Məhkəmə qərarları › İş №2(076)-1766/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1766/2025

01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1766/2025 01.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə məhkəmədə iddia qaldıraraq, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində alimentin və ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdehlə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı üç uşaqları olmuşdur. Cavabdehlə öz isəyilə ailə qurmuşdur. Sonradan cavabdehlə ailə münasibətləri pozulmuşdur. Aralarında baş vermiz narazılıqlar nəticəsində ayrılmışlar. Cavabdehlə ayrıldıqları vaxtdan yetkinlik yaşına çatmamış uşaqları onun himayəsində qalmışdır. Hazırda yetkinlik yaşına çatmamış uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün yüksək məbləğdə aliment ödənək iqtiradındadır. O cavabdehə qarşı alimentin sabit pul məbləğində tutulması ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin, cavabdeh yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması üçün aliment ödənilməsi ilə bağlı razılıq vermədiyindən ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edib cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqlar üçün aliment tutulmasını istəyir. İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, cavabdeh ilə birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X3maqla üç ümumi uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən faktiki olaraq ayrılmışlar. Hazırda birgə nikahlarından doğulmuş uşaqlar onun yanında yaşayır. Hər ay hər uşaq üçün 246 manat aliment istəyir. Odur ki, izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh izahatında göstərdi ki, İddiaçı qaldırdığı iddiaya baxılmasını Rusiya Federasiyasının Çelyabinski rayonunda aparılmasını istəyir, əks halda Çelyabinski rayonunda alimentin verilməsi barədə iddia qaldıracağını bildirmişdir.Həmçinin bildirir ki, uşaqlara Rusiya Federasiyasında dövlət tərəfinədn müavinat verilir. Odur ki, alimentin kəsilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X3maqla üç ümumi uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2024–cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edlmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh övladları barəsində Şəmkir rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydləri üzrə yoxlama aparılmış, lakin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü övladı X1 doğumu Rusiya Federasiyası Çelyabinsk UYSK bələdiyyəsi rayon Admininstrasiyasının xx.xx.2016-cı il tarixli 67 saylı akt qeydi ilə tərtib olunmuş, onun barıəsində qeydə alınmış doğum haqqında şəhadtnamənin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 9263 nömrəli xarici ölkədə qeydə alınmış akt qeydi ilə daxil edilməsi müəyyəmn edilmiş, xx.xx.2017-ci il təvəllüdlü övladı X6 doğumu Rusiya Federasiyası Çelyabinsk vilayəti UYSK bələdiyyəsi rayon Admininstrasiyasının xx.xx.2017-ci il tarixli 127 saylı akt qeydi ilə tərtib olunmuş, onun barəsində qeydə alınmış doğum haqqında şəhadətnamənin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 9219 nömrəli xarici ölkədə qeydə alınmış akt qeydi ilə daxil edilməsi müəyyən edilmiş və xx.xx.2019-cu il təvəllüdlü övladı X2 doğumu Rusiya Federasiyası Çelyabinsk vilayəti UYSK bələdiyyəsi rayon Admininstrasiyasının xx.xx.2019-cu il tarixli ********************0 saylı akt qeydi ilə tərtib olunmuş, onun barəsində qeydə alınmış doğum haqqında şəhadətnamənin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 9220 nömrəli xarici ölkədə qeydə alınmış akt qeydi ilə daxil edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, cavabdehlə iddiaçının birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X3maqla üç ümumi uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal yaşasalar da, sonradan aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqlar iddiaçının yanında qalmış və hazırda isə hər üç azyaşlı uşaq iddiaçının himayəsində yaşayır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, həmin tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,38 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar