Məhkəmə qərarları › İş №2(076)-2678/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2678/2024

16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2678/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yığılmış aliment ödənişindən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yığılmış aliment ödənişindən azad edilmə tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2015-ci il təvəllüdlü Ayhan adlı uşağın saxlanması üçün xx.xx.2023-cü il tarixdən faktiki olaraq onun himayəsində olduğu günədək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-428/2022 saylı icra sənədi üzrə yığılmış alimenti ödəməkdən azad edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclası zamanı Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 87/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Ayan və xx.xx.2015-ci il təvəllüdlü Ayhan adlı uşaqların anaları Cavabdeh yanında saxlanması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1281/2024 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-87/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı əvvəllər xx.xx.2015-ci il təvəllüdlü Ayhan adlı uşağın cavabdehdən alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmış, onun iddiası birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Bu hal isə xx.xx.2015-ci il təvəllüdlü Ayhan adlı uşağın cavabdehin yanında qalması halını özündə ehtiva edir. Hazırda isə iddiaçı iddia ərizəsində uşağın xx.xx.2023-cü il tarixdən onun yanında qalmasını göstərmiş, bu səbəbdən yığılmış aliment ödənişindən azad edilməsini xahiş etmişdir. İşin hərtərəfli araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının əvvəlki “uşaq tələbi”nə dair iddiası ilə hazırki iddiası mahiyyət etibarı ilə eyni məzmunludur, mübahisə xx.xx.2015-ci il təvəllüdlü Ayhan adlı uşağın valideynlərdən birinin yanında qalmasından irəli gələn mübahisədir və bu barədə iddiaçı əvvəll iddia qaldırmış və artıq mübahisə ilə bağlı məhkəmə aktı mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə artıq məhkəmədə qaydasında baxılaraq, yekun məhkəmə aktı qəbul edilmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 31 mart 2011-ci il tarixli qərarının 1-ci bəndinsə qeyd edilmişdir ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. Azərbaycan Respublikası MPM–nin 170.1–ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment ödənişindən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Ayhan adlı uşağın onun yanında olması, bu səbəbdən yığılmış aliment ödənişindən azad edilməsini tələb etdiyi halda borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmurununa müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Belə ki, Ailə Məcəlləsinin 106.5–ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməli, iddiaçıya aliment borcunun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmurununa müraciət etmək, tələbinin təmin edilmədiyi halda icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı yığılmış aliment ödənişindən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı izah edilsin ki, aliment borcunun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmurununa müraciət etmək, tələbinin təmin edilmədiyi halda icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar