Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2656/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə alınmış kreditin birgə borc hesab edilməsi və pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə alınmış kreditin birgə borc hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən” xx.xx.2021-ci il (tarixli BPM**********79 saylı kredit müqaviləsi üzrə onun adına götürülmüş kreditin birgə borc hesab edilməsi və həmin müqavilə üzrə Cavabdeh ilə ayrıldıqları dövrdən sonrakı (2023-cü ilin may ayından sonrakı) dövür üçün yaranmış 4914 (dörd min doqquz yüz on dörd) manat məbləğində pulun yarısı olan 2457 (iki min dörd yüz əlli yeddi) manat məbləğində pulun və mediasiya xidməti üçün ödənilmiş 50 manat məbləğində mediasiya xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki Şəmkir rayonu Kür qəsəbəsində yaşayır. Cavabdeh onun arvadıdır. Cavabdeh ilə 2010-cu ildə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2010-cu ildə Nərmin, xx.xx.2016-cı ildə Nərgiz və xx.xx.2021-ci ildə Nəzrin adlı üç övladları olmuşdur. Cavabdeh ilə ailə qurduğumuz ilk vaxtlar münasibətləri normal olmuşdur. Sonradan cavabdehin təqsiri ucbatından ayrılmışlar. Hazırda cavabdehlə bir neçə aydır ki, ayrı yaşayırlar. O, hazırda valideyinlərinin yanında yaşayır. Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır və hazırda həmin iddia tələbi məhkəmədə baxılmaqdadır. Cavabdeh müxtəlif vaxtlarda onun adına kreditlər götürmşdür. Cavabdeh xx.xx.2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından xx.xx.2021-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsinə əsasən onun adına 5200 (beş min iki yüz) manat məbləğində kredit götürmüşdür. Bundan başqa Cavabdeh xx.xx.2020-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından xx.xx.2020-ci il tarixli, BPM**********88 saylı tam kart çərçivə müqaviləsinə əsasən onun adına kredit kartı götürmüşdür. Həmin pulları bankdan götürdükdən sonra ondan almışdır. Hazırda xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə və xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə banka borcu mövcudur. Cavabdehlə 2023-cü ilin may ayınadək birlikdə yaşamışlar. Cavabdehlə ayrıldıqdan sonra ona birgə nikah dövründə alınmış kredit üzrə olan borclarından ödəniş etməkləri üçün müraciət etmişdir. Lakin, cavabdeh bununla razılaşmamışdır. O, ikinci qrup əlildir. Əlilliyinə görə 327,22 manat pensiya alır. Aldığı pensiyanın çox hissəsini dərmanlarıma ödəyir. Lakin hazırda aldığı pensiyanın çox hissəsi kredit borcuna görə çıxılmaqdadır. Yerdə qalan vəsaitlə dərmanlarını almağa gücü çatmır. Bir daha qeyd etmək istəyir ki, cavabdeh aldığı kreditin çox hissəsini şəxsi işləri üçün xərcləmişdir. Həmin pulun hara xərclənməsi barədə məlumatı yoxdur. Tam kart kartından da görünür ki, cavabdeh tam kart üzrə xərcləri marketlərdə xərcləmişdir. Hazırda tam kart müqaviləsi üzrə 500 manat, kredit müqaviləsi üzrə isə 4914 manat borcu qalmaqdadır. Hesab edir ki, həmin kredit borcu birgə nikah dövründə əldə olunduğundan birgə borc hesab edilməli və həmin borcun 1/2 hissəsi cavabdehdən tutularaq ona verilməlidir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdehlə birgə nikahda olduqları müddətdə "xxxx" ASCdən xx.xx.2021-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə 5200 manat məbləğində kredit götürmüşdür. Bundan başqa "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixli, BPM**********88 saylı tam kart çərçivə müqaviləsinə əsasən kredit kartı götürmüşdür. Cavabdehlə birlikdə anası X1 evində yaşadıqlarından bankdan götürdüyü kreditlə anasına məxsus evi təmir etdirmişdir. Aralarında baş vermiş narazılıqlara görə cavabdehlə ailə münasibətləri pozulmuşdur. Cavabdeh ilə aralarında olan nikah Şəmkir Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 65 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehlə aralarında olan nikah münasibətləri pozulduqdan sonra cavabdeh azyaşlı uşaqları ilə birlikdə həmin evdən çıxıb getmiş, hazırda övladları ilə birlikdə kirayədə yaşayır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X10 iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, 2010-cu ildə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2010-cu ildə Nərmin, xx.xx.2016-cı ildə Nərgiz və xx.xx.2021-ci ildə Nəzrin adlı üç övladları olmuşdur. Son vaxtlar iddiaçı ilə aralarında baş vermiş narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş və xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq uşaq üçün 65 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. İddiaçı ilə birgə nikahda olduqları müddətdə İddiaçı Azərbaycan Beynəlxalq Bankından xx.xx.2021-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə 5200 manat məbləğində kredit götürmüşdür. Bundan başqa İddiaçı "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixli, BPM**********88 saylı tam kart çərçivə müqaviləsinə əsasən kredit kartı götürmüşdür. İddiaçı ilə birgə yaşadıqları dövrdə iddiaçının qeyd etdiyi kimi qayınanası X1 evində yaşadıqlarından iddiaçı bankdan götürdüyü kreditlə anasına məxsus evi təmir etdirmişdir. Bundan başqa birgə nikahda olan zaman xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixlərdə Kapital Bank ASC-dən onun adına kredit götürülmüş, həmin götürülmüş vəsaitləri də evin təmiri üçün xərcləmişlər. Hazırda həmin evdə o uşaqları ilə birlikdə yaşamasa da kredit onun adına olduğundan krediti o ozu ödəyir. İddiaçı ilə aralarında olan nikah münasibətləri pozulduqdan sonra onu azyaşlı uşaqları ilə birlikdə həmin evdən çıxartmışlar və hazırda övladları ilə birlikdə kirayədə yaşayır. İddiaçı tərəfindən bankdan götürülmüş kreditlərin hamısı iddiaçının anasına məxsus evin təmirinə xərclənmişdir. Həmin kredit məbləği onların ailə xərclərinə sərf edilmədiyindən iddiaçının hazırki iddiasını əsassız hesab edir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********88 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı illik 24 faiz ödəmək şərti ilə kredit limiti ayrılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" ASC-dən alınmış kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixdə 1500 manat, xx.xx.2021ci il tarixdə 1337 manat kredit verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-845/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Şəmkir rayon Kür qəsəbə kənd İƏD üzrə nümayəndəlik 29 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşaqlar iddiaçının-anaları Cavabdeh himayəsində saxlanılması, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq uşaq üçün 65 manat olmaqla cəmi 195 (yüz doxsan beş) manat sabit pul məbləğində aliment İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə qeyd olunan kredit müqavilələri üzrə İddiaçı tərəfindən birgə nikah dövründə götürülmüş kreditin birgə hesab edilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının tələbi və tərəflərin izahatının tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər faktiki evlənməklə, 27 may 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə Nərmin, xx.xx.2016-cı ildə Nərgiz və xx.xx.2021-ci ildə Nəzrin adlı üç övladları olmuşdur. Birgə nikahda olduqları müddətdə İddiaçı "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə 5200 manat məbləğində kredit götürmüşdür. Həmçinin, İddiaçı "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixli, BPM**********88 saylı tam kart çərçivə müqaviləsinə əsasən kredit kartı götürmüşdür. Eyni zamanda xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Cavabdeh "xxxx" ASC-dən kredit götürmüşdür. Aralarında baş vermiş narazılıqlara görə tərəflər faktiki olaraq ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 2(076)-845/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Şəmkir rayon Kür qəsəbə kənd İƏD üzrə nümayəndəlikdə 29 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, birgə nikah dövründə alınmış xx.xx.2021-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsi üzrə götürülmüş kreditin birgə borc hesab edilməsini və 2023-cü ilin may ayından sonrakı dövr üçün yaranmış 4914 manat borcun yarısı olan 2457 manat pulun Cavabdeh tutulub ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. İddiaçı, cavabdehlə birgə nikah dövründə kredit götürüldüyünə istinad edərək, birgə nikah dövründə alınmış xx.xx.2021-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsi üzrə götürülmüş kreditin birgə borc hesab edilməsini və 2023-cü ilin may ayından sonrakı dövr üçün yaranmış 4914 manat borcun yarısı olan 2457 manat pulun Cavabdeh tutulub ona ödənilməsini xahiş etsə də, məhkəmə həmin kredit müqaviləsi üzrə İddiaçı üzərinə götürdüyü öhdəliyin tərəflərin hər ikisi üçün vəzifələr yaratmasını təsdiqləyəcək heç bir əsas müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaratdığı qeyd edilmiş olsa da, məhkəmə iclasında araşdırılmış sübutlarla İddiaçı Cavabdeh ilə birgə nikah dövründə xx.xx.2021-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 5200 manat məbləğində götürdüyü krediti cavabdehlə birlikdə yaşadıqları iddiaçının anası X2 məxsus evin təmirinə xərclədiyi, tərəflər arasında nikah pozulduqdan sonra isə tərəflərin birgə nikahda olduqları müddətdə iddiaçı tərəfindən götürülmüş kreditin təmirinə sərf edildiyi evdən istifadə və ya orada yaşamaq baxımından cavabdehin evlə heç bir bağlılığı olmadığı müəyyən edildiyindən, məhkəmə iddiaçı tərəfindən Bankdan götürülmüş həmin kredit borcu üzrə iddiaçının üzərinə götürdüyü həmin öhdəliyin ər-arvadın ümumi əmlakına daxil olmaqla onların hər ikisi üçün vəzifələr yaratması kimi qəbul etmir. Göründüyü kimi, iddiaçının birgə borc hesab edilməsini tələb etdiyi xx.xx.2021-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsi üzrə yaranmış borc tərəflərin birgə nikahda olduqları müddətdə ailə ehtiyaclarının təmin edilməsinə deyil, iddiaçının hazırda özünün yaşadığı anasına məxsus evin təmirinə xərclənmişdir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsi üzrə mübahisə predmeti olan borc öhdəliyi tərəflərin birgə nikahları dövründə ailə ehtiyaclarının təmin edilməsi üçün sərf edilmədiyindən, həmin borcun iddiaçı ilə yanaşı cavabdeh üçün də vəzifə yaratması kimi qəbul edilə bilməz. Bundan başqa hazırda qeyd edilən kredit borcu İddiaçı tərəfindən tam ödənilməmişdir. Belə olan halda iddiaçının ödənilməmiş borcun cavabdehdən ona ödənilməsi üçün tələb etməsi əsassızdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı iddia ərizəsində qeyd edilən xx.xx.2021-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsi üzrə iddiaçının üzərinə götürdüyü öhdəliyin ər-arvadın ümumi əmlakına daxil olması müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə alınmış kreditin birgə borc hesab edilməsi və pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə alınmış kreditin birgə borc hesab edilməsi və pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2656/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2656/2023
07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver