Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2536/2025 22.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 400 (dörd yüz) manat olmaqla, toplam 1200 (bir min iki yüz) sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair; Cavabdeh, xx.xx.2021-ci il təvəllüdlü oğlu X2 5 yaşına çatana qədər saxlanması üçün əlavə hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutulub ona verilməsinə dair; mediasiya sessiyası üçün ödənilmiş 61 (altmış bir) manat xərcin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə Şəmkir Rayonu, Dəllər-Çəyir kəndi, İnzibati Ərazi Dairəsi üzrə kənd nümayəndəliyində nikaha daxil olmuş və ailə qurmuşdur. Birgə yaşayış dövründə onların xx.xx.2014-cü il təvəllüdlü böyük qızları X4, xx.xx.2017-ci il təvəllüdlü kiçik qızları X7 və xx.xx.2021-ci il təvəllüdlü oğlu X8 dünyaya gəlmişdir. Ailə qurduqları ilk illərdə münasibətləri normal və mehriban olmuşdur. Lakin sonralar münasibətlər pozulmuş, ailədaxili vəziyyət getdikcə pisləşmişdir. Belə ki, Cavabdeh heç bir yerdə mütəmadi işlə təmin olunmamış, ailəni dolandırmaq üçün məsuliyyət göstərməmişdir. Ailə üzvlərinin, o cümlədən uşaqların saxlanılması xərcləri iddiaçının üzərinə düşmüş, cavabdeh isə bu məsuliyyətdən yayınmışdır. Cavabdeh daimi olaraq evdə münaqişələr yaratmış, iddiaçıdan yaşadıqları evi tərk etməsini tələb etmiş, əks təqdirdə ya özünə xəsarət yetirəcəyini, ya da onun həyatını dözülməz edəcəyini bildirmişdir. Bu hallar birgə yaşayışı qeyri-mümkün etmiş, nəticədə iddiaçı xx.xx.2022-ci il tarixindən azyaşlı övladlarını da götürərək ata evinə köçməyə məcbur olmuşdur. Hal-hazırda tərəflər faktiki olaraq ayrı yaşayır və birgə yaşayış mümkün deyildir. Bu səbəbdən də iddiaçı, cavabdehlə olan nikah münasibətlərinə məhkəmə qaydasında xitam verilməsini qərara almışdır. Eyni zamanda, Cavabdeh bir ata kimi övladlarına qarşı aliment öhdəliyi daşımasına baxmayaraq, onların saxlanılması üçün hər hansı maddi dəstək göstərmir. İddiaçının özü də hal-hazırda işsizdir və daim azyaşlı övladlarının qayğısına qalmalı olur. Onun valideynlərindən də maddi dəstək alma imkanı yoxdur və hazırda uşaqların bütün ehtiyaclarını özü qarşılayır. Oğlunun müalicəsi üçün də əlavə vəsait tələb olunur. Bütün bu səbəblərdən maddi yardım zəruridir. İddiaçıya məlum olan məlumata görə, cavabdeh hazırda marketlər şəbəkəsinin birində menecer vəzifəsində çalışır və aylıq təxminən 1200 (bir min iki yüz) manat əmək haqqı alır. Buna əsaslanaraq, iddiaçı cavabdehin aliment ödəməsi ilə bağlı vəzifəsini yerinə yetirməsini tələb edir. Bununla bağlı Gəncə 2 saylı Mediasiya Təşkilatına müraciət edilmiş və mediator X3 dəvəti ilə xx.xx.2025-ci il tarixdə tərəflər ilkin mediasiya sessiyasına çağırılmışdır. Lakin cavabdeh həmin sessiyada iştirak etməmişdir. Bu səbəbdən, mediator tərəfindən MSG/2- 0754 saylı arayış təqdim olunmuş və həmin sənəd iddia ərizəsinə əlavə edilmişdir. Qeyd olunur ki, mediasiya xərci olan 61 (altmış bir) manat cavabdeh tərəfindən ödənilmədiyindən, bu məbləğ iddiaçı tərəfindən qarşılanmışdır. Qəbzin surəti də iddia sənədlərinə əlavə olunmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 400 (dörd yüz) manat olmaqla, toplam 1200 (bir min iki yüz) sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair; Cavabdeh, xx.xx.2021-ci il təvəllüdlü oğlu X2 5 yaşına çatana qədər saxlanması üçün əlavə hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutulub ona verilməsinə dair; mediasiya sessiyası üçün ödənilmiş 61 (altmış bir) manat xərcin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, öz izahatında bildirdi ki, cavabdeh hazırda istixanada işləyir, gecə növbətçisi işləyir və mağazada işləyir. Hazırda eşitdiyinə görə o, təxminən 1200 manat aylıq gəlir əldə edir. Belə ki, birgə yaşadıqları dövrdə də o qədər qazanırdı. Ona görə də iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 950061 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçıilə xx.xx.2014-cü il tarixdə 12 nömrəli qeyd ilə nikahlarını Şəmkir rayon Qeydiyyat Şöbəsində qeyd etdirmişlər. Nikahdan sonra ərə “Rüstəmov”, arvada “Məmmədova” soy adı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 640371 nömrəli Şəmkir Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-cü il tarixli, MŞG/MT007/2024-00037 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X6 xx.xx.2025-ci il tarixə saat 14:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. X1 mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 395813 nömrəli Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materialında olan əlavə edilmiş AZ-İİİ 324923 nömrəli xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamə sürətindən görünür ki, X4 xx.xx.2014-cü il ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanununu 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Qeyd ediləm qanunda 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Qeyd edilən qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Bundan başqa, Uşaq hüquqları Haqqında Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Hazırda iş materialları öyrənilərkən, eyni zamanda iddiaçının izahatı və cavabdehin məhkəməyə ünvanladığı teleqramdan xx.xx.2014-cu il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 hal-hazırda iddiaçının yanında olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşaqlarn gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşaqları saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı xx.xx.2014-cu il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində (400x0,40=160) aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi yetkinlik yaşına çatmayan uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iddianın “Cavabdeh, xx.xx.2021-ci il təvəllüdlü oğlu X2 5 yaşına çatana qədər saxlanması üçün əlavə hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Göründüyü kimi, yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün tutulan alimentdən fərqli olaraq ər-arvadın bir-birindən aliment tələb etməsinin əsası kimi uşağın doğulduğu gündən 03 il ərzində tələb etmək hüququ qeyd edilmiş, eyni zamanda digər tərəfin zəruri vəsaitə malik olması şərti qoyulmuşdur. Lakin, hazırda iddia ərizəsinə əlavə edilmiş doğum haqqında şəhadənamədən görünür ki, X8 xx.xx.2021-ci il təvəllüddür. Bundan başqa iddiaçı cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması barədə heç bir sübut təqdim edə bilməmişdir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 5760 manatdır (480x12). Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-235, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cu il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu 27,60 (iyirmi yeddi manat altmış qəpik) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2536/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2536/2025
22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver