Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2919/2025 20.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Məmmədova Alsu Dəyanət qızının katibliyi, İddiaçıun nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "Aliment məbləğinin azaldılması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-137/2025 saylı qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2009cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün minimum əmək haqqının 0,86 misli məbləğində müəyyən edilmiş alimentin miqdarı azaldılaraq hər ay bir uşaq üçün minimum əmək haqqının 0,30 misli məbləğində alimentin ondan alınıb Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh faktiki nikahdan xx.xx.2009-cu ildə Mirhüseyn və 22.1.2011-ci ildə Raul adlı iki övladı olmuşdur. Cavabdeh ilə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin təqsiri nəticəsində ailədə olan normal münasibətlər pozulmuş və sonunda ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-1453/2015 saylı qətnaməsi ilə Mirhüseyn və Raul adlı uşaqların saxlanılması üçün ondan hər ay bir uşaq üçün 90 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Sonra Cavabdeh Şəmkir Rayon Məhkəməsinə alimentin indeksasiya olunması barədə ərizə ilə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-137/2025 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü Mirhüseyn və 22.1.2011-ci il təvəllüdlü Raul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-1453/2015 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 90 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunması qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2028-ci il tarixli 8(076)-137/2025 saylı qərardadı ilə aliment hazırda bir uşaq üçün 344 manat – cəmi 688 manat müəyyən edilmişdir. O, rəsimi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Cavabdeh ilə ayrıldıqdan sonra X7 ilə ailə qurmuş və Şəfiqə Miskinova ilə birgə nikahdan xx.xx.2013-cü ildə Sara,xx.xx.2017-ci ildə Sona və xx.xx.2019-cu ildə Musa adlı 3 övladı olmuşdur. Ata və anası onun yanında yaşayır və onların maddi tələbatlarını da o ödəyir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)- 1453/2015 saylı qətnaməsi ilə Mirhüseyn və Raul adlı uşaqların saxlanılması üçün müəyyən edilmiş 90 manat alimenti vaxtlı-vaxtında ödəmişdir. Ancaq hazırda Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-137/2025 saylı qərardadı ilə Cavabdeh xeyrinə müəyyən edilmiş hər ay bir uşaq üçün 344 manat alimenti ödəyib, həmidə digər 3 övladının və ailəsinin tələbatı ödəmək iqtidarında deyil. Əgər aliment qeyd olunduğu kimi 344 manat müəyyən olunarsa o maddi cəhətdən həmin məbləği ödəyə bilməyəcək. Onun qeyd olunduğu kimi həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Övladlarının saxlanılması üçün hər ay bir uşaq üçün 120 manat aliment ödəyə bilər. Belə ki əgər yüksək aliment müəyyən olunarsa onun onu ödəməyə maddi imkanı olmayacaq. Nəticədə isə bu onu daha çox maddi çətinliyə salacaqdır. Hesab edir ki əgər aliment hər uşaq üçün 120 manat müəyyən olunarsa həmin alimenti ödəməyə imkanı olacaqdır. Həmçinin Cavabdeh işləyir və maddi vəziyyəti ondan qat-qat yaxışdır. Hazırda onun himayəsində arvadı, 3 övladı və valideyinləri var. Necə ki Mirhsüeyn və Raul adlı uşaqların saxlanılmasına öhdəlik daşıyır digər üçün uşağıda saxlamaq öhdəliyi vardır. Əgər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-137/2025 saylı qərardadı ilə müəyyən edilmiş aliment məbləği azaldılmazsa bu onu maddi cəhətdən çətin vəziyyətə salacaqdır. Hazırda o özünün və ailəsinin maddi tələbatını çətinliklə ödəyir. Digər üç övladın da böyüyüb və onların tələbatı da çoxdur. Orta hesabla aylıq gəliri 700-800 manat həddində olduğu halda cavabdehin ərizəsinin təmin edildiyi məbləğdə yəni, 2025-ci il üçün ayda hər uşağa minimum əmək haqqının 0,86 misli olmaqla ayda 344 (üç yüz qırx dörd) manat, cəmisi 688 (altı yüz səksən səkkiz) manat məbləğində alimenti hansı vəsaitlə ödəyə biləcəyini məhkəmə nəzərə almamış, onu və ailəsini həddən artıq ağır maddi vəziyyətə salmışdır. Hazırda onun tərəfindən ödənilən alimentin indeksasiyasından sonra alimentin məbləğinə münasibətdə onun vəziyyətini ağırlaşmışdır. Belə ki, o yenidən ailə qurmuş və həmin nikahdan 3 övladı var, aliment indeksasiyadan sonra hazırda ümumlikdə 688 manat olan alimenti ödəməyim onu maddi cəhətdən çətin vəziyyətə salacaqdır. Həmçinin hazırda bir uşağın təminatı 2025-ci il üçün 246 manat müəyyən edilmiş və həmin məbləğin atadan tutulması qeyd olunmamışdır. Hesab edir ki iddiaçıda hazırda işləyir və qeyd olunan hallar nəzərə alınmalıdır. Hesab edir ki, hazırkı iş üzrə yekun qərar qəbul olunarkən onun maddi və ailə vəziyyəti, bundan başqa himayəmdə olan 3 uşağın gələcək maddi təminatı nəzərə alınmalıdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıun nümayəndəsi (vəkili) X11, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-137/2025 saylı qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün minimum əmək haqqının 0,86 misli məbləğində müəyyən edilmiş alimentin miqdarı azaldılaraq hər ay hər uşaq uşaq üçün minimum əmək haqqının 0,30 misli məbləğində alimentin İddiaçı alınıb Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıun nümayəndəsi (vəkili) X11 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, təkbaşına iki övlad (oğlu xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X10) böyüdən bir ana olaraq, qarşı tərəf - ataları İddiaçı alimentin azaldılması ilə bağlı məhkəməyə verdiyi iddiasına qəti şəkildə etiraz edir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-137/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 xx.xx.2011-ci il təvəllüdlü X13 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün, əvvəlki Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-1453/2015 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 90 manat məbləğində alimentin sonrakı artımlar nəzərə alınaraq, həmin dövrdə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,86 misli həddində indeksasiya olunması qərara alınmışdır. Uşaqların bütün ehtiyaclarını, qayğılarını, dərmanını, məktəbini, geyimini - şeyini təkbaşına qarşılayır. Ata tərəfindən yalnız qanunla məcburi qaydada təyin olunmuş az miqdarda aliment verilir. İndi isə bu az miqdarı da azaltmaq üçün məhkəməyə müraciət edilməsi ona, bir ana kimi, həm maddi, həm də mənəvi cəhətdən ağır zərbədir. O, bu uşaqları təkbaşına böyüdür. Uşaqlar böyüyür, onların xərcləri hər keçən gün artır. Məktəb ləvazimatları, hazırlıqlar, yemək, geyim, tibbi xərclər bütün bunlar onun çiynindədir. Heç kimdən dəstək almadan, sadəcə analıq vicdanı ilə, əzab-əziyyətlə onların ehtiyaclarını qarşılayır. Bu məhkəmə qərarı olmasaydı, bəlkə də ataları tamamilə heç nə ödəməyəcəkdi. Əgər uşaqların atası - İddiaçı övladları ilə maraqlansaydı, onların gündəlik həyatı, sağlamlığı və ehtiyaclarından xəbərdar olardı. Bilsəydi ki, böyük oğlu- X5 hazırda X1 rəsmi qeydiyyatdadır. Bu təkcə maddi deyil, mənəvi baxımdan da çətinliklər yaradır. Bu uşağın sağlamlığına hər gün xüsusi diqqət, nəzarət və əlavə xərclər tələb olunur. O, bir insan kimi anlamır necə ola bilər ki, vaxtilə bu uşaqların dünyaya gəlməsini istəyən, onların doğulmasına sevinən bir insan, bu gün öz övladlarına bu qədər məsuliyyətsiz və yad bir münasibət göstərir. Onların həyatında iştirak etmədən, ehtiyaclarını görmədən, sadəcə bir imzadan ibarət olan aliment ödənişini də azaltmaq istəməsi onu dərindən sarsıdır. O, təkbaşına iki oğul - gələcək əsgər böyüdən tək bir qadındır. Həm ana, həm ata yerinə çalışır ki, övladları sağlam, savadlı, əxlaqlı və cəmiyyət üçün layiqli vətəndaşlar kimi böyüsünlər. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü Mirhüseyn və xx.xx.2011-ci il təvəllüdlü Raul adlı omaqla iki uşaqları doğulmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)- 1453/2015 saylı qətnaməsinə əsasən Mirhüseyn və Raul adlı uşaqların saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün 90 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)- 137/2025 saylı qərardadına əsasən xx.xx.2009-cu il təvəllüdlü Mirhüseyn və 22.1.2011-ci il təvəllüdlü Raul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-1453/2015 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 90 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial surətlərindən görünür ki, İddiaçı ilə X4 birgə nikahından xx.xx.2013-cü ildə Sara, xx.xx.2017-ci ildə Sona və xx.xx.2019-cu ildə Musa adlı üç övladı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sesiyasında iştirak etmiş və mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər faktiki olaraq ailə qurmuşlar. Onların birgə nikahından iki övladları anadan olmuşdur. Tərəflər ayrılmış, birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında qalmışdır. Uşağın saxlanılması üçün məhkəmə tərəfindən iddiaçıdan cavabdehin xeyrinə əvvəl 90 manat aliment tutulmuş, daha sonra bu məbləğ indeksasiya edilərək minimum əmək haqqının 0.86 (400x0.86=344) misli həddində indeksasiya edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra– AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə vəya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə qərardadı ilə indeksasiya edilmiş və yenidən müəyyən edilən alimentin məbləğinə təsir edə biləcək idddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olduğundan, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki,hazırki vəziyyətdə iddiaçının himayəsində iki yetkinlik yaşına catmayan uşaqları vardır və o da nəzərə alınmalıdır ki,iddiaçının həm yeni nikahdan olan həmdə əvvəlki nikahdan doğulan uşaqların saxlanılmasında bərabər öhdəlikləri mövcuddur, hazırda iddiaçının aylıq gəliri həm ümumilikdə 688 manat aliment ödənişini eyni zamanda yeni nikahdan doğulan uşaqların maddi təminatının təmin edilməsinə kifayət etmir nəticədə hazırda alimentin azaldılması ədalətli balans prinsipini təmin etməklə həm ilkin nikahdan olan uşaqlara aliment ödənişlərinin vaxtı vaxtında həyata keçirilməsinə həmdə yeni nikahdan olan uşaqların maddi təminatı təmin ediləcəkdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X13 adlı uşaqlar üçün məhkəmə qərardadı ilə indeksasiya ediləndən sonra müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, iddiaçıdan uşağın saxlanılması üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği hər ay 200 manat (400X0,50) sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“ 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğlərini və yetkinlik yaşına çatmayan hər uşaq üçün 200 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-137/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği azaldılaraq, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X13 adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-137/2025 saylı qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(076)-2919/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2919/2025
20.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver