Məhkəmə qərarları › İş №2(076)-1771/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1771/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1771/2024 07.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və onların vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cəfərova (Əhmədova) Solmaz Qədim qızına, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızına, Cəfərov (Qafarov) Rəşad Yaşar oğluna və Cəfərov (Qafarov) Elşad Yaşar oğluna qarşı “mülkiyyət hüququna dair Dövlət Reyestr xidmətində aparılmış qeydin, müvafiq çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cəfərova (Əhmədova)Solmaz Qədim qızı, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızı, Cəfərov (Qafarov)Rəşad Yaşar oğlu və Cəfərov (Qafarov)Elşad Yaşar oğluna qarşı “mülkiyyət hüququna dair Dövlət Reyestr xidmətində aparılmış qeydin, müvafiq çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cəfərova (Əhmədova) Solmaz Qədim qızı, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızı, Cəfərov (Qafarov) Rəşad Yaşar oğlu və Cəfərov (Qafarov) Elşad Yaşar oğlunun JN-139 (KOD ********) nömrəli Dövlət Aktı ilə paylı mülkiyyətində olmuş 2,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış ********** nömrəli qeydin və müvafiq çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə dair cavabdehlərlə və onun arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır cavabdehlərə məxsus olan, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2,52 ha (JN139, Kod: ********) torpaq sahəsini almış və torpaq sahəsinə dair Dövlət Aktının əsli cavabdehlər tərəfindən ona verilmişdir. Belə ki, cavabdehlərə məxsus kənd təsərrüfatı təyinatlı Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.52 ha torpaq sahəsini 2004-cü ilin sonlarında faktiki olaraq almışdır. Bundan sonra alqısatqını rəsmiləşdirmək üçün Şəmkir rayon 1 saylı Notariat kontorunda 21 aprel 2006-cı il tarixli, 4- 261 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. 2004-cü ildən hazırkı tarixədək 20 il müddətində torpaq sahəsi mübahisəsiz olaraq onun istifadəsindədir. Cavabdehlər 2024-cü ilin mart ayında ona satdıqları torpaq sahəsində şumlama işi aparmağa cəhd edərkən bəlli olmuşdur ki, ona satdıqları torpaq sahəsinə dair öz adlarına mülkiyyət hüququna dair çıxarış almışlar. Məsələni araşdırmaq məqsədilə Dövlət Notariat Arxivinə müraciət edərək cavabdehlərlə bağlanmış 21 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hərəkətlərin olub-olmamsı barədə məlumat verilməsini xahiş etmişdir. X5 xx.xx.2024-cü il tarixli məktubu ilə məlumat verilmişdir ki, Şəmkir rayon 1 sylı Notoriat Kontorunda cavabdehlərlə bağlanmış 21 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsi reyestrdə qeydiyyatda yoxdur. Həmin tarix və nömrə altında alqı-satqı müqaviləsi başqa şəxslərə aiddir. Bu isə onu deməyə əsas verir ki, Şəmkir rayon Dövlət Notariat Konturunun mərhum notariusu tərəfindən səhlankarlıq və ya saxtakarlıq edilərək alqı-satqı müqaviləsi reyestrǝ daxil edilməmişdir. Hesab edir ki, cavabdehlərlə bağlanmış alqı-satqı müqaviləsi dövlət reyestrində notariusun səhvi və ya səhlənkarlığı nəticəsində qeydiyyata alınmasa da tərəflərin iradə ifadəsi olaraq cavabdehlərlə faktiki alqı-satqı müqaviləsi bağlanmış, yəni alıcı olaraq o, torpaq sahəsinin pulunu cavabdehlərə vermiş, cavabdehlər isə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı 2,52 ha torpaq sahəsini onun istifadəsinə vermişlər. 20 ildir torpaq sahəsi mübahisəsiz olaraq onun istifadəsindədir. Odur ki, cavabdehlər- Cəfərova (Əhmədova) Solmaz Qədim qızı, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızı, Cəfərov (Qafarov) Rəşad Yaşar oğlu, Cəfərov (Qafarov) Elşad Yaşar oğlunun JN-139 KOD: 50407038 nömrəli Dövlət Aktı ilə paylı mülkiyyətində olmuş 2,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış ********** nömrəli qeydin və müvafiq çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə dair cavabdehlərlə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun vəkili Nümayəndə1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi (vəkil) vəkili Nümayəndə2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək onu rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən verilmiş, JN-136 (kod ********) saylı, xx.xx.1998-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X2, X1, X3, X4 Şəmkir rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə Şəmkir rayonu Qapanlı kəndi ərazisində 2,52 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Şəmkir ayonu Qapanlı kəndinin ərazisində 2.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış ********** nömrəli qeydin və müvafiq çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi verməklə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi haqqında iddia qaldırmışdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış JN-136 (kod ********) saylı, xx.xx.1998-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında inzibati orqan tərəfindən verilmişdir. Məhkəmə iddia tələbinin torpaq sahəsinə dair bağlanmış 21 aprel 2006-cı il tarixli, 4Ə-261 reyestr nömrəli alqı-satıq müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, qeyd olunan alqı-satqı müqaviləsi mövcud olduğundan və mübahisələndirilmədiyindən həmin tələbə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cəfərova (Əhmədova) Solmaz Qədim qızına, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızına, Cəfərov (Qafarov) Rəşad Yaşar oğluna və Cəfərov (Qafarov) Elşad Yaşar oğluna qarşı “mülkiyyət hüququna dair Dövlət Reyestr xidmətində aparılmış qeydin, müvafiq çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdən sonra eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçı ilk növbədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə, həmin orqan imtina etdikdən isə aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 266- 269-cu maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cəfərova (Əhmədova) Solmaz Qədim qızına, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızına, Cəfərov (Qafarov) Rəşad Yaşar oğluna və Cəfərov (Qafarov) Elşad Yaşar oğluna qarşı “mülkiyyət hüququna dair Dövlət Reyestr xidmətində aparılmış qeydin, müvafiq çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar