Məhkəmə qərarları › İş №2(076)-1530/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1530/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1530/2023 20.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddaçı: İddiaçı Pedaqoq: X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın himayədə olmasının müəyyən edilməsi, aliment öhdəliyindən azad olunma və aliment borcunun silinməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı uşağın himayədə olmasının müəyyən edilməsi, aliment öhdəliyindən azad olunma və aliment borcunun silinməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşağın onun himayəsində olmasının müəyyən edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–812/2021 saylı qətnaməsi ilə xx.xx.2009–сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların saxlanması üçün müəyyən edilmiş aliment öhdəliyindən xx.xx.2022–ci il tarixdən azad olunması və həmin qətnamə əsasında xx.xx.2009–сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların saxlanması üçün xx.xx.2022–ci il tarixdən hazırki iddia tələbi ilə bağlı qəbul olunacaq qətnamə çıxarılan tarixədək hesablanmış aliment borcunun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh X5 ilə 2008–ci il tarixdə faktiki olaraq evlənmiş, 2009–cu il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2009–сu il tarixdə Günay, xx.xx.2013–cü il tarixdə Cavid və xx.xx.2017–ci il tarixdə Aylin adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşamış, lakin sonradan ailə münasibətləri pozulmuş və cavabdehlə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–111/2020 saylı qətnaməsi ilə cavabdehlə arasında olan rəsmi nikah qeydinin pozulması, uşaqların cavabdehin yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 manat alimentin ondan tutulması qət edilmişdir. Həmin qətnamə ilə alimentin tutulması tarixi düzgün qeyd olunmadığından apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(104)–2080/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Cavid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan alimentin xx.xx.2020–ci il tarixdən hesablanması qət edilmişdir. Bundan sonra cavabdeh “alimentin miqdarının artırılması” tələbinə dair iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–812/2021 saylı qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilmiş, xx.xx.2009–сu il tarixdə doğulmuş Günay, xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid və xx.xx.2017–ci il tarixdə doğulmuş Aylin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 manat müəyyən edilmişdir. Lakin xx.xx.2022–ci il tarixdə cavabdeh icra şöbəsində tərtib edilmiş akt əsasında Günay və Cavid adlı uşaqları onnu himayəsinə vermişdir. Bundan sonra o, Şəmkir Rayon Məhkəməsində “uşaq” tələbinə dair iddia qaldımış və məhkəmənin xx.xx.2023–cü il tarixli 2(076)– 327/2023–cü il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilərək, 14 iyul 2009–cu il tarixdə doğulmuş Günay adlı uşağın cavabdehlər X2, X3 və X4 alınıb ona verilməsi qət edilmişdir. Bundan sonra Cavid adlı uşağı yenə də cavabdehin himayəsində qalmışdır. Lakin cavabdeh 2 ay sonra, yəni xx.xx.2023–cü il tarixdə icra şöbəsində ərizə verərək Cavid adlı uşağını təkrar onun himayəsinə vermişdir. Hazırda Cavid və Günay adlı uşaqlar onun himayəsində yaşayır. Buna baxmayaraq, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–812/2021 saylı qətnaməsi ilə Günay və Cavid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin öhdəliyi qüvvədədir. Həmçinin, xx.xx.2022–ci il tarixdən həmin uşaqlar onun himayəsində olsalar da, qeyd olunan dövrdə də aliment borcu hesablanmışdır. Hesab edir ki, xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşağın onun himayəsində olmasının müəyyən edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–812/2021 saylı qətnaməsi ilə xx.xx.2009–сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların saxlanması üçün müəyyən edilmiş aliment öhdəliyindən xx.xx.2022–ci il tarixdən azad olunmalı və həmin qətnamə əsasında xx.xx.2009–сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların saxlanması üçün xx.xx.2022–ci il tarixdən hazırki iddia tələbi ilə bağlı qəbul olunacaq qətnamə çıxarılan tarixədək hesablanmış aliment borcu silinməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. X1 iştirakı ilə məhkəmə iclası zamanı dindirilmiş Cavid adlı uşaq izahatında göstərdi ki, atası və anası ayrıldıqdan sonra anasının himayəsində qalmış, lakin sonradan atasının yanına gəlmişdir. Hazırda atası ilə birlikdə yaşayır və bundan sonra da atası ilə yaşamaq niyyətindədir. Çünki atası onunla daha yaxşı davranır, ona qayğı, nəzakət göstərir, bütün problemləri ilə yaxından məşğul olaraq onun tələbtalarını qarşılayır. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan xx.xx.2009–сu il tarixdə Günay və xx.xx.2013–cü il tarixdə Cavid adlı uşaqları doğulmuşdur. İşdə olan Kür qəsəbə İ.S.Aznaurov adına tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışlardan görünür ki, X9 xx.xx.2022–ci il tarixdən xx.xx.2023– cü il tarixədək məktəbin 4–cü sinfində oxuyub, X7 xx.xx.2022–ci il tarixdən məktəbin 8– ci sinfində oxuyur. İşə olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(104)– 2080/2020 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020– ci il tarixli 2(076)–111/2020 saylı qətnaməsi dəyişdirilmiş, Cavid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə alimentin tutulması xx.xx.2020–ci il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–812/2021 saylı qətnaməsindən görünür ki, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–111/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 manat müəyyən edilmiş, xx.xx.2009–сu il tarixdə doğulmuş Günay, xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid və xx.xx.2017–ci il tarixdə doğulmuş Aylin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)–327/2023 saylı qətnaməsindən görünür ki, 14 iyul 2009–cu il tarixdə doğulmuş Günay adlı uşağın cavabdehlər X2, X3 və X4 alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan və xx.xx.2022–ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş aktdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2009–сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların ataları İddiaçı yanında qalması barədə razılığa gəlmişlər. İşdə olan və xx.xx.2023–cü il tarixdə Cavabdeh tərəfindən Şəmkir rayon İcra və Probasiya Şöbəsinə yazılmış ərizədən görünür ki, o, xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşağı atası İddiaçı vermiş, bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–812/2021 saylı icra sənədi üzrə alimentin dayandırılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 2008–ci il tarixdə faktiki olaraq evlənmiş, 2009–cu il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2009–сu il tarixdə Günay, xx.xx.2013–cü il tarixdə Cavid və xx.xx.2017–ci il tarixdə Aylin adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması zəmnində tərəflər ayrılmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–111/2020 saylı qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah qeydinin pozulması, uşaqların cavabdehin yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 manat alimentin ondan tutulması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(104)–2080/2020 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–111/2020 saylı qətnaməsi dəyişdirilmiş, Cavid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə alimentin tutulması xx.xx.2020–ci il tarixdən hesablanması qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–812/2021 saylı qətnaməsi ilə xx.xx.2009–сu il tarixdə doğulmuş Günay, xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid və xx.xx.2017–ci il tarixdə doğulmuş Aylin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 manat müəyyən edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)–327/2023 saylı qətnaməsi ilə 14 iyul 2009–cu il tarixdə doğulmuş Günay adlı uşağın cavabdehlər X2, X3 və X4 alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdırdıqdan sonra hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə olan halda məhkəmə ilk öncə hesab edir ki, iddianın “uşağın himayədə olmasının müəyyən edilməsi” hissəsi əsaslı olduğundan təmin edilməli, xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşağın atası–İddiaçı himayəsində olması faktı müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm uşağın məhkəmə iclası zamanı göstərdiklərini, həm də cavabdehin icra zamanı həmin uşağı könüllü şəkildə atasına verməsini əsas tutur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaq atası İddiaçı himayəsində olduğundan, məhkəmə iclası zamanı da atası ilə birlikdə yaşamaq istədiyini bildirdiyindən iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin, iddianın qalan hissəsini də araşdıraraq hesab edir ki, iddia digər hissələrdə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmənin xx.xx.2021–ci il tarixli 2(076)–812/2021 saylı qətnaməsi ilə xx.xx.2009–сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 120 manat məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilsə də, tərəflər xx.xx.2022–ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş akt əsasında xx.xx.2009–сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların ataları İddiaçı yanında qalması barədə razılığa gəlmişlər. Həmçinin, Cavabdeh xx.xx.2023–cü il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə ərizə yazaraq, xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşağı atası İddiaçı vermiş, bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–812/2021 saylı icra sənədi üzrə alimentin dayandırılmasını xahiş etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər 06 aprel 2022–ci il tarixdən xx.xx.2009–сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların ataları İddiaçı yanında qalması barədə razılığa gəlmişlər. Həmin müddətdən sonra iddiaçı uşaqlarına baxmış, onların bütün maddi təminatlarını qarşılamışdır. Günay və Cavid adlı uşaqlar hazırda da iddiaçının yanında yaşayır, onların bütün maddi tələbatları iddiaçı tərəfindən ödənilir. Belə olan halda İddiaçı 06 aprel 2022–ci il tarixdən hazırki vaxtadək olan müddət ərzində alimentin alınması qanuni və əsaslı sayıla bilməz, bu səbəbdən iddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–812/2021 saylı qətnaməsi ilə xx.xx.2009–сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların saxlanması üçün müəyyən edilmiş aliment öhdəliyindən xx.xx.2022–ci il tarixdən azad olunmalı, həmin qətnamə əsasında xx.xx.2009–сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların saxlanması üçün xx.xx.2022–ci il tarixdən hazırki vaxtadək olan müddət ərzində hesablanmış aliment borcu silinməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli 8–2/2016 nömrəli Qərarının 8.13–cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14–cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1–ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşağın atası–İddiaçı himayəsində olması faktı müəyyən edilsin. İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–812/2021 saylı qətnaməsi ilə xx.xx.2009–сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların saxlanması üçün müəyyən edilmiş aliment öhdəliyindən xx.xx.2022–ci il tarixdən etibarən azad olunsun, həmin qətnamə əsasında xx.xx.2009– сu il tarixdə doğulmuş Günay və xx.xx.2013–cü il tarixdə doğulmuş Cavid adlı uşaqların saxlanması üçün xx.xx.2022–ci il tarixdən hazırki vaxtadək, yəni xx.xx.2023– cü il tarixədək olan müddət ərzində İddiaçı hesablanmış aliment borcu silinsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Şəmkir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verə bilərlər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar