Məhkəmə qərarları › İş №2(076)-2097/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2097/2023

20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2097/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddaçı: İddiaçı Pedaqoq: X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın himayədə olmasının müəyyən edilməsi, aliment borcunun silinməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı uşağın himayədə olmasının müəyyən edilməsi, aliment borcunun silinməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın xx.xx.2023–cü il tarixdən onun himayəsində olmasının müəyyən edilməsi, həmin uşağa münasibətdə xx.xx.2023–cü il tarixdən yığılan aliment borcunun silinməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə xx.xx.2007–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahdan 31 iyul 2007–ci il tarixdə Nadir və 11 dekabr 2008–ci il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. Evləndikləri ilk illərdə ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Nəticədə cavabdehlə faktiki olaraq ayrılmış və Şəmkir Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə aralarında olan nikahın pozulması qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə 31 iyul 2007–ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008–ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 170 manat alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Lakin xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağı xx.xx.2023–cü il tarixdən onun himayəsindədir. Buna baxmayaraq, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə Nadir adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment öhdəliyi qüvvədədir. Həmçinin, xx.xx.2023–cü il tarixdən həmin uşaq onun himayəsində olsa da, qeyd olunan dövrdə də aliment borcu hesablanmışdır. Hesab edir ki, xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın onun himayəsində olmasının müəyyən edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın saxlanması üçün xx.xx.2023–cü il tarixdən yığılan aliment borcu silinməli və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulmalıdır. Belə ki, mövcud vəziyyətdə uşağın saxlanmasında tək başına çətinlik çəkir. Onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaq böyüdükcə onun tələbatları da artır və maddi imkanı olmadığından uşağın tələbatlarını qarşılaya bilmir. Odur ki, məhkəmədən iddianın təmin edilərək, xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın xx.xx.2023–cü il tarixdən onun himayəsində olmasının müəyyən edilməsi, həmin uşağa münasibətdə xx.xx.2023–cü il tarixdən yığılan aliment borcunun silinməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 iştirakı ilə məhkəmə iclası zamanı dindirilmiş Nadir adlı uşaq izahatında göstərdi ki, atası və anası ayrıldıqdan sonra anasının himayəsində qalmış, lakin sonradan, yəni xx.xx.2023–cü il tarixdə atasının yanına gəlmişdir. Hazırda atası ilə birlikdə yaşayır və bundan sonra da atası ilə yaşamaq niyyətindədir. Çünki atası onunla daha yaxşı davranır, ona qayğı, nəzakət göstərir, bütün problemləri ilə yaxından məşğul olaraq onun tələbtalarını qarşılayır. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 31 iyul 2007–ci il tarixdə Nadir və 11 dekabr 2008–ci il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010–cu il tarixli 2(076)–259/2010 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007–ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan 31 iyul 2007–ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008–ci il tarixdə doğulmuş Gülay adlı uşaqların Cavabdeh yanında qalması qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)–283/2023 saylı qətnaməsindən görünür ki, 31 iyul 2007–ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008–ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)–559/2023 saylı qətnaməsindən görünür ki, 11 dekabr 2008–ci il tarixdə doğulmuş X3, atası İddiaçı razılığı olmadan anası Cavabdeh ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara müvəqqəti olaraq getməsinə icazə verilməsi qət edilmişdir. İşdə olan Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023–cü il tarixli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Nadir adlı uşağın İddiaçı himayəsində olması faktı təsdiqlənmiş, həmin uşaq anasının yanına getmək istəmədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2007–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahdan 31 iyul 2007–ci il tarixdə Nadir və 11 dekabr 2008–ci il tarixdə Gülay adlı uşaqları doğulmuşdur. Evləndikləri ilk illərdə ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Nəticədə cavabdehlə faktiki olaraq ayrılmış və Şəmkir Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə aralarında olan nikahın pozulması qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə 31 iyul 2007–ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008–ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 170 manat alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdırdıqdan sonra hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə olan halda məhkəmə ilk öncə hesab edir ki, iddianın “uşağın himayədə olmasının müəyyən edilməsi” hissəsi əsaslı olduğundan təmin edilməli, xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın xx.xx.2023–cü il tarixdən atası–İddiaçı himayəsində olması faktı müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm uşağın məhkəmə iclası zamanı göstərdiklərini, həm də Şəmkir rayon İcra Hakimiyyəti başçısının aparatının aktını əsas tutur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşaq atası İddiaçı himayəsində olduğundan, məhkəmə iclası zamanı da atası ilə birlikdə yaşamaq istədiyini bildirdiyindən iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin, iddianın “Nadir adlı uşağa münasibətdə xx.xx.2023–cü il tarixdən yığılan aliment borcunun silinməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmənin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə 31 iyul 2007–ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008–ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay hər uşaq üçün 170 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilsə də, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşaq xx.xx.2023–cü il tarixdən atası İddiaçı yanına gəlmiş və hazırki vaxta qədər iddiaçının himayəsində yaşayır. İşin müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşaq xx.xx.2023–cü il tarixdən atası İddiaçı yanına gəlmiş, həmin müddətdən sonra iddiaçı uşağına baxmış, onun bütün maddi təminatlarını qarşılamışdır. Nadir adlı uşaq hazırda da iddiaçının yanında yaşayır, onun bütün maddi tələbatları iddiaçı tərəfindən ödənilir. Belə olan halda İddiaçı 02 mart 2023–cü il tarixdən hazırki vaxtadək olan müddət ərzində alimentin alınması qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən iddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)–283/2023 saylı qətnaməsi ilə xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın saxlanması üçün 02 mart 2023–cü il tarixdən hazırki vaxtadək olan müddət ərzində hesablanmış aliment borcu silinməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli 8–2/2016 nömrəli Qərarının 8.13–cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, iddianın “alimentin sabit pul məbləğində tutulması” hissəsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə isə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3–cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi qanunvericilik bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutulmasını nəzərdə tutmuşdur. Hazırki vəziyyətdə isə cavabdehin zəruri vəsaitə malik olması müəyyən edilmir, iddiaçı bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əvəllər məhkəmə alimentlə bağlı işə baxarkən tərəflərin maddi vəziyyətini əsas tutmuş və cavabdehin az təminatlı olmasını diqqətdə saxlayaraq himayəsində qalan uşağın saxlanması üçün iddiaçıdan onun xeyrinə aliment tutulması təyin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması cavabdehi, habelə onun himayəsində qalmış uşağı əlverişsiz vəziyyətə sala bilər. Bu səbəbdən cavabdehdən alimentin tutulması əsaslı və qanuni sayıla bilməz. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın xx.xx.2023–cü il tarixdən iddiaçının himayəsində olması faktı müəyyən edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)–283/2023 saylı qətnaməsi əsasında həmin uşağın saxlanması üçün İddiaçı hesablanmış aliment borcu xx.xx.2023– cü il tarixdən hazırki vaxtadək, yəni xx.xx.2023–cü il tarixədək olan müddət ərzində silinməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın xx.xx.2023–cü il tarixdən atası– İddiaçı himayəsində olması faktı müəyyən edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)–283/2023 saylı qətnaməsi əsasında xx.xx.2007–ci il tarixdə doğulmuş Nadir adlı uşağın saxlanması üçün İddiaçı hesablanmış aliment borcu xx.xx.2023–cü il tarixdən hazırki vaxtadək, yəni xx.xx.2023–cü il tarixədək olan müddət ərzində silinsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar