Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2760/2025 19.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özbaşına keçirilən qaz borusunun çıxarılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özbaşına keçirilən qaz borusunun çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətində olan Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisində, Hərbi Hospitalın yaxınlığında yerləşən 0,7762 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh tərəfindən özbaşına keçirilən qaz turbalarının cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oglu, həmkəndlisidir, əvvəllər aralarında ədavətləri və düşməncilikləri olmamışdır. Qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisində, Hərbi Hospitalın yaxınlığında yerləşən 0,7762 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh oglu, həmin torpaq sahəsinin gün batan tərəfindən 8 metr enindən, uzunluğu 164 metr olmaqla məsafədən 100 mm-lik dəmir turba ilə qaz xəttini onun razılığı olmadan özbaşına keçirmişdir. Həmin turba ilə cavabdeh onun torpağıla qonşuluqda yerləşən, özünə məxsus pay torpağında yerləşən istixanasına yanacaq qaz aparmaqdadır. Halbuki, cavabdeh həmin turbanı onun torpağını zəbt etmədən də yol kənan ilə apara bilər. Dəfələrlə cavabdehdən həmin özbaşına çəkdirdiyi qaz turbasını torpağından çıxarmasını tələb etsə də nəticəsi olmamışdır. Bundan başqa cavabdeh, həmin torpaq sahəsinin günbatan tərəfindəki, yerinin baş tərəfindən öz pay torpağına əlavə olaraq bir metr enində, 15 metr uzununda sahəsini əhatə edən ərazidəki torpağını zəbt edərək su arxı aparmışdır. Bunanla da cavabdeh, həm su arxı, həm də qaz turbasını mülkiyyətində olan torpağından özbaşına aparmaqla torpağını zəbt edərək torpağından istifadə hüququnu məhdudlaşdırmışdır. Ona görə də cavabdehə qarşı qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazində, Hərbi Hospitalın yaxınlığında yerləşən 0,7762 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsinin cavabdehin zəbtindən azad edilməsi, cavabdeh tərəfindən torpağından özbaşına keçirilən qaz borusunun cavabdehin vəsaiti hesabına torpaq sahəsindən çıxarılması barədə Şəmkir Rayon Məhkəməsində iddia qaldırdırmışdır. Şəmkir Rayon Məhkəməsinin (hakim Həvayət Məhəmmədi) xx.xx.2024cü il tarixli 2(076)-1553/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən yəni, 0,7762 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsinin cavabdehin zəbtindən azad edilməsi təmin edilmiş, cavabdeh tərəfindən torpağından özbaşına keçirilən qaz borusunun cavabdehin vəsaiti hesabına torpaq sahəsindən çıxarılmasına dair tələbi isə Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(076)-1553/2024 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Bu səbəbdən qərardadda qeyd olunan, müraciəti məhkəmədənkənar pretenziya qaydasına əməl etmişdir. Cavabdehə və 3-cü şəxsə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmiş, ancaq, cavabdeh ərizəni xx.xx.2025-ci il tarixdə poçtla qəbul etməsinə baxmayaraq tələbinə ümumiyyətlə cavab verməmiş, 3-cü şəxs isə ona ünvanladığı xx.xx.2025-ci il tarixli 14-2-2-13/2-Ə-xx-xx/2025 saylı cavab məktubunda göstərmişdir ki, “sözügedən ünvanda “Azəriqaz” X1 X2 İdarəsinə məxsus qaz xəttləri və qaz qurğuları mövcud deyil, lakin həmin ünvanda sahibkara məxsus istilikxanaya gedən yeraltı PE110 MM-lik qaz xətti və yerüstü D108 mm-lik polad boru mövcuddur”. 3-cü şəxs məktubunda qeyd etdiyi, sahibkara məxsus olan qaz xəttlərinin torpağından çıxarılmasının onun səlahiyyətinə aid olub-olmamasını qeyd etməməklə müraciətinin tam təmin edilməsindən imtina etmişdir. Ona görə cavabdehə və 3-cü şəxsə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı İddiaçı izahatında bildirdi ki, o sahibkarlıq fəaliyyəti ilə məşğuldur, mülkiyyətində olan torpaq sahəsinin təyinatı kənd təsərrüfatlıdır, həmin torpaqda ağac əkərək gəlir götürmək istəyir, lakin cavabdehin sahibkar olaraq işlətdiyi istilikxanaya çəkilmiş qaz borusu ona mane olur. Buna görə də torpaqdan istifadə edə bilməyərək sahibkarlıq fəaliyyətini həyata keçirə bilmir. Onların hər ikisi də sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM–in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Ona görə də aidiyyət məsələsi həll edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 24-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, “Azərsu" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyrihökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Məhkəmə qeyd edir ki, mübahisənin mahiyyətindən görünür ki, tərəflər arasındaki mübahisə, onlar arasında həyata keçirilən sahibkarlıq fəaliyyətindən yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan belə iddiaya ümumi məhkəmədə baxıla bilməz. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, İddiaçı adına VÖEN (**********) və Cavabdeh adına VÖEN (**********) mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31-32, 35, 45.1 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özbaşına keçirilən qaz borsunun çıxarılması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2760/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2760/2025
19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver