Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-290/2024 14.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı “X5” PHŞ-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5” PHŞ-nin Cavabdeh qarşı “əmlak” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı “X5” PHŞ-nin Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdeh ilə iddiaçı arasında bağlanan “Özünəməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixində 2022/ÖM/04371 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdehdən eyni növlü və keyfiyyətli ( 3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inəyin və 400 kiloqram yemin natura şəklində iddiaçıya qaytarılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, özünəməşğulluq proqramı şərşivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində X2 (bundan sonra - X3 vəTəyinat filialı arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə dair” 21 iyun 2022-ci il tarixində 2022/ÖM/04371 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh "İribuynuzlu maldarlıq təsərrüfatı" zərfinə daxil olan aktivlər, yəni 1632, 3423, 3028 birka nömrəli 3 (üç) baş inək və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 21 iyun tarixli aktla vətəndaş Cavabdeh "iribuynuzlu maldarlıq təsərrüfatı" zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “özünüməşğulluğun təşkili Qaydasının tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı X8 Məşğulluq filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 23 noyabr tarixli aralıq monitorinqi aktına əsasən Cavabdeh qızma verilmiş “iribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 1632, 3423, 3028 birka nömrəli 3 (üç) baş inək aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2022-ci ii 29 dekabr tarixli **********7 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Tərəflərin izahatları: İddiaçı “X5” PHŞ-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, bütün sübutların onun tərəfindən təqdim edildiyini və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Özünəməşğulluğa kömək göstərilməsinə dair 2022/ÖM/04371 nömrəli müqavilənin 2.1-ci maddəsinə əsasən, bu müqavilənin predmentini “Məşğulluq haqqında” AR Qanunun 24-cü maddəsinə uyğun olaraq özünəməşğulluöun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlak özünəməğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil edir. Həmin müqaviləninin 2.2-ci maddəsinə əsasən filial tərəflər arasındakı təhvil-təslim aktında (Müqavilıyə Əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünəməşğulluağa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 01 il müddətinə sözügedən əmlakdan özünəməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutular təyinatə üzrə istifadə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.-3-cü maddəsinə əsasən filial özünəməşğulluağa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddətinə ərznində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlakın təhvil-təslimi aktı əsasında özünəməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Həmin müqavilənin 7.1-ci maddəsindən görünür ki, bu müqavilə bir il müddətinə bağlanır. xx.xx.2022-ci il tarixli özünəməşğulluağa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Cavabdeh 3 yaşadək 3 baş inək, 400 kq qarışıq yem (paketlənmiş), 65 ədəd (ot və yonca qarışığı) yem verilmişdir. İş materiallarında olan özünəməşğulluağa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Cavabdeh verilmiş 3 baş inək monitorinq nəticəsində aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Özünüməşğulluğun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarının 8.3-cü maddəsinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Həmin Qərarın 8.4-cü maddəsinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Həmin Qərarın 8.5-ci maddəsinə əsasən bu Qaydanın 8.4-cü bəndində göstərilən bazar qiyməti Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsin izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilə bağlanmış, həmin müqavilə əsasında 3 yaşadək 3 baş inək, 400 kq qarışıq yem (paketlənmiş), 65 ədəd (ot və yonca qarışığı) yem verilmişdir. Monitorinq zamanı cavabdehə verilmiş 3 baş inək aşkar edilməmişdir. Həmin müqavilənin şərtlərindən görünür ki, özünüməşğulluğa cəlb edilmiş Cavabdeh 01 il müddətinə ona verilən əmlakdan özünəməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 07 ay müddətində həmin əmlakdan təyinatı üzrə istifadə etməmişdir, hətta həmin əmlakın moitorinq zamanı onun istifadəsinə olmamışdır. Göründüyü kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni ona cavabdeh tərəfindən ziyan vurulmuş olduğu təsdiq olunduğundan, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilməli, iddiaçıya dəymiş ziyan cavabdehdən tutulmalıdır. “Özünüməşğulluğun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarının 8.4-cü maddəsinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Göründüyü kimi qanunvericilikdə iddiaçıya ona dəymiş ziyanın əvəzi olaraq əmlakı naturada və ya onun əvəzinin tələb edilməsi hüququ verilmişdir. Hazırda həmin əmlak mövcud olmadığından iddiaçı isə bu hüquqdan istifadə edərək, eyni növlü və eyni keyfiyyətli əmlakı naturada cavabdehdən tələb etmişdir. Beləliklə, iddia təmin edilməli, Cavabdeh (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inəyin və 400 kiloqram yem natura şəklində alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan sağlam 3 (üç) baş inək və 400 (dörd yüz) kiloqram yem alınaraq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X5” PHŞ-yə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-290/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-290/2024
14.03.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver