Məhkəmə qərarları › İş №2(076)-1726/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1726/2025

01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1726/2025 01.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağa çəkilmiş əlavə xərclərə cəlb edilmə”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "uşağa çəkilmiş əlavə xərclərə cəlb edilmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olan xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşağın müalicəsi üçün Cavabdeh hər ay 200(iki yüz) manat vəsaitin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 2009-ci ildə faktiki evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə birgə ailə həyatlarından 12 sentyabr 2010-cu il təvəllüdlü Kənan adlı uşaqları olmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə hamilə vəziyyətində olarkən ayrılmışlar. Yetkinlik yaşına çatmamış uşağı onun imayəsində yaşayır. Şəmkir rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatmamış uşağının saxlanması üçün hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində aliment müəyyən edilişdir. Lakin, yetkinlik yaşına çatmamış övladı Kənan anadan olduğu vaxtdan uşaq serebral iflici tetraplegiya əqli və fiziki inkişafdan geri qalma yerişin olmaması xəstəliyindən əziyyət çəkir. Onun övladı ağır xəstəlikdən əziyyət çəkdiyinə görə daim həkim müayinə və müalicələrində olur. 3 aydan bir fizioterapiya və reabilitasiya xidmətlərindən keçməlidir. Maddi imkansızlıq ucbatından uşağı tam həkim müayinəsindən keçirib, müalicəsini etdirə bilmir. Yalnız bəzi dərmanlarını alıb müalicə etdirir, lakin onun da heç bir köməyi olmur. Uşağın səhhəti getdikcə pisləşir. Uşağın müalicəsi çox xərc tələb edir. Uşağın müalicəsi ilə bağlı bütün xərcləri tək o çəkir. Müntəzəm olaraq uşağın müalicəsi üçün hər ay 300 manat pul tələb olunur. Cavabdeh uşağın müalicə xərclərinin ödənilməsində ona heç bir köməklik etmir. Cavabdeh fərdi əməklə məşğul olur və uşağına maddi yardım etmək iqtidarındadır. Lakin, cavabdeh könüllü olaraq uşağın əlavə xərclərində iştirak etməkdə imtina edir. Ona görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildird ki, iddianı qəbul etmir, etiraz edir. Belə ki, anası X1 pensiyasından 224 manat aliment pulu ödəyir. O heç yerdə işləmir, xəstədir. Odur ki, izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş: “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-000295 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyası ödənişsiz keçirilmişdir. "xxxx" MMC tərəfindən verilən arayışdan görünür ki, X4 xx.xx.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixinədək “Bakı Bərpa Mərkəzində” Fizioterapiya və Reabilitasiya xidmətlərindən keçmişdir. AZ-İİİ seriyalı, 802843 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 sentyabr 2010-cu ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. X3 Mərkəzi PHŞ-nin çıxarışından görünür ki, nisbi olaraq əzələ tonusunun azalması, əzələ gücünün artması qeyd edilir, psixoloji olaraq diqqəti qismən inkişaf edib, loqopedik olaraq ağız suyu azalmışdır. X3 Mərkəzi PHŞ-nin psixoloqun rəyindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 müayinə zamanı davranışı adekvat emosonal vəziyyəti sabit, verilən sualları cavablandırmaqda çətinlik çəkdi, nitqi aydın deyil, diqqəti yayınıqdır, böyük və kiçik motor bacarıqlrı zəifdir, təfəkkürü zəifdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ilə birgə nikaha daxil olmuşlar. Tərəflərin nikahları pozulmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 adlı bir uşaqları olmuşdur. X4 “uşaq serebral iflici tetraplegiya əqli və fiziki inkişafdan geri qalma yerişin olmaması” xəstəliklərindən əziyyət çəkir. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X2 müalicə xərclərinin ödənilməsi üçün cavabdehdən hər ay 200 manat tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Göründüyü kimi X4 “uşaq serebral iflici tetraplegiya əqli və fiziki inkişafdan geri qalma yerişin olmaması” xəstəliklərindən əziyyət çəkir. Onun müalicəsi üçün müxtəlif seanslar aparılır və dərman preparatları alınır. Uşağın yuxarıda qeyd olunan xərclərini qarşılamaq iddiaçı üçün çətindir. Qanunun tələbinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh hazırda ölkə uşağın saxlanması üçün aliment ödəyir. Bununla yanaşı cavabdeh övladının müalicə xərclərində iştirak etməli, övladının müalicə almasına, onun cəmiyyətə layiqli bir vətəndaş kimi yetişməsinə kömək etməlidir. Həmçinin məhkəmə cavabdehin və iddiaçının ortaq mənafeyini, cavabdehin hazırda aliment ödəməsini, onun maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, ondan hər ay 100 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 müalicə xərcləri üçün hər ay 100 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12 sentyabr 2010-cu il təvəllüdlü X2 müalicə xərcləri üçün hər ay 100 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar