Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1949/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 465/2024 saylı qətnaməsi əsasında cavabdehlə birgə ailə həyatlarından olmuş və cavabdehin himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü Ömər adlı uşağının saxlanması üçün təyin edilmiş 200 (iki yüz) manat sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq ayda 100 (bir yüz) manat sabit pul məbləğində alimentin ondan alınıb cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahlarını xx.xx.2016-cı il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 225 saylı akt qeydi ilə rəsmiləşdirmişklə evlənib ailə qurmuşlar. Birgə ailə həyatlarından xx.xx.2016-cı il təvəllüdlü Ömər adlı uşağı olmuşdur. Cavabdehlə ailə münasibətləri əvvəllər normal olmuş, sonralar isə onun özünün təqsirindən pozulmuşdur. Azyaşlı uşaqları isə cavabdehin himayəsindədir və cavabdehin iddiası əsasında Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-465 saylı qətnaməsi ilə uşağın saxlanması üçün ayda 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ondan alınıb cavabdehə verilməsi qət edilmişdir. Ancaq, onun zob xəstəliyindən əziyyət çəkməklə ağır işlərdə işləmək imkanı olmamasına görə normal əmək haqqı və əlavə maddi imkanı yoxdur. Bu səbəbdən həmin məbləğdə alimenti cavabdehə ödəmək iqtidarında deyil. Ona görə ki, köhnə avtomaşını ilə taksilik etməklə onun aylıq bütün gəlirlərinin məbləği 250(iki yüz əlli) manata qədərdir. Cavabdehə qarşı alimentin azaldılması tələbi üzrə Mediasiyaya müraciət etmiş, ancaq ilkin mediasiya sesisyasından sonra prosesin davam etdirilmə mümkün olmamasına görə ona xx.xx.2024-cü il tarixli MSG\1-00177 saylı arayış təqdim edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə etiraz ünvanlayraq bildirmişdir ki, Şəmkir rayon Məhkəməsində İddiaçı ona qarşı "alimentin miqdarının azaldılması" tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda o həmin iddia ilə razı deyil və rədd edilməsini istəyir. Belə ki, iddiaçı ilə birgə nikahlarından bir uşaq doğulmuşdur. Uşağın saxlanılması üçün hər ay 200 manat alimentin tutulması qət edilmişdir. Uşağı məktəblidir, hazırlığa gedir, uşağın geyimini və qidasını ödəməyə çətinlik çəkir. Özü heç yerdə işləmir və gəliri yoxdur. Hətta 200 manat aliment uşağın saxlanılması üçün çox az miqdardır. Ona görə İddiaçı ona qarşı alimentin miqadarının azaldılması tələbinə dair iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 704 nömrəli arayışdan görünür ki, X2 xx.xx.2016-cı ildə anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞQ/1-00177 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 51 (əlli bir) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan 2(076)-465/2024 nömrəli xx.xx.2024-cü il tarixli Şəmkir rayon məhkəməsinin tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 200 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Məhkəmə İddiaçı zob xəstəliyindən əziyyət çəkməklə ağır işlərdə işləmək imkanı olmamasına görə normal əmək haqqı və əlavə maddi imkanı olmaması ilə əlaqədar azyaşlı uşağına aliment vermək imkanının məhdud olması ilə bağlı qeyd etdiklərini əsaslı saymır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi kimi həmin xüsusat onun uşağı barəsində valideynlik vəzifələrini yerinə yetirməkdən, o cümlədən uşağına aliment ödəmək vəzifəsindən azad etmir. Həmçinin iddiaçının hər hansı xəstəlik nəticəsində əmək qabiliyyətini itirməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa qanunverciliyin tələbinə görə ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda müəyyən edilmiş alimentin məbləğində dəyişiklik edilə bilər ki, iddiaçı aliment müəyyən edildikdən sonra özünün ailə və və maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1949/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1949/2024
16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver