Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2059/2025 13.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2023-cü ildə anadan olmuş Mələk adlı uşağın baxılması üçün hər ay 100 (bir yüz) manat məbləğində alimentin (əlavə vəsaitin) alınıb ona, yəni İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə faktiki nikaha daxil olmuş və nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişlər. Borclu ilə birgə nikahlarından xx.xx.2023-cü ildə Mələk adlı övladı dünyaya gəlmişdir. Cavabdehla aralarında olan narazılığa görə 2024-cü ildə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3161/2024 nömrəli qətnaməsi ilə Cavabdehla aralarında olna nikah qeydinin pozulması və Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin uşağı 3 yaşına çatanadək saxlanılması ilə bağlı qətnamədə qeyd edilməmişdir. Hörmətli məhkəmə, qeyd etmək istəyir ki, övladı azyaşlıdır və ana qayğısına, həmçinin baxımına eyticacı vardır. Bu da cavabdeh tərəfindən ödənilən alimentin uşağın baxımına, yeməyinə və geyimək xərcələrini ödəmir. Hazırda həmin pula övladının tələbatlarını ödəyə bilmir. Borclu maddi cəhətdən övladına yardım göstərəcək iqtidarında olsa da, özü könüllü olaraq övladına əlavə maddi yardım göstərmir. Övladlarının maddi və mənəvi maraqlanın təmin etmir. Hesab edir ki, Mələk adlı uşağının 3 yaşına çatanadək baxılması üçün hər ay 100 (bir yüz) manat məbləğində aliment tutulmalıdır. Göstərilənlərə görə də məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, o Cavabdeh ilə faktiki nikaha daxil olmuş və nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişlər. Borclu ilə birgə nikahlarından xx.xx.2023-cü ildə Mələk adlı övladı dünyaya gəlmişdir. Cavabdehla aralarında olan narazılığa görə 2024-cü ildə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3161/2024 nömrəli qətnaməsi ilə Cavabdehla aralarında olan nikah qeydinin pozulması və Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Özü Tovuz rayonunda orta məktəbdə təsviri incəsənət müəlliməsidir. Lakin uşağın 3 yaşına çatanadək saxlanılması ilə bağlı qətnamədə qeyd edilməmişdir. İddia ərizəsini tərtib edərkən, xx.xx.2023-cü ildə anadan olmuş Mələk adlı uşağın baxılması üçün hər ay 100 (bir yüz) manat məbləğində alimentin (əlavə vəsaitin) alınıb ona, yəni İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini göstərmiş, hazırda tələbini dəqiqləşdirib xx.xx.2023-cü ildə anadan olmuş Mələk adlı uşağın baxılması üçün hər ay 100 (bir yüz) manat məbləğində ana üçün əlavə vəsaitin alınıb ona, yəni İddiaçı verilməsi kimi nəzərə almanısını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o Cavabdeh ilə faktiki nikaha daxil olmuş və nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişlər. Borclu ilə birgə nikahlarından xx.xx.2023-cü ildə Mələk adlı övladı dünyaya gəlmişdir. Cavabdehla aralarında olan narazılığa görə 2024-cü ildə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3161/2024 nömrəli qətnaməsi ilə Cavabdehla aralarında olan nikah qeydinin pozulması və Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin uşağın 3 yaşına çatanadək saxlanılması ilə bağlı qətnamədə qeyd edilməmişdir. Odur ki, xx.xx.2023-cü ildə anadan olmuş Mələk adlı uşağın baxılması üçün hər ay 100 (bir yüz) manat məbləğində ana üçün əlavə vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı izahatında bildirdi ki, iddianı qəbul edir. Lakin bildirir ki, əlavə olaraq övladının saxlanması üçün aliment ödəyir, İddiaçı ilə aralarında olan narazılığa görə 2024-cü ildə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3161/2024 nömrəli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah qeydinin pozulması və Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. O təyin edilmiş alimenti belə güclə ödəyir. Maddi imkanı olduqca uşağın saxlanılmasında iddiaçıya kömək edəcəkdir. Odur ki izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü Mələk adlı uşaqları anadan olmuşdur. İşdə olan xx.xx.2025–ci il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3161/2024 saylı qənaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Şəmkir Rayon Qeydiyyat Şöbəsində xx.xx.20223-cü ildə 06 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan EMİS-nin portal çıxarışından görünür ki, İddiaçı Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən ümumi təhsil məktəbinə müəllimə kimi işə götürülmüş aylıq əmək haqqısı 300 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, faktiki nikaha daxil olmuş və nikahlarını xx.xx.2023-cü il tarixdə rəsmiləşdirmişlər. Borclu ilə birgə nikahlarından xx.xx.2023-cü ildə Mələk adlı övladı dünyaya gəlmişdir. Cavabdehla aralarında olan narazılığa görə 2024-cü ildə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3161/2024 nömrəli qətnaməsi ilə Cavabdehla aralarında olan nikah qeydinin pozulması və Mələk adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin ana üçün əlavə vəsaitin tutulmasını iddiaçı iddia ərizəsində qeyd etmədiyindən həmin tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh övladlarının saxlanması üçün aliment ödəyir, belə olan halda şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulduğu üçün məhkəmə etirafı qəbul etmir. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, iddiaçı azyaşlı uşağının 3 yaşına çatanadək özü üçün 100 manat sabit pul məbləğində aliment vəsaiti tələb etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh övladının saxlanması üçün aliment ödəyir, həmçinin iddiaçının rəsmi iş yeri vardı, hər ay 300 manat məbləğində əmək haqqı alır, belə olan halda şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulduğu üçün məhkəmə etirafı qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1–ci maddəsinə əsasən ər və arvad bir–birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2–ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər–arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən ümumi təhsil məktəbinə müəllimə kimi işə götürülmüş aylıq əmək haqqısı 300 manat təşkil edir. Göründüyü kimi qanun norması zəruri vəsaitə malik olan ərdən aliment tutulmasını nəzərdə tutmuşdur. Hazırki vəziyyətdə isə iddiaçı Cavabdeh zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, eləcə də, belə bir halın mövcud olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, məhkəmə Ailə Məcəlləsinin 84–cü maddəsinin zəruri şərtlərinə əsaslanaraq tərəflərin birgə nikahından doğulmuş uşağın 3 yaşına çatanadək cavabdehdən ana üçün sabit pul məbləğində vəsaitin alınıb iddiaçıya verilməsini əsaslı saymır. Ona görə də iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara– yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin bir övladı vardır və onun saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödəyir. Həmçinin, iddiaçının əmək qabiliyyətlı olması, əmək haqqı alması iş materialları ilə sübut olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçının cavabdehə qarşı aliment tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ana üçün 100 manat sabit pul məbləğində aliment vəsaiti tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2059/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2059/2025
13.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver