Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1761/2025 15.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova nazlı Aazər qızının sədrliyi, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-70\2025 saylı qərardaddı ilə cavabdehlə birgə ailə həyatlarından olan onun himayəsində olan 16.05 2008-cı il təvəllüdlü Alisiya, xx.xx.2010cu il təvəllüdlü Günay və xx.xx.2013-cü il təvəllüdlü Nofəl adlı uşaqlarının saxlanması ücün ayda hər uşağa görə 2025-ci il ücün minimum əmək haqqının 0,61 misli məbləğində alimentin azaldılaraq ayda hər uşağlarına görə 2025-ci il ücün minimum əmək haqqının 0,39 misli məbləğində alimentin ondan alınıb cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Ayxan adlı övladı anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1683/2022 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixli, 2(076)-124/2020 saylı qətnaməsi ilə təyin olunan alimentin miqdarı artırılaraq hər ay 160 manat sabit pul məbləğində və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-1778/2020 saylı qətnaməsi ilə müəyyən edilən müalicə xərci artırılaraq 70 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra X7 yenidən məhkəməyə alimentin artırılması ilə bağlı müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1840/2024 saylı qətnaməsi ilə aliment miqdarı artırılaraq 190 manat sabit pul məbləğində, uşağın müalicəsi üçün əlavə pul vəsaiti isə artırılaraq 90 manat miqdarında təyin edilmişdir. Aliment və müalicə pulunu ödəmək iqtidarında deyildir və buna görə də Şəmkir Rayon Məhkəməsinin 3(076)-1146/2023 saylı qərarına əsasən inzibati qaydada həbs edilmişdir. Bundan qabaq ailə həyatı qurduğu X4 ilə nikahından dünyaya gələn övladı X5 görə 150 manat aliment ödəyir və uzun sürən xəstəlikdən əziyyət çəkir. Məhkəmədə təyin edilən xəstəliklə bağlı pul vəsaiti lüzumsuz olaraq təyin edilir, beləki övladı Ayxan əməliyyat olunmuşdur və onun hər hansı problemi yoxudr, müalicə almır.Cavabdehlə 2007-ci ildə faktiki olaraq evlənib ailə qurmuşuq, birgə ailə həyatımızdan 16.05.208-ci il təvəllüdlü Alisiya, xx.xx.2010-cu il təvəllüdlü Günay və xx.xx.2013- cü il təvəllüdlü Nofəl adlı uşaqlarımız olmuşdur. Cavabdehlə ailə münasibətimiz onun təqsirindən pozulduğuna görə ayrılmışlar, Birgə ailə həyatlarından anadan olmuş uşaqları cavabdehin himayəsindədir.Cavabdehlə birgə ailə həyatlarından olan onun himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü Alisiya, xx.xx.2010-cu il təvəllüdlü Günay və xx.xx.2013-cü il təvəllüdlü Nofəl adlı uşaqlarımıza Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1279\2019 saylı qətnaməsi ilə təyin edilmiş ayda hər uşağa görə 110(bir yüz on) manat, cəmisi 330(üç yüz otuz) manat sabit pul məbləğində alimentin cavabdehin indeksasiyası barədə tələbi Şəmkir rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 8(076)- 70\2025 saylı qərardaddı ilə təmin edilərək ayda hər uşağa görə 110 manat sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunması, yəni hər uşaq üçün ayda 244(iki yüz qırx dörd) manat, cəmisi 732(yeddi yüz otuz iki) manat məbləğində alimentin ondan alınıb ərizəçiyə verilməsi qərara alınmışdır.Halbuki, o, Rusiyaya maddi ehtiyac ucbatından işləmək üçün getmişdir, orada yalnız yay mövsümündə meyvə-tərəvəz məhsullarını bazalardan götürüb pərakəndə satmaqla əldə etdiyi cüzi qazancla həm ərizəçinin himayəsində olan uşaqlarının aliment öhdəliyini, yəni ayda 330 manat məbləğində alimenti, həm özümün yaşamaq tələbatımı, həm də yeni ailəsinin, yəni 2-ci arvadı X6 və həmin arvadından birgə ailə həyatlarından anadan olmuş, Murad və Ləman adlı 2 azyaşlı uşaqların maddi təminatları təmin etməyə çalışır.Əldə etdiyi gəliri ərizəçinin ərizəsində qeyd etdiyi kimi həddən artıq yüksək deyildir. Orta hesabla aylıq gəliri 800-900 (doqquz yüz) manat həddində olduğu halda ərizəçinin ərizəsinin təmin edildiyi məbləğdə yəni, 2025-ci il üçün ayda hər uşağa minimum əmək haqqının 0,61 misli olmaqla ayda 244 iki yüz qırx dörd) manat, cəmisi 732(yeddi yüz otuz iki manat məbləğində alimenti hansı vəsaitlə ödəyə biləcəyi məhkəmə nəzərə almamış, onun özünü və ailəsini həddən artıq ağır maddi vəziyyətə salmışdır.Buna görədə iddia ərizəsi ilə məhkəməyə muraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan Şəmkir rayon məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(076)-1279/2019 saylı qətnaməsinə əsasən xx.xx.2008-cı il təvəllüdlü Alisiya, xx.xx.2010cu il təvəllüdlü Günay və xx.xx.2013-cü il təvəllüdlü Nofəl adlı uşaqların saxlanılması üçün 110 manat pul məbləği təyin olunmuşdur. Şəmkir rayon məhkəməsinin 8(076)-70/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən isə aliment 0,61 misli həddində indeksasiya olunmuşdur. İş materiallarına əlavə edilmiş Sankt-Peterburq Hökumətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri üzrə Komitəsinin Kalininsk rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli V-AK 703131 nömrəli arayışdan görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində anadan olmuş, bu barədə xx.xx.2021-ci il tarixdə Sankt-Peterburq Hökumətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri üzrə Komitəsinin Kalininsk rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində akt qeydləri kitabında ********************2 nömrəli doğum haqqında akt qeyd edilmişdir. Uşağın atası İddiaçı, anası X8 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/MT0032/2025-00107 saylı ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmiş. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər 2007-ci il tarixdə faktiki olaraq ailə qurmuşlar və nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2008-cı il təvəllüdlü Alisiya, xx.xx.2010-cu il təvəllüdlü Günay və xx.xx.2013-cü il təvəllüdlü Nofəl adlı övladları anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri baş tutmadığından ayrılmış, birgə nikahdan doğulmuş xx.xx.2008-cı il təvəllüdlü Alisiya, xx.xx.2010-cu il təvəllüdlü Günay və xx.xx.2013-cü il təvəllüdlü Nofəl adlı övladlar adlı uşaq cavabdehin yanında qalmışdır. Uşağların saxlanılması üçün məhkəmə tərəfindən iddiaçıdan cavabdehin xeyrinə əvvəl 110 manat aliment tutulmuş, daha sonra bu məbləğ inedksiasiya edilərək minimum əmək haqqının 0.61(400x0,61= 244 ) misli həddində indeksasiya edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra– AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə vəya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə qərardadı ilə indeksasiya edilmiş və yenidən müəyyən edilən alimentin məbləğinə təsir edə biləcək idddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olduğundan, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən ödənilən alimentin indeksasiyasından sonra alimentin məbləğinə münasibətdə iddiaçının vəziyyətini ağırlaşmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yenidən ailə həyatı qurmuş, həmin nigahından 2 azyaşlı uşağı vardır və əvvəlki nikahından olan 3 uşağın hər birinə görə hər ay 244 manat məbləğində, ümumilikdə hər ay 732 manat aliment məbləği odəmək iddiaçını və ailəsini əlverişsiz vəziyyətə salır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2008-cı il təvəllüdlü Alisiya, xx.xx.2010-cu il təvəllüdlü Günay və xx.xx.2013-cü il təvəllüdlü Nofəl adlı uşaqların üçün məhkəmə qərardadı ilə indeksasiya ediləndən sonra müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, iddiaçıdan uşaqların saxlanılmaları üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 160 manat ( 400X 0,40) sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğlərini və yetkinlik yaşına çatmayan hər uşaq üçün 160 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəmkir rayon məhkəməsinin 8 (076)-70/2025 saylı, 12 fevral 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği azaldılaraq, xx.xx.2008-cı il təvəllüdlü Alisiya, xx.xx.2010-cu il təvəllüdlü Günay və xx.xx.2013-cü il təvəllüdlü Nofəl adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qisməntəmin edilsin. Şəmkir rayon məhkəməsinin 8(076)-70/2025 saylı, 12 fevral 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2008-cı il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2008-cı il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1761/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1761/2025
15.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver