Məhkəmə qərarları › İş №2(076)-1899/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1899/2025

14.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1899/2025 14.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məkəməsinə müraciət edərək, Goranboy rayonu Veyisli kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh cehiz əşyalarının çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh gəlini olmuşdur. X3 26 noyabr 2023-cü il tarixdə nikahlarını rəsmi deyd etdirmədən ailə qurmuşlardır. Məhkəməyə təqdim etdiyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Reyestrindən Çıxarışın surətindən görünür ki, Goranboy rayonunun Veyisli kəndində 0.16 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 114.70 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüquqi əsasında ona məxsusdur. Cavabdeh oğlu ilə ailə qurduqdan sonra onun mükiyyətində olan və Goranboy rayonunun Veyisli kəndində yerləşən fərdi yaşayış evnə köçmüş, cehiz əşyalarını da həmin evə yığmışdır. Cavabdehin sağlamlığında problemi olduğu üçün (xəstə idi) 05 aprel 2024-cü il tarixdə oğlundan ayrılmışdır. Valideyinləri gələrək onu öz evlərinə aparmışlar. Cavabdeh atası evində yaşasa da gətirdiyi cehiz əşyaları onun mülkiyyətində olan evdə qalmaqdadır. Həmin əşyaların onun evində olması ona və ailə üzvülərinə mane olur, evindən isdədiyi kimi istifadə edə bilmir. Cavabdehə dəfələrlə təklif olunub ki, cehiz əmlakını onun evindən çıxarsın, lakin o könüllü olaraq əşyalarını çıxarmaq istəmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Tələbi ondan ibarətdir ki, cavabdeh gətirdiyi cehiz əşyalarını onun evindən çıxarsın. Həmin əmlaklar ona lazım deyildir, evində sıxlıq yaradaraq sərbəst hərəkətinə maniə olur. Həmin əşyaların siyahısı aşağıdakı kimidir: yataq dəsti, mətbəx dəsti, televizor l ədəd, soyuducu 1 ədəd, paltaryuyan, tozsoran, çilçıraq 3 ədəd, ütü və ütü stolu, pərdələr, xalçalar 2 ədəd 3x4, 3 ədəd l,5xl və l ədəd l,5x2,ll, divan 1 ədəd, elektrik samovar l ədəd. Lakin, cavabdeh qanunsuz hərəkətləri ilə, yəni ona məxsus olan fərdi yaşayış evində öz əmlakını əsassız saxlamaqla, onun həmin otaqdan istifadə etməyinə imkan verməməklə, mülkiyyətçi kimi hüquqlarını pozur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Goranboy rayonu Veyisli kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus yataq dəsti, mətbəx dəsti, l ədəd televizor, 1 ədəd soyuducu, paltaryuyan, tozsoran, 3 ədəd çilçıraq, ütü və ütü stolu, pərdələr, xalçalar 2 ədəd 3x4, 3 ədəd l,5xl və l ədəd l,5x2,ll, 1 ədəd divan, l ədəd elektrik samovardan ibarət cehiz əşyalarının çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun verdi və əlavə olaraq göstərdi ki, hazırda cavabdehə məxsus yataq dəsti, mətbəx dəsti, l ədəd televizor, 1 ədəd soyuducu, paltaryuyan, tozsoran, 3 ədəd çilçıraq, ütü və ütü stolu, pərdələr, xalçalar 2 ədəd 3x4, 3 ədəd l,5xl və l ədəd l,5x2,ll, 1 ədəd divan, l ədəd elektrik samovardan ibarət cehiz əşyaları onun evində qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh cehiz əşyalarını ona məxsus evdən çıxarmamışdır. Hazırda o, özünə məxsus fərdi yaşayış evinin tərkib hissəsindən sərbəst şəkildə istifadə edə bilmir, cavabdeh isə könüllü olaraq öz əşyalarını aparmaq istəmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin hərəkətləri əsaslı deyil, onun gözlənilən mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilərək, ona məxsus fərdi yaşayış evindən cavabdehin cehiz əşyalarının çıxarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, cavabdeh onun qızıdır. Onun qızı iddiaçının oğlu ilə ailə qurduqdan sonra onlara məxsus evə gəlin köçmüşdür. Cavabdehin cehiz əşyalarıda həmin evə yığılmışdır. İddia ərizəsində qeyd olunan cehiz əşyaları mövcüddur, lakin cavabdehin digər cehiz əşyalarıda iddiaçıların evində qalmışdır. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Reyestrindən Çıxarışın surətindən görünür ki, Goranboy rayonunun Veyisli kəndində 0.16 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 114.70 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüquqi əsasında İddiaçı məxsusdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh 2023-cü ilin noyabr ayının 26 iddiaçının oğlu ilə faktiki olaraq evlənmiş, toy günü iddiaçıya məxsus olan, Goranboy rayonunun Veyisli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Sonradan cavabdehin sağlamlığında problemlər olduğu üçün cavabdeh həmin evdən çıxmışdır. Buna baxmayaraq, ona məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə qalmaqda davam edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Goranboy rayonunun Veyisli kəndində 0.16 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 114.70 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüquqi əsasında İddiaçı məxsusdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, hazırki iddiaya qiymət verərkən hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Məhkəmə iddianın düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququnun olub-olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Reyestrindən Çıxarış əsasında qeydiyyata alınmışdır. Lakin cavabdeh iddiaçının bu hüququnu həyata keçirməsinə maneəçilik yaradır. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ olduğundan o, iddia qaldırmaqda subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyətçi olan iddiaçının evinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ olan fərdi yaşayış evindən istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə yerləşir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçının cavabdehə qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus yataq dəsti, mətbəx dəsti, l ədəd televizor, 1 ədəd soyuducu, paltaryuyan, tozsoran, 3 ədəd çilçıraq, ütü və ütü stolu, pərdələr, xalçalar 2 ədəd 3x4, 3 ədəd l,5xl və l ədəd l,5x2,ll, 1 ədəd divan, l ədəd elektrik samovardan ibarət cehiz əşyaları İddiaçı məxsus Goranboy rayonunun Veyisli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar