Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1999/2023 21.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü Aygül, xx.xx.2014-cü il təvəllüdlü Elcan və Əlican adlı uşaqların saxlanılması üçün nənələri, Cavabdeh hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X5 ilə 2011-ci ildə qeyrirəsmi alilə qurmuşlar. Şəmkir Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli 2(076)-1550/2017 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Aygül adlı uşağın atalığı müəyyən edilmiş, xx.xx.2012-ci il təvəllüdlü Aygül, xx.xx.2014-cü il təvəllüdlü Elcan və Əlican adlı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat aliment tutulması qət edilmişdir. Bu günədək cavabdeh üç azyaşlı uşaqların saxlanılması üçün heç bir məbləğ ödəməmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2012-ci il təvəllüdlü Aygül, xx.xx.2014-cü il təvəllüdlü Elcan və Əlican adlı uşaqların saxlanılması üçün nənələri, Cavabdeh hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh iddia ərizənə qarşı etirazla məhkəməyə müraciət edərək etirazda qeyd etmişdir ki, iddia tələbi ilə razı deyil. Qeyd edilən alimenti ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, 220 manat sosial yardım alır, eyni zamanda səhhətində problemlər olduğu üçün əməliyyata görə kredit götürmüşdür. Krediti çətinliklə ödəyir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş AZ-İİİ № 694406 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 şəhadətnaməsinin ata qrafasında X6, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş İ-ЖД № 392426 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X7 və X2 şəhadətnaməsinin ata qrafasında X5, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli 2(076)-1550/2017 saylı qətnaməsindən görünür ki, X3 İddiaçı doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Aygül adlı uşağın atası olması müəyyən edilməsi və X1 xx.xx.2012-ci il təvəllüdlü Aygül, xx.xx.2014-cü il təvəllüdlü Elcan və Əlican adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 17/22/19 nömrəli məktubda görünür ki, icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı borclu T. Qənbərovun xx.xx.2016-cı il tarixdə (məhkəmə qərarı qəbul edilənədək) ölkə hüdudlarını tərk etdiyi və geri qayıtmadığı məlum olmuş, onda tələbin yönədiləcəyi əmlak aşkar edilməmiş, T. Qurbanovun olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2017-ci il tarixdə onun axtarılması haqqında qərar qəbul edilərək Şəmkir Rayon Polis Şöbəsinə göndərilmiş və xx.xx.2017-ci il tarixdə rayon polis şöbəsində onun barəsində 800438 saylı axtarış işi açılmış, xx.xx.2017-ci il tarixdə borclunun barəsində dövlətlərarası axtarış işi açılmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu icra sənədi üzrə yaranmış aliment borcundan bugünki tarixədək heç bir ödəniş etməmiş, hazırda Şəmkir rayon Məhkəməsinin 2(076)-1550 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə yaranmış borc 18240 manat təşkil edir. Axtarış işinin nəticələrindən asılı olaraq icra tədbirləri davam etdiriləcəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞQ/MT0032/2023-00567 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdehin oğlu X3 birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Aygül, xx.xx.2014-cü il təvəllüdlü Elcan və Alican adlı uşaqlar iddiaçının himayəsində yaşayırlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-1550/2017 nömrəli qətnaməsi ilə X1 xx.xx.2012-ci il təvəllüdlü Aygül, xx.xx.2014-cü il təvəllüdlü Elcan və Əlican adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Göründüyü kimi hazırda yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün valideynlərdən birindən, yəni atadan aliment tutulması məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, həmin qətnamənin icra edilməsi üçün icra tədbirləri Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən davam etdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən nəvələr yalnız öz valideynlərinin hər ikisindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən aliment almaq hüququna malikdirlər. Hazırki mülki işdə isə uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi ilə X1 alimentin tutulması müəyyən edilmiş, icra sənədi üzrə isə icra tədbirləri davam etdirilir. Eyni zamanda qanunun mənasına görə, babadan və nənədən aliment almaq üçün AM-nin 89-cu maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Lakin, məhkəmə iclasında cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olmasını, yəni hər ay aliment ödəməyə imkan verəcək dərəcədə qazancının olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1999/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1999/2023
21.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver