Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1762/2025 19.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 1 ədəd Şkaf, 1 ədəd servant, 1 ədəd tirliyac, 1 ədəd stol, 1 ədəd divan, 1 ədəd taxta kravat, 6 ədəd stul, 1 ədəd kreslo, 2 ədəd gəvə, 3 ədyal, 4 ədd döşək, 4 ədəd yorğan, 5 ədəd balınc, 5 ədəd paduşka, 6 ədəd kruşka, 1 ədəd güldan, 4 ədəd vaz, 2 ədəd vedra, 2 ədəd qazan, 6 ədəd rumka, 2 ədəd meyvə qabından ibarət cehiz əşyalarının ona məxsus Şəmkir rayonu, Tatarlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsi imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan iddia üzrə icraat qaydasında yenidən məhkəməyə mürəciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən məhkəmə həsab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-cı maddəsi ilə müəyyən olunmuş tələbə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə mürəciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1762/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1762/2025
19.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver