Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şəmkir rayon İş № 2(076)-1923/2024 25.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, kreditor X1 Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i: Kreditor X4 məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən məlum olur ki, Borclu 02 oktyabr 2023-cü il tarixli, 3M-17 reyestr nömrəli Kredit müqaviləsi üzrə 1900 (bir min doqquz yüz) manat borc məbləğinin, habelə dövlət rüsumu əvəzi olaraq ödənilmiş 100.40 (bir yüz, 40 qəpik) manat və poçt xərci olaraq ödənilmiş 1.80 (bir manat 80 qəpik) məbləğinin kreditor X1 xeyrinə tutulması barədə məhkəmə əmri əmrinin çıxarılması zəruridir. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3M-17 reyestr nömrəli Kredit müqaviləsindən görünür ki, X4, Borclu 2000 manat məbləğində pul borc vermişdir. Borclu kreditini xx.xx.2023-cü tarixinədək X2 qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə kreditor tərəfindən borcluya ona olan borcun 20 gün müddətində ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Borclu isə kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, kreditor borcludan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1981-cı ildə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 633 qeydiyyatda olan və yaşayan X3 xeyrinə 1900 manat borc, habelə dövlət rüsumu əvəzi olaraq ödənilmiş 100.40 (bir yüz, 40 qəpik) manat və poçt xərci olaraq ödənilmiş 1.80 (bir manat 80 qəpik) manat olmaqla, cəmi 2002,20 (iki min iki manat iyirmi qəpik) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1923/2024
Şəmkir Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(076)-1923/2024
25.04.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver