta hadisəsindən əvvəlki vəziyyətinə gətirilməsi üçün 2960 manat xərc tələb olunduğu öz təsdiqini tapmışdır. Məhkəmə, ekspert rəyini nəzərə alıb 2960 manat pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlir. Bununla da iddia qismən təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh yol– nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi zərər vurduğuna görə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən avtomaşına dəymiş maddi zərərə görə 2960 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmənin iddianın digər Cavabdeh2 münasibətdə hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108–ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022–ci il tarixli Qərarında göstərilmişdir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Həmin Qərarda daha sonra göstərilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: – törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; – əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; – törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; – zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Eləcə də, qeyd olunan Qərarda göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099–cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114–cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108–ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə qeyd edir ki, xx.xx.2023–cü il tarixdə yol–nəqliyyat hadisəsi zamanı “VAZ 21150” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeyd edilmiş olsa da, sonuncu avtomobilə dair Cavabdeh1 qanuni əsaslarla etibarnamə vermiş, bundan sonra, həmçinin yol–nəqliyyat hadisəsi zamanı həmin avtomobil Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur. Belə olan halda, Cavabdeh2 mülki məsuliyyətinin olması istisna edilir və məhkəmə hesab edir ki, iddia ona münasibətdə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehdən 500 manat mənəvi ziyanın tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia bu hissədə də əsassızdır və həmin hissədə təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki məsələ ilə bağlı mənəvi istirablar keçirməsini sübuta yetirə bilməmiş, mənəvi sarsıntılar keçirməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, qeyd olunan halları sübuta yetirə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Bundan başqa, MPM-in 107 və 115.0.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə MPM-in 119.1-ci maddəsinə istinad edərək belə qənaətə gəlir ki, 100 manat ekspertiza xərci Cavabdeh1 tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət Rüsumu haqqında Qanunun 9.1.20 maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. İş materiallarından görünür ki, iddiaçı məcburi köçkün kimi dövlət rüsumu ödəməkdən azad edilmişdir. Dövlət Rüsumu haqqında Qanunun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın qiyməti qiymətləndirilən iddia olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 49.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş ziyanın əvəzi qismində 2960 (iki min doqquz yüz altmış) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 49.60 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1342/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1342/2023
20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver