Məhkəmə qərarları › İş №2(076)-1442/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1442/2025

18.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1442/2025 18.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi (arvadı) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 13 sentyabr 2020–ci il tarixdə doğulmuş Raul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə cavabdehin oğlu Bayram Qasımovla evlənmişdir. Birgə nikahdan 13 sentyabr 2020–ci il tarixdə Raul adlı uşaqları doğulmuşdur. Lakin əri X4 xx.xx.2024–cü il tarixdə yol–nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Ərinin vəfatından sonra qayınatası və digər ailə üzvləri onunla yola getməmiş, o da məcbur olub uşağı ilə birlikdə atasının evinə getmişdir. Bundan sonra qayınatası və qayınanası uşaqla ünsiyyətə qoyulan maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli qətnaməsi ilə 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00–dan saat 16:00–dək Cavabdeh və X2 görüşüb ünsiyyətdə olmaları qət edilmişdir. Hazırda özü uşağa baxdığı üçün işləyə bilmir. Mövcud vəziyyətdə azyaşlı uşağının tələbatlarını tək başına qarşılaya bilmir. Hesab edir ki, cavabdeh uşağın təlim–tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəməlidir. Buna görə də məhkəmədə hazırki iddianı qaldırmışdır. Odur ki, 13 sentyabr 2020–ci il tarixdə doğulmuş Raul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh onun keçmiş qayınatası olmuşdur. Belə ki, o, xx.xx.2020–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə cavabdehin oğlu Bayram Qasımovla evlənmişdir. Birgə nikahdan 13 sentyabr 2020–ci il tarixdə Raul adlı uşaqları doğulmuşdur. Lakin əri X4 xx.xx.2024–cü il tarixdə yol–nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Ərinin vəfatından sonra cavabdeh və digər ailə üzvləri onu yola verməmiş, o da məcbur olub azyaşlı uşağı ilə birlikdə atası evinə köçmüşdür. Mövcud vəziyyətdə uşağının saxlanmasında tək başına çətinlik çəkir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaq böyüdükcə onun tələbatları da artır və maddi imkanı olmadığından uşağın tələbatlarını qarşılaya bilmir. Uşağın geyimi və qidalanması ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Evdən çıxarkən uşağın bütün əşyaları, geyimi cavabdehin evində qalmış və ona verməmişlər. Bu səbəbdən uşağına yeni geyim almağa məcburdur. Cavabdehin maddi imkanı yaxşı olsa da, nəvəsi üçün heç bir maddi yardım göstərmir. Belə ki, cavabdeh pensiya almaqla yanaşı, həm də veterandır və veteran pulu alır. O isə yalnız ailə başçısının itirlməsinə görə 367 manat məbləğində pul alır. Hansı ki, ilk aylarda həmin müavinəti cavabdeh tərəf götürüb xərcləmişdir. Hesab edir ki, cavabdeh nəvəsinin yetkinlik yaşına çatanadək saxlanması üçün ona maddi cəhətdən köməklik etməli və aliment ödəməlidir. Odur ki, 13 sentyabr 2020–ci il tarixdə doğulmuş Raul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi (arvadı) X5 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən iddiaçı onların keçmiş gəlini olmuşdur. Belə ki, oğlu Bayram Qasımov xx.xx.2020–ci il tarixdə iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan 13 sentyabr 2020–ci il tarixdə Raul adlı uşaqları doğulmuşdur. Lakin oğlu X4 xx.xx.2024–cü il tarixdə yol–nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Onun vəfatından sonra gəlini İddiaçı azyaşlı uşağını da götürüb onların evindən çıxmışdır. Hazırda iddiaçının tələbini qəbul etmir. Belə ki, əri 21 il hərbidə işləmiş və hazırda 847 manat təqaüd alır. Lakin həmin təqaüdün 300 manatını kredit ödəyir. Qalan məbləğ isə onların tələbatlarını ancaq ödəyir. Onların maddi vəziyyəti iddiaçıya aliment ödəmək üçün uyğun deyildir. İddiaçının maddi vəziyyəti isə daha yaxşıdır, hətta ailə başçısının itirlməsinə görə hər ay 364 manat müavinət alır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, işdə olan nikah haqqında arayışdan görünür ki, X4 ilə İddiaçı arasında xx.xx.2020–ci il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı birgə nikahından 13 sentyabr 2020–ci il tarixdə Raul adlı uşaqları doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2024–cü il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadtnamədən görünür ki, xx.xx.2024–cü il tarixdə vəfat etmiş X3 vərəsələri İddiaçı və X6 miras əmlakdan ¼ hissədə irs almalıdır. Miras əmlak “VAZ– 2106” markalı, 57–BU–592 nömrəli avtomaşından ibarətdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)– 3168/2024 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 08 iyul 2024–cü il tarixli qərarı ilə müəyyən edilmiş, 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00–dan saat 16:00–dək iddiaçılar Cavabdeh və X2 görüşüb ünsiyyətdə olmalarına cavabdeh İddiaçı tərəfindən qoyulan maneənin aradan qaldırılması qət edilmişdir. İşdə olan və "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh pensiyasından hər ay kredit borcuna tutulmalar aparılır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı cavabdehin oğlu Bayram Qasımovla xx.xx.2020–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan 13 sentyabr 2020–ci il tarixdə Raul adlı uşaqları doğulmuşdur. X4 xx.xx.2024–cü il tarixdə yol–nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı azyaşlı uşağı ilə birlikdə atası evində yaşamağa başlamışdır. Məhkəmə, iddiaçının Raul adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün babasından aliment tutulması tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89–cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, hazırki mübahisənin düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89–cu maddəsində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcud deyildir. Belə ki, tətbiq olunan normanın dispozisiya şərtinə görə görə öz valideynlərindən maddi yardım ala bilməyən yetkinlik yaşına çatmayan şəxslərin zəruri vəsaitə malik olan baba və nənədən aliment almaq hüququ vardır. Lakin hazırki mübahisə üzrə cavabdeh olan baba aliment ödəmək üçün zəruri vəsaitə malik deyildir. İşin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçı hər ay ailə başçısının itirilməsinə görə müavinət alır. Eləcə də, xx.xx.2024–cü il tarixdə vəfat etmiş X1 miras qalmış “VAZ–2106” markalı, 57–BU–592 nömrəli avtomaşından iddiaçı və azyaşlı oğlu ¼ hissədə irs almışdır. Cavabdeh isə hər ay təqaüd alsa da, onun təqaüdündən kredit ödənişləri tutulur. Eləcə də, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89–cu maddəsi zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment alınmasını əsas tutmuşdur. Buna baxmayaraq, Cavabdeh zəruri vəsaitə malik olması məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Aldığı pensiya isə onun özünün zəruri ehtiyacları üçün nəzərdə tutulmuşdur. Eləcə də, diqqətdə saxlanılmaldır ki, iddiaçı cavabdehə münasibətdə gənc olduğundan uşağına baxmaq üçün işləmək imkanına da malikdir. Cavabdeh isə artıq həmin imkandan məhrum olmuş, bütün ehtiyaclarını yalnız aldığı təqaüdlə qarşılayır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar