Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2116/2024 10.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 0.0218 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 satılmış, sonuncu isə həmin qərar əsasında xx.xx.2019-cu il tarixli Çıxarış əldə etmişdir. Bundan sonra iddiaçı tərəfindən Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarı mübahisələndirilmiş və iddiaçı həmin qərarın ləğv edilməsi barədə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. Onun iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməsə də, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, həmçinin, Cavabdeh1 0.0218 ha həyətyanı torpaq sahəsinin satılması barədə Şəmkir Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Hazırda iddiaçı inzibati orqan tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli həmin Çıxarışın ləğv edilməsinə dair ərizə verməklə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması) haqqında iddia qaldırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasəninzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq üçün və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddialara) inzibati məhkəmələr və inzibati kolegiyalar tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquqi sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə ( müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə yuxarıda qeyd olunanlar əsasən hesab edir ki, Çıxarışın ləğv edilməsi barədə iddialara ümumi məhkəmələrdə baxılmır, bu səbəbdən iddiaçının hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və iddia ərizəsi yolverilməz əsaslarla Şəmkir Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi barədə ərizə ilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırki tələbi barədə ərizə ilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, tələbinin təmin edilməsindən imtina edildikdə isə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(076)-2116/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2116/2024
10.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver