Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2737/2023 26.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, cavabdeh Əhmədova (Cəfərova) Sevinc Fərman qızının və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əhmədova (Cəfərova) Sevinc Fərman qızına qarşı “aliment tələbi”nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Əhmədova (Cəfərova) Sevinc Fərman qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü Şükür adlı uşağın saxlanmaı üçün sabit pul məbləğində 220 manat məbləğində alimentin və 55 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2008-ci ildə faktiki ailə qurmuşlar. Lakin sonradan aralarında olan nikah Şəmkir Rayon Məhkəməsi tərəfindən pozulmuşdur. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurmuşdur. Münasibətləri əvvəllər normal olsa da sonradan münasibətləri pozulmuşdur. Azyaşlı uşaqlardan Şükür onun, Yusif isə cavabdehin himayəsində yaşayır. O, Yusifin saxlanılması üçün aliment ödəyir. Cavabdeh isə onun himayəsində yaşayan Şükürün saxlanılması üçün heç bir maddi yardım göstərmir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Əhmədova (Cəfərova) Sevinc Fərman qızı iddianı qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı ilə ailə münasibətləri pozulduqdan bu günə kimi oğlu Yusiflə birlikdə valideynlərinin evində yaşayır. Əvvəllər uşaqların hər ikisi onun yanında idi, sonradan boyuk oğlu xx.xx.2009-cu il təvəllüdlü Şükür atasının yanında qalmağa başlamış, məhkəmə qətnaməsi ilə Şükür adlı uşağa münasibətdə iddiaçı aliment öhdəliyindən azad olmuşdur. Məhkəmə qətnaməsi ilə Yusifin saxlanılması üçün iddiaçıdan aliment tutulması qət edilsə də iddiaçı həmin alimenti artıq xeyli müddətdir ki, ödəmir. Uşağın yaşı az olduğundan özü heç bir yerdə işləyə bilmir. Himayəsində olan Yusif adlı uşağa çətinliklə baxırlar. İddiaçı atası ilə işləyir, 100 baş qoyunları var. Lakin imkanı olduğu halda uşağının saxlanılması üçün aliment ödəməkdən yayınır. Onun isə heç bir yerdən gəliri olmadığı üçün digər övladı Şükürün saxlanılması üçün maddi yardım edə bilmir. Bu səbəbdən iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, Cavabdeh onun qızıdır. Sevinc iddiaçı ilə ailə münasibətləri pozulduqdan bu günə kimi oğlu Yusiflə birlikdə onun evində yaşayır. Məhkəmə qətnaməsi ilə Yusifin saxlanılması üçün iddiaçıdan aliment tutulması qət edilsə də iddiacı həmin alimenti artıq 1 il 4 aydır ki ödəmir. Sevinc isə heç bir yerdə işləmir. Himayəsində olan Yusif adlı uşağa çətinliklə baxırlar. Qızı Sevinc 12 il iddiaçı ilə bir evdə yaşadığından bilir ki, iddiaçı atası ilə işləyir, 100 baş qoyunları var. Lakin imkanı olduğu halda uşağının saxlanılması üçün aliment ödəməkdən yayınır. Qızı Sevincin isə heç bir yerdən gəliri olmadığı üçün digər övladı Şükürün saxlanılması üçün maddi yardım edə bilmir. Bu səbəbdən iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin zahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 04 iyul 2009-cu il təvəllüdlü X5 və 24 yanvar 2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh oğlunun nikahı Şəmkir Rayon Məhkəməsinin 2(076)-1197/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Əhmədov, qadına Cəfərova soyadı verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1154/2020 nömrəli 15 may 2020ci il tarixli qətnaməsinin surətindən görünür ki, 27 fevral 2020-ci il tarixdən başlayaraq, 04 iyul 2009cu il tarixdə doğulmuş Şükür və 24 yanvar 2014—cü il tarixdə doğulmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Cavabdeh Fənnan qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-253/2023 nömrəli 06 iyun 2023cü il tarixli qətnaməsinin surətindən görünür ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş 04 iyul 2009-cu il təvəllüdlü Şükür adlı uşağın yetkinlik yaşına çatanadək atası İddiaçı yanında saxlanılması və 04 iyul 2009-cu il təvəllüdlü Şükür adlı uşağın saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1154/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment öhdəliyindən İddiaçı azad edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş Məşğulluq haqqında arayışdan görünür ki, X1-X9 filialında işaxtaran kimi qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh adına olan hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən aliment borcundan sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Əhmədova (Cəfərova) Sevinc Fərman qızı ilə 2008-ci ildə ailə qurmuşlar. Onların xx.xx.2009-cu il tarixdə Şükür və xx.xx.2014-cü il tarixdə Yusif adlı uşaqları anadan olmuşdur. Onlar arasında ailə münasibətləri baş tutmadığından məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar analarının yanında saxlanılmışdır. Daha sonra Cavabdeh müraciəti əsasında İddiaçı uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir. Lakin, Şükür adlı uşaq atasının yanına yaşamağa başladığından uşaq məhkəmə qətnaməsi ilə cari ilin iyun ayında atasının himayəsinə verilmiş və İddiaçı həmin uşağın saxlanılması üçün müəyyən edilmiş aliment öhdəliklərindən azad olunmuşdur. Hazırda İddiaçı onun himayəsində olan Şükür adlı uşağın saxlanılması üçün uşağın anası-Cavabdeh (Cəfərovadan) aliment tutulmasını tələb edir. Cavabdeh tərəf isə maddi imkanı olmadığından və iddiaçının da öz aliment öhdəliyini 1 ildən artıqdır ki, icra etmədiyi səbəbindən himayəsində yaşayan uşağa baxmaqda çətinlik çəkdiyini qeyd edərək, iddianın təmin olunmasına etiraz edir. Məhkəmə hesab edir ki, heç bir qazancı (gəlir yeri) olmayan cavabdehdən aliment tutulması onun himayəsində qalan Yusif adlı uşağın maddi vəziyyətinə mənfi təsir edə bilər, bu səbəbdən iddiaçı hazırki tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. (maddə 78.3) Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, Cavabdeh az təminatlı olması məhkəmə qətnaməsi ilə, eyni zamanda işdə olan digər mötəbər sübutlarla (işaxtaran kimi qeydiyyata alınması barədə arayış) öz təsdiqini tapmışdır. Hazırda tərəflərin hər biri ilə uşaq qaldığından və artıq tərəflərin birinin aztəminatlı olması öz təsdiqini tapdığından az təminatlı valideyndən hər hansı alimentin tutulması mövcud vəziyyətdə ədalətli olmazdı. Cavabdeh Əhmədova (Cəfərova) Sevinc Fərman qızının maddi vəziyyəti, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olması, bununla belə cavabdehin yanında qalan Yusif adlı uşağın saxlanması ilə bağlı gündəlik qayğıların cavabdehin üzərinə düşməsi və həmin uşağın təminatının da mümkün qədər maksimal saxlanması imkanları, eləcə də uşağın mənafeyi, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi tələbatlarının təmin edilməsi və diqqətəlayiq olan digər hallar nəzərə alınmalı və iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Əhmədova (Cəfərova) Sevinc Fərman qızına qarşı “aliment tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2737/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2737/2023
26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver