Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1782/2024 05.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin və maddi yardımın sabit pul məbləğində” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin və maddi yardımın sabit pul məbləğində” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə ailə həyatlarından olub onun himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşağın maddi cəhətdən saxlanılması üçün uşağı on səkkiz yaşına çatanadək ayda 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment, uşağının xəstəliyinin müalicəsi ilə əlaqələr ayda 150 (bir yüz əlli) manat sabit pul məbləğində maddi yardımın və mediasiya xərci olan 50 (əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə nikahlarını xx.xx.2014cü tarixdə Tovuz rayon Qeydiyyat Şöbəsində 363 №-li akt qeydi ilə rəsmilələşdirməklə evlənib ailə qurmuşlar. Cavabdehlə birgə ailə həyatlarından xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşağı olmuşdur. Cavabdehlə ailə münasibətləri əvvəllər normal olmuş, sonralar onun təqsirindən pozulmasına görə cavabdehin guya işləmək adı ilə Rusiyaya getdiyi vaxtdan faktiki olaraq ayrılmış, ancaq rəsmi nikah pozulmamışdır. Cavabdeh Rusiyanın İrkutsk şəhərində işləyib yaşayırdı, son günlər isə atasının xəstəliyi ilə əlaqədar kəndinə qayıtmışdır. Cavabdeh 500 manata qədər pensiya almaqla və özünə məxsus olan yük maşını ilə yüklərin daşımasını təşkil etməklə məşğul olaraq normal maddi imkana malik olmasına baxmayaraq himayəsində qalmış azyaşlı uşağı və ona könüllü olaraq bir ildir ki, heç bir maddi yardım etməmişdir. O özü və azyaşlı uşağı “Simptomatik epilepsiya” xəstəsi olması ilə əlaqədar, uşağına qulluq etməli olmağına və münasib yüngül işin olmamasına görə heç yerdə işləmir, valideynlərinin maddi köməyi ilə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdehdən könüllü olaraq uşağına üçün aliment və maddi yardım ödəməsi üçün Mediasiya Şurasına etdiyi müraciət üzrə ilkin mediasiya prosesində cavabdehin iştirak etməsinə baxmayaraq münasib aliment və maddi yardım ödəməməsinə görə mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır, bu barədə ona xx.xx.2024-cü il tarixli MSG\1-00236 saylı arayış verilmişdir. Qeyd edilənlərə əsasən cavabdehdən birgə ailə həyatlarından olub onun himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü Zamiq adlı uşağın maddi cəhətdən saxlanılması üçün uşağı on səkkiz yaşına çatanadək ayda 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment, uşağının xəstəliyinin müalicəsi ilə əlaqələr ayda 150 (bir yüz əlli) manat sabit pul məbləğində maddi yardımın və mediasiya xərci olan 50 (əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan 42151 nömrəli xx.xx.2022-ci il tarixli epikrizin təsdiq olunmuş sürətindən görünür ki, X1 epilepsiya, ağıl zəifliyi (kəmağıllıq) diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/1-00236 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və X6 xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan AZ-İ 952966 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X2 Şəhanə Telman qızı ilə xx.xx.2014-cü ildə nikah bağlamışlar. Nikah bağlanan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ 540720 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə doğulmuşdur. Ata qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2015ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddianın “uşağının xəstəliyinin müalicəsi ilə əlaqələr ayda 150 (bir yüz əlli) manat sabit pulun məbləğində maddi yardımın” tələbinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin maddəyə əsasən valideyn alimentdən əlavə, uşağın saxlanılması üçün yaranan əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Lakin bunun üçün əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmalıdır. Maddənin dispozisiyasında belə müstəsna halların bir qismi sadalanmışdır: uşağın ağır xəstəliyi, şikəstliyi, uşağa kənar xidmətin göstərilməsi zəruriliyi. Lakin eyni zamanda qanunla digər hallarda da, valideynin əlavə xərclərin ödənilməsinə cəlb edilməsi imkanı müəyyən olunmuşdur. Lakin həmin tələbin təmini üçün uşağın xəstə olması, xəstəliyi ilə əlaqədar əlavə xərclərin yaranması və Ailə Məcəlləsinin 81.3-cü maddəsinə uyğun gələcək üçün də bu tələb irəli sürüldüyü halda, xərclərin gələcəkdə də çəkilməsinin zəruriliyi sübut olunmalıdır. İş materiallarında azyaşlı uşağın daimi (gələcəkdə) müalicəyə ehtiyacı olan xəstəlikdən əziyyət çəkməsini təsdiq edən hər hansı tibbi sənəd mövcud deyildir. Qeyd olunanlara əsasən “uşağının xəstəliyinin müalicəsi ilə əlaqələr ayda 150 (bir yüz əlli) manat sabit pulun məbləğində maddi yardımın“ tələbi ilə bağlı hissəsində iddia rədd edilməlidir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iddianın qiyməti 2400 manat (200x12) olduğundan, mediasiya sessiyasında 50 manat xərc iddiaçı tərəfindən ödənildiyindən məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 200 (iki yüz) manat aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1782/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1782/2024
05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver