Məhkəmə qərarları › İş №2(076)-158/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-158/2024

11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-158/2024 11.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehdən birgə ailə həyatından olan və onun himayəsində yaşayan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1154/2020 saylı qətnaməsi əsasında təyin edilmiş ay da 150 manat sabit pul məbləğində alimentin artırılaraq ayda 220 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş əridir. Cavabdehlə xx.xx.2008-ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Bir müddət sonra cavabdehlə ayrılmışlar. Cavabdehlə birgə ailə həyatından olmuş 04 iyul 2009-cu il təvəllüdlü Şükür və 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşaq iddiaçının himayəsində qalmış və Şəmkir rayon Məhkəməsinin xx.xx.2020 ci il tarixli 2(076)-1154/2020 saylı qətnaməsi əsasında hər bir uşaq üçün, hər aya görə təyin edilmiş 150 ( yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə, Şəmkir rayon Məhkəməsinin 2(076)-253/2023 saylı qətnaməsi əsasında Şükür adlı uşağın cavabdehin himayəsinə keçməsinə görə cavabdeh aliment öhdəliyindən azad edilmişdir. 24 yanvar 2014-cü il təvəllüdlü Yusif adlı uşaq hazırda da iddiaçının himayəsindədir. Hazırkı maddi çətinlikdə uşağın artıq məktəbli olmaqla oxuması, geyim, dərs ləvazimatlarının təmin edilməsi üçün ayda 150 (yüz əlli) manat alimentlə uşağın ehtiyaclarını ödəyə bilmir. Cavabdeh isə könüllü olaraq əlavə maddi yardım etmir. Ona görə iddiaçı təyin edilmiş alimentin məbləğinin artırılmasına dair məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasında iddiaçının İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin digər materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1154/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il tarixdə doğulmuş Şükür və xx.xx.2014-cü il tarixdə doğulmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 15 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-253/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Şükür adlı uşağın yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında saxlanılması və xx.xx.2009-cu il təvəllüdlü Şükür adlı uşağın saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 150 manat sabit pul məbləğində aliment öhdəliyindən Cavabdeh azad edilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2)076)-1197/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh oğl ilə İddiaçı arasında olan nikah xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 anadan olmuşdur. Uşaqlar ilk əvvəl İddiaçı himayəsində saxlanması və hər iki uşağın saxlanması üçün Cavabdeh Nürəddin oğlundan aliment tutulsa da, sonradan cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə Şükür adlı uşağın yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında saxlanılması və Cavabdeh hər ay üçün 150 manat sabit pul məbləğində aliment öhdəliyindən azad edilməsi qət edilmişdir. Hazırda xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçının himayəsindədir. Məhkəmə mülki işin materiallarını və tərəflərin izahatını məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1154/2020 saylı qətnaməsi ilə aliment tutulan vaxtdan hazırkı vaxtadək, cavabdehin gəlirlərindən hər hansı dəyişikliyin olduğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan başqa Şükür adlı uşağın yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında saxlanılması qərara alındığından məhkəmə hazırkı qərarı qəbul edərkən onun da diqqətəlayiq mənafeyini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində artırılması barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar