Məhkəmə qərarları › İş №2(076)-284/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-284/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-284/2023 17.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia tələbi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xx.xx.1982-ci ildə Qusar rayonunda anadan olmuş Cavabdeh 19 avqust 2021-ci ildə doğulmuş X4 atası olması faktının müəyyən edilib və saxlanılmsı üçün cavabdehdən hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, Cavabdeh ilə 2020-ci ildə qeyrirəsmi evlənib ailə qurmuşdur. Cavabdehlə bir ailədə ər-arvad münasibətində 2022-ci ilin avqust ayına qədər olan müddətdə birgə yaşamışlar. Birgə yaşadıqları dövürdə onların bir övladı doğulub xx.xx.2021-ci il təvəllüdlü X9. Cavabdehlə əvvələr mehriban yaşasalar da, sonralar aralarında narazılıqlar yarandı, faktiki olaraq ayrılmışlar və ər-arvad münasibətlərini kəsmişlər. Cavabdehlə yenidən ailəni bərpa edib birgə yaşamaqları mümkün deyil. Uşağı Rüqəyya onun himayəsindədir və maddi vəziyyəti ağır olduğundan uşağa baxmağa çətinlik çəkir, valideynlərinin himayəsində yaşayırlar, cavabdehlə ayrıldıqdan sonra nə ona nə də uşağına maddi yardım göstərmir və könüllü qeydiyyat orqanına gedib uşağın atası olması barədə ərizə vermir. Ona görə də uşağının atalığının müəyyən edilməsini və saxlanılması üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulmasını istəyir. Özü işləmir və başqa gəliri yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və əlavə olaraq cavabdehin sabit gəlirə və yüksək qazanc əldə etməsinə dair heç bir sübutu olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram və iddia ərizəsinə etiraz göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, bundan sonra onunla telefonla əlaqə saxlanılarkən cavabdeh etirazın tərəfindən yazıldığını, uşağın atası olduğunu və 100 manat aliment ödməyə razı olduğunu, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, anası qrafasında anası kimi İddiaçı, həmin uşağın atalığı müəyyən edilmədiyindən isə ata qrafasında atası kimi X12 ananın sözləri əsasında göstərilmişdir. İşdə olan Şəmkir RİHB Könüllü kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Könüllü kəndində yaşayır. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-2998/09 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşağın atasının Cavabdeh hesab edilməsində imtina edilmişdir. İşdə olan Cavabdeh iddia tələbinə dair verdiyi etirazından görünür ki, İddiaçı ilə 2020-ci ildə qeyri rəsmi evlənərək ailə qurmuşlar, onunla ər-arvad münasibətlərində 2021ci ilin mart ayına kimi olmuşlar. X9 19 avqust 2021-ci il tarixdə doğulmuş, hazırda iddiaçının himayəsində olur. X5 doğma atası olmağını etiraf edir, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aliment ödəməyə razıdır, lakin cavabdeh İddiaçı tələb etdiyi kimi 200 (iki yüz) manat məbləğində alimentin tutulmasına etiraz edir. Məhkəmənin nəzərinə çatdırır ki, hazırda birinci nikahdan doğulmuş 10 yanvar 2006-cı il təvəllüdlü X8 və 03 yanvar 2009-cu il təvəllüdlü X11 adlı uşaqlar onun himayəsində yaşayırlar, maddi vəziyyəti kifayyət qədər ağırdır. Uşaqların onun yanında qalmaları, ərizəyə əlavə olunan doğum Şəhadətnamələrin surətləri ilə təsdiqlənir. 19 avqust 2021-ci il təvəllüdlü X1 üçün hər ay, aldığı təqaüddən 200 manat tutulduğu halda Əminə və Omar adlı uşaqların maddi təminatının səviyyəsi xeyli dərəcədə aşağı. Əlavə olaraq qeyd edir ki, İddiaçı ilə ailə münasibətləri 2020-ci ilin oktyabr ayında qurulmuş, həmin ayda da "xxxx" ASC-nin Quba rayon filialından 60 ay müddətinə 11660 (on bir min altı yüz altmış) manat məbləğində kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, hər ay Banka 361,92 ( üç yüz altmış bir) manat (doqsan iki) qəpik borc ödənilir. Şərh olunan kredit İddiaçı ilə ər-arvad qismində yaşadıqları dövrdə ailənin maddi tələbatının ödəmək məqsədilə alınmış, lakin həmin kredit yalnız onun tərəfindən ödənilir. Hazırda Banka Kredit müqaviləsi üzrə 8456,89 (səkkiz min dörd yüz əlli altı manat səksən doqquz qəpik) manat borcu qalmışdır. Həmin ödəniş nəzərə alındıqda, hazırda himayəsində olan uşaqların maddi təminatı son dərəcə aşağı səviyəyə enir, ona görə də 19 avqust 2021-ci il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarının 100 (bir yüz) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. 19 avqust 2021-ci il təvəllüdlü X2 üçün hər ay sabit pul məbləğində tutulan alimentin miqdarının 100 (bir yüz) manat məbləğində müəyyən edilməsini xahiş edir. İddianı qalan hissədə etiraf edir. İşdə olan telefonoqramdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin məhkəmə iclasının katibi X13 həmin məhkəmənin hakimi Rəşad Mustafayevin icraatında olan İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair 2(076)-284/2023 nömrəli işlə bağlı 17 yanvar 2023-cü il tarixdə özümə məxsus (055)-221-42-21 nömrəli mobil telefonla Cavabdeh məxsus (070)-388-42-32 nömrəli mobil telefonla əlaqə saxlayıb məhkəmə iclasında iştirakının zəruriliyini bildirmiş və 17.012022-ci il, saat 12:00-a təyin olunmuş iddia ərizəsinə baxılmasına dair məhkəmə iclasında iştirakının zəruri olması barədə lazımi qaydada xəbərdar etmişdir. O, cavabında məhkəmə iclasında iştirak etməyəcəyini, məhkəməyə teleqram ünavnlayaraq iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, həmçinin iddia ərizəsini qismən qəbul etdiyini, X5 onun qızı olmasını və onun saxlanılması üçün hər ay 100 (bir yüz) manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh faktiki olaraq evlənsələr də nikahlarını qeydə aldırmamışlar və heç vaxt rəsmi nikahda olmamışlar, onların faktiki ailə münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər faktiki ayrılmış və azyaşlı uşaq iddiaçı olan anasının himayəsində qalmışdır. Tərəflər arasında rəsmi nikah olmadığından və cavabdeh könüllü olaraq müvafiq icra hakimiyyəti orqanına müraciət etmədiyindən həmin uşağın atalığı müəyyən olunmamışdır. İddiaçı bu faktın məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etmiş, cavabdeh isə iddia tələbini bu hissədə qəbul etmiş, iddiaçı ilə faktiki ər-arvad münasibətindən doğulmuş uşağın atası olmasını bildirmişdir. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan doğulduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Göründüyü kimi, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s. Atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar isə hazırki işdə mövcuddur. Belə ki, məhkəmə iclasında cavabdeh iddiaçı ilə birgə ər-arvad münasibətindən xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşağın doğulmasını və həmin uşağın atası olmasını təsdiq etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin faktiki ailə münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşağının doğulmasının məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunması nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və uşağın atasının “Cavabdeh” olması müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməli və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında xx.xx.2021-ci il təvəllüdlü X5 atası kimi Cavabdeh qeyd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən, istər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən uşaqlar barəsində görülən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. Həmin konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” X3 Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının aliment tələbi də əsaslıdır, lakin məhkəmə iddiaçının hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbinin tam təmin olunması barədə dəlillərini əsaslı hesab etmir. Belə ki, alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının tələb etdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin alimentə dair hissədə tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Eyni zamanda məhkəmə cavabdehin iddia tələbinə etirazı ilə bağlı qeyd edir ki, yetkinlik yaşına çatmamış uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə uşağın saxlanması üçün aliment məbləğinin həcmini araşdıraraq hesab edir ki, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu və uşağa baxmağın hər iki valideynin borcu olmasını, tərəflərin ailə vəziyyəyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, hazırda cavabdehin əmək qabiliyyətli olması nəzərə alınmalı, cavabdehdən uşağın saxlanılması üçün sabit pul məbləğində tutulacaq aliment məbləğinin hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində tutulmasını tərəflərin həqiqi vəziyyətinə uyğun, qəbul olunmuş qətnamənin icrasının isə mümkün olacağını hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək mediasiyaya çəkilən xərci 50 manatı ödədiyindən, cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etmədiyindən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı aliment tələbinə münasibətdə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləği 2280 manat təşkil etməsi nəzərə alınmalı, həmçinin iddiaçının tələbi təmin edildiyi üçün onun tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı ödədiyi 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı İddiaçı Gəncə şəhəri Kəpəz rayonunda doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X9 adlı uşağın atası-xx.xx.1982-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Cavabdeh olması faktı müəyyən edilsin. xx.xx.2021-ci il təvəllüdlü Rüqəyya adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment atası Cavabdeh tutularaq, iddiaçı olan anası İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilsin və yeni doğum haqqında şəhadətnamənin ata qrafasında xx.xx.2021-ci il təvəllüdlü Rüqəyya adlı uşağın atası kimi Cavabdeh qeyd edilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Cavabdeh 100 (bir yüz) manat məhkəmə xərci tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar