Məhkəmə qərarları › İş №2(076)-276/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-276/2024

23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-276/2024 23.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “Vurulmuş zərərin ödənilməsi tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı “Vurulmuş zərərin ödənilməsi tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən 14855 (on dörd min səkkiz yüz əlli beş) manat vurulmuş ziyanın və 72 manat vəkil xidməti üçün ödənişin, 267 manat ödənilmiş dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyandan 5330 manatı sığorta şirkəti tərəfindən ödənildiyindən, qalan 9525 manat məbləğində ziyanın cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh, 28 sentyabr 2022-ci il tarixdə X1 məxsus, xx.xx.2022-ci il tarixli ,ƏN-Vİİ 340882 nömrəli etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21074 markalı, 90-TU-49 dövlət qeydiyyat nişanlı avtomobillə, Şəmkir rayonu ,Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” AR Qanunun 42-ci maddəsinin 1-ci tələblərinə riayət etməli olduğu halda, qaydalara əməl etməyib idarə etdiyi avtomobillə hərəkətdə olarkən həmin vaxt onunla eyni istiqamətdə, arxa hissədə hərəkətdə olan ötmə əməliyyatına başlamış R.Məmmədəliyevin idarə etdiyi VAZ-21074 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmaqla həmin avtomobilin arxa sol tərəfindən toqquşmuş, bu zaman idarə etdiyi avtomobil yoldan çıxaraq sağ tərəfində yerləşən “Güvən” inşaat mağazasının qarşısında dayanmış vəziyyətdə olan ona məxsus “Toyota Prado” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə , VAZ-21074 markalı **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobil isə, yolun sağ tərəfində dayanmış “Hyundai Santafe” markalı avtomobilə çırpılması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobillərdə olan sərnişinin birinin ölümünə, digərlərinin isə sağlamlığa ağır və az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəmkir Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli 1(076)- 132/2023 saylı hökmü ilə Cavabdeh AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, avtomobilini hadisə nəticəsində vurulmuş ziyanın dəyərinin müəyyən edilməsi üçün “X3”nə aparmış, mərkəzdə avtomobilinin ilkin texniki baxışı keçirilərək xx.xx.2023-cü il tarixdə qüsur aktı tərtib edilmiş, qüsur aktında hansı ehtiyat hissələrinin dəyişilməsinə və işlərin görülməsinə zərurət olduğu müəyyən edilmiş və qüsur aktında zəruri olan ehtiyat hissələrinin dəyəri 12055 manat, xidmət haqqı 2800 manat, cəmi vurulmuş zərər 14855 manat müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Cavabdeh ərizə verərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, məhkəmə qərardadına əsasən müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi əldə olunmuşdur. Həmin rəyə əsasən iddiaçıya məxsus məxsus “Toyota Prado” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyanın məbləği 9007 manat müəyən edilmişdir. Eləcə də, baş vermiş yol–nəqliyyat hadisəsindən sonra “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən iddiaçıya 5330 manat sığorta ödənişi olmuşdur. Hesab edir ki, iddiaçıya dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir. Onun ödəniş etmək üçün maddi imkanı yoxdur, baş vermiş hadisə nəticəsində özü də xeyli zərər çəkmişdir. Odur ki iddianın təmin edilməməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-132/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh 28 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi VAZ 21074 markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə, Şəmkir rayonu ,Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunda hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozaraq cinayət hadisəsi törətmiş və Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, Cavabdeh cinayət hadisəsi törətdiyi zaman idarə etdiyi VAZ 21074 markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil, İddiaçı məxsus “Toyota Prado” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. İşdə olan “X3” tərəfindən verilmiş qüsur aktından görünür ki, “Toyota Prado” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomaşına xidmət haqqı nəzərə alınmaqla 14855 manat məbləğində maddi ziyan dəymişdir. İşdə olan AC 629059 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prado” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçıdur. İşdə olan 20 iyun 2024-cü il tarixli, 9/3821 saylı ekspert rəyindən görünür ki, “X3” tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prado” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9007 manat müəyyən edilir. İşdə olan İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ərizədən görünür ki, iddiaçının tələb etdiyi 14855 manat vəsaitdən, 5330 manat hissəsi sığorta tərəfindən ödənildiyindən, iddiaçı iddia tələbinin həcmini azaldaraq 9525 manat zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh 28 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi VAZ 21074 markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə, Şəmkir rayonu ,Gəncə-Çinarlı-Şəmkir avtomobil yolunda hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozaraq cinayət hadisəsi törətmişdir. Hadisə zamanı, Cavabdeh idarə etdiyi VAZ 21074 markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil, İddiaçı məxsus “Toyota Prado” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Şəmkir Rayon Məhkəməsinin 1(076)-132/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən qanunla müəyyən edilmiş müddət ərzində şikayət və ya protest verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir və məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin təqsiri üzündən baş vermiş həmin avtoqəza nəticəsində iddiaçının avtomaşınına dəymiş maddi zərərin məbləği 9007.00 manat müəyyən edilmişdir. Eləcə də, iş materialları ilə müəyyən edilmişdir ki, baş vermiş hadisədən sonra “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən İddiaçı 5330 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh yol–nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi zərər vurduğuna görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Bununla belə məhkəmə işin araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, müvafiq ekspert rəyi ilə iddiaçıya məxsus avtomaşına 9007 manat maddi ziyan dəyməsi müəyyən edilsə də, “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən İddiaçı 5330 manat sığorta ödənişi ödənilmişdir. Belə olan halda iddiaçıya məxsus avtomaşına dəymiş ziyanın məbləğindən sığorta ödənişi çıxılmalı, qalan məbləğ (9007–5330=3.677) cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən avtomaşına dəymiş maddi zərərə görə 3.677 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin iddianın “72 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı cavabdehdən 72 manat vəkil xidmət haqqının cavabdehdən tutulmasını tələb etsədə, tərəfin vəkillə hüquqi yardımın göstərilməsi barədə müqaviləsinin olmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Toyota Prado” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə görə 3677 (üç min altı yüz yetmiş yeddi) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 267 (iki yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh qızından məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar