Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2886/2023 13.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı nümayandəsi Vəkil və 3-cü şəxs "xxxx" MMC Bokt-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindənverilmiş 04 avgust 2023-cü il tarixli 8İ-14475 reyestr nomrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 avqust 2023-cü il tarixdə Şəmkir Rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 8İ- 14475 reyestr nömrəli icra qeydi tərtib olunaraq icra olunması üçün Şəmkir şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Həmin icra qeydi xx.xx.2022-ci il tarixli, 045-KOS/AZN-2022 saylı zaminlik müqaviləsi əsasında verilmişdir. Kredit müqaviləsinə əsasən Əliyev İzmir Yalçın oğluna 24 ay müddətinə 52.500 (əlli iki min beş yüz manat) məbləğində kredit verilmişdir. İddiaçı həmin iş üzrə əsas borclu İddiaçı zamin durmuşdur. Əlavə olaraq qeyd etmək istəyir ki, İddiaçı 04 avqust 2023cü il tarixli icra qeydinin mövcud olduğunu, 14 avqust 2023-cü il tarixdə Şəmkir şəhəri üzrə icra idarəsinin icra məmuru X4 tərəfindən ona göndərilən SMS bildirişdən sonra məlumatı olmuşdur. Halbuki tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İddiaçı bildiriş almamışdır. Çünki 09 sentyabr 2022-ci il tarixdən Rusiya Federasiyasındadır və həmin vaxtdan bu dövrədək Azərbaycan Respublikasına qayıtmamışdır. Yəni, İddiaçı faktiki olaraq icra qeydinin aparılacağı barədə bildirişi almamışdır. Həmçinin icra qeydinin ləğv edilməsi üçün tək əsas bu deyildir. Belə ki, icra qeydinə əsasən 17 017 manat cərimə peniya və 10.928 manat faiz borcu tutulmuşdur ki, qeyd edilən məbləğ də vətəndaşı ağır maliyyə yükü altında qoyur. Qeyd edilənlərə əsasən borclunun maraqlarına toxunan 04 avqust 2023-cü il tarixli notariusun icra qeydi bu qaydada icra edilə bilməz və xx.xx.2023-cü il tarixli icra sənədi ləğv edilməlidir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC BOKT mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayandəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Şəmkir rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC BOKTun nümayəndəsi Məmmədov Ələddin oğlu izahat verərək bildirmişdir ki, iddiaçı hüquqi-texniki şərtlərin pozulmasını əsas gətirirsə həmin əsaslarla icra qeydi ləğv edilə bilməz. Belə ki, iddiaçı "xxxx" MMC ilə zaminlik müqaviləsi bağlanmış, iddia ərizəsindən də göründüyü kimi iddiaçı müqaviləni mübahisələndirmir. Həmin müqavilə üzrə də borc movcuddur. İddiaçıya bildiriş göndərilmiş, bildirişi gotürdükdən sonra 20 gün keçdikdən sonra icra qeydi çıxarılmışdır. İcra qeydində qeyd edilmiş cərimə zaminlik müqaviləsinə uyğun olaraq hesablanmışdır. Odur ki, iddia tələbi əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 04 avgust 2023-cü il tarixli 8İ-14475 reystr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar “Falcon Finance» MMC BOKT-nin xeyrinə ödənilməmiş 62190 manat, 17017,62 manat cərimə peniya pulu və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 79232,62 manat pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş, iddiaçının xarici pasportundan eyni zaman “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan görünür ki, o xx.xx.2022-ci il tarixdə X2 sərhədi keçərək Azərbaycan Respublikasını tərk etmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına giriş etmişdir. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 045-KOS/AZN- 2022 nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 62190 manat əsas borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 149/23 nömrəli bildirişdən və poçt qəbzindən görünür ki, İddiaçı tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, bildiriş poçt qəbzində “digər qaydada” qeyd olunmuş hissədə imza edilərək və “Məmmədov” yazılaraq xx.xx.2023-cü il tarixdə götürülmüşdür. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə “Falcon Finance" MMC BOKT arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin zaminlik müqaviləsi xx.xx.2022-ci il tarixli İzmir Əliyev Yalçın oğlu ilə BOKT arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi çıxaış etmişdir. İddiaçı zamin olaraq öhdəliyin icrasına təminat verən şəxs kimi qeyd olunub. İzmir Əliyev Yalçın oğlu kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun BOKT qarşısında borcu yaranmışdır. "xxxx" MMC BOKT isə borclanan İzmir Əliyev Yalçın oğlu, zamin İddiaçı Nazim oğlu və zamin Sadıqov Əli Habil oğlu kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Qanunvericiliyin tələbinə görə, "xxxx" MMC BOKT icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş təqdim etməli olduğu halda, həmin bildirişi göndərmiş, lakin bildiriş İddiaçı çatmamışdır. Belə ki, iddiaçı N. N. Hacıyev xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasında olmamış, bildirişin götürülməsi tarixi isə həmin tarix aralığına düşür. Göründüyü kimi bildiriş ünvanlanmış şəxsə çatdırılmadan şəxs barəsində icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edilmişdir. İddiaçı isə həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında icra qeydinin aparılmasından tamamilə məlumatsız olduğunu bildirərək, icra qeydinə əsasən ondan tutulmalı olan pul məbləğini mübahisələndirir. Göründüyü kimi cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, notariat icra qeydi haqqında ərizədə kredit müqaviləsi üzrə peniya haqqı üzrə borcun 17017,62 manat təşkil etməsi göstərilsə də, həmin məbləğin hansı qaydada hesablanması göstərilməmiş, notariat orqanı da icra qeydi verərkən bu məsələni aydınlaşdırmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddia təmin edilməli, Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, 8İ-14475 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, 8İ- 14475 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2886/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2886/2023
13.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver