Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2660/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Şəmkir rayonu Düyərli kəndi Xanlar küçəsində 0.0939 ha torpaq sahəsindən və üzərində yerləşən 254.9 m2 ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" QSC-nin mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndi Xanlar küçəsində 0.0939 ha torpaq sahəsini və üzərində yerləşən 254.9 m2 ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evini alıcı Cavabdeh 20000 manat (iyirmi min) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 8800 manat məbləği satıcı "xxxx" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, Cavabdeh qalan 11200 manat məbləği isə xx.xx.2022-ci il tarixinədək ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız 8800 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. X1 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-çü il tarixində müqavilənin leğv edilməsi dair təklif göndərilmişdir, təklifə 10 gün müddətində rəsmi cavab verilməsinə, əks təqdirdə məhkəməyə müraciət olanacağı bildirilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, "xxxx" QSC mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndi Xanlar küçəsində 0.0939 ha torpaq sahəsini və üzərində yerləşən 254.9 m2 ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evini Cavabdeh ilkin olaraq 8800 manat vəsaitin "xxxx" QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan məbləği isə xx.xx.2022-ci il tarixədək ödəmək şərti ilə cəmi 20000 manata satmışdır. Daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqaviləyə dəyişiklik və əlavələr olunması yaxud ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarında olan Seriya RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlkaın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Şəmkir rayonu Düyərli kəndi Xanlar küçəsində 0.0939 ha torpaq sahəsini və üzərində yerləşən 254.9 m2 ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evi İddiaçı QSC-nin adına tam pay hüququ ilə qeydə alınmışdır(qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2013) İş materiallarında olan İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli, 5031 nömrəli xəbərdarlıq məktubundan müəyyən olunur ki, bank borcalana daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə Şəmkir rayonu Düyərli kəndi Xanlar küçəsində 0.0939 ha torpaq sahəsini və üzərində yerləşən 254.9 m2 ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evinin könüllü olaraq boşaldılıb banka təhvil verilməyəcəyi təqdirdə həmin fərdi yaşayış evini qanunsuz sahiblikdən tələb etmək və fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaq üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № * * * * * * * nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsiüzrə cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Konstitusiyası. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Accessbank QSC Cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* saylı müqaviləyə əsasən mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndi Xanlar küçəsində 0.0939 ha torpaq sahəsini və üzərində yerləşən 254.9 m2 ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evini ilkin 8800 manat, qalan dəyərini isə xx.xx.2022-ci il tarixədək ödəmək şərti ilə Cavabdeh nisyə şəkildə satmışdır. Alıcı Cavabdeh nisyə şəkildə aldığı daşınmaz əmlakın dəyərindən ilkin olaraq 8800 manatını ödəsə də qalan məbləğin ödənilməsini təmin etməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ ******* saylı alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək ödənişləri etməyi öhdəsinə götürməsinə baxmayaraq, ödəniş etmədiyindən iddiaçı Accessbank QSC xx.xx.2023-cü il tarixdə fəri yaşayış evini boşaltma və banaka təhvil verilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq göndərilmişdir. Cavabdeh iddiaçı bankın müraciətlərinə cavab vermədiyindən, müqavilə üzrə razılaşdırılmış ödənişlərin aparılmasını təmin etmədiyindən Accessbank QSC alqısatqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması, əmlakın mülkiyyətçi "xxxx" QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Accessbank QSC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq cavabdehin həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi iddiaçı bankın hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd edilən hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçı Accessbank QSC Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması, əmlakın təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hazırkı iddia tələbində haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli ANİ * * * * * * * saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli Şəmkir rayonu Düyərli kəndi Xanlar küçəsində 0.0939 ha torpaq sahəsini və üzərində yerləşən 254.9 m2 ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və əmlakın mülkiyyətçisi "xxxx" QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. Şəmkir rayonu Düyərli kəndi Xanlar küçəsində 0.0939 ha torpaq sahəsini və üzərində yerləşən 254.9 m2 ümumi sahədən ibarət 10 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılsın və fərdi yaşayış evi boşaldılaraq "xxxx" QSC-yə təhvil verilsin. Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2660/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2660/2023
07.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver