Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2853/2023 18.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə işə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona sabit pul məbləğində hər ay 150 (yüz əlli) manat aliment tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 80 yaşı var. Gözləri zəif görür və müalicə olunur. Əmək qabiliyyəti yoxdur. Oğlu, Cavabdeh isə Bakı şəhərində Dəmiryol Polisində işləyib və yüksək pensiya alır, həmçinin fərdi əməklə məşğuldur, kifayət qədər gəliri var. Dəfələrlə ona müraciət edib maddi yardım istəsə də övladlıq borcunu yerinə yetirməyib ona yardım göstərməkdən imtina edir. O, isə onun köməkliyi ilə düzəlib. Onun maddi yardıma ehtiyacı olduğu vaxtlarda o ona yardım göstərmiş və valideynlik vəzifələrini layiqincə yerinə yetirmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edib cavabdehdən məhkəmə qaydasında aliment tələb edir. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizələri ünvanlanmış və ərizələrini onunla əsaslandırmışdır ki, o iddiaçının birinci nikahından olan övladıdır. Hələ anasının sağlığında atası başqa qadınla ailə qurmuş və ondan da ayrılaraq 3-cü dəfə ailə qurmuşdur. İkinci ailəsindən iki övladı var və həmin uşaqların saxlanması üçün aliment ödəmişdir. Hazırda 3-cü nikahından olan övladı ilə yaşayır, o övladı da hərbiçidir. Arvadı Mehparə MKTB də işləyir və özünün dediyinə görə 400 manat əmək haqqı alır. Bundan başqa iddiaçı 380 manat pensiya alır. Özünün VAZ 21074 markalı və Toyota Prius avtomobilləri var. Qeyd edir ki, özünün isə heç bir əmlakı və gəlir gətirən obyekti yoxdur. ailəsi 5 nəfərdən ibarətdir. Özü təqaüd alır. Ayaqlarında damar genişlənməsi var, ürəyindən də damar tutulmasından əziyyət çəkir. Heç bir yerdə işləmir. Anası rəhmətə gedəndən sonra iddiaçı (atası) babasınınköməkliyi ilə tikdirmiş evi 15000 dollara satmış, onlara bir manat da verməmişdir. İddiaçı ata kimi ona heç bir zaman nə maddi nə mənəvi dəstək olmamışdır. Maraqlıdır, indi o nə üzlə ondan aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin etirazını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş matirallarına əlavə olunmuş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 Saylı X1 arayışından görsənir ki, İddiaçı 2-ci qrup əlilliyə görə 344.31 (üç yüz qırx dörd manat otuz bir qəpik) manat əmək pensiyası alır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçının oğludur. O, xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İddiaçı Şəmkirdə ailəsi ilə yaşayır, 344.31 manat pensiya alır, cavabdeh isə Bakıda yaşayır. Hazırda iddiaçı ondan aliment tələb edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Halbuki, iddiaçının izahatında və iddia ərizəsində qeyd etdiyi hallar yuxarıda qeyd olunan qanun norması ilə uzlaşmır. Belə ki, 344.31 manat əmək pensiyası alır və onun gözlərinin zəif görməsi və müalicə olunmasını mötəbər sübutlarla təsdiq etməmiş, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də, qeyd olunan maddə ilə müəyyən edilir ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olması nəzərdə tutulsa da, hazırki vəziyyətdə cavabdehin zəruri vəsaitə malik olması sübut olunmamış, bununla bağlı rəsmi və təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ən azı bu baxımdan iddiaçının 344.31 manat pensiya alması, həmçinin, iddiaçının da əlavə olaraq aliment tələb etməsi cavabdehin mənafeyi ziddinədir ki, məhkəmə bunu yolverilməz hesab edir və əsassız olduğu nəticəsinə gəlir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı açıq–aşkar qanunla ona verilmiş hüquqdan sui–istifadə etməyə cəhd edir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–nin 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2853/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2853/2023
18.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver