Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2410/2023 07.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X6 qızının katibliyi ilə İddiaçı cavabdeh X4 qarşı alimentin ödəniş növünün dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı alimentin ödəniş növünün dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 may 2006-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 hər ay 140 manat sabit pul məbləğində tutulan alimentin növünün dəyişdirilərək, 21 may 2006-cı ildə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdeh X3 qazancın və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılması 07 sentyabr 2023-cü il tarixə, saat 10:50ə təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh X5 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və ya onların nümayəndələri göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh X4 qarşı alimentin ödəniş növünün dəyişdirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2410/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2410/2023
07.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver