Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2441/2023 04.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2008-ci il təvəllüdlü XN, xx.xx.20N2-ci il təvəllüdlü X2 və xx.xx.20N4-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, Cavabdeh qazancının yarısı miqdarında alimentin və 50 manat mediasiya xidmət haqqının iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.20N2-ci il təvəllüdlü X6 və xx.xx.20N4-cü il təvəllüdlü X8 adlı üç uşaqları doğulmuşdur. Əvvəllər münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdehlə 5 ildən çox müddətdir ki, ayrı yaşayırlar. Uşaqlar iddiaçının himayəsindədirlər. Hazırda maddi cəhətdən çətinlik çəkir, cavabdeh ona və uşaqlarına yardım göstərmir. Cavabdeh kifayət qədər maddi təminatlıdır, 703 saylı Hərbi Hissədə yeməkxana rəisi vəzifəsində işləyir. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, cavabdehin N nömrəli hərbi hissədə xidmət etdiyini, maddi imkanının alimenti ödəyəcək qədər yüksək olduğunu bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N85.5ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 29N974 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında N47 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, uşaqları xx.xx.2008-ci il təvəllüdlü XN, xx.xx.20N2-ci il təvəllüdlü X2 və xx.xx.20N4-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 00629-2023 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat N0:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş N saylı hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh N nömrəli hərbi hissədə xidmət etməklə aylıq N74N,02 manat təminat alır. Azərbaycan Respublikası Konstitusiyasının N7-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.N və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.N.3-cü maddəsinə Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin N00.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, cavabdehin qazancı (başqa gəlirləri) müəyyən olduğundan iddia təmin olunmalı, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.20N2-ci il təvəllüdlü X6 və xx.xx.20N4-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2N6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.20N2-ci il təvəllüdlü X6 və xx.xx.20N4-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2441/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2441/2023
04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver