Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3057/2025 16.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 2023-cü ilin may ayından onun himayəsində olmasının müəyyən edilməsi, onun Şəmkir Rayon Məhkəməsinin 2(076)-872/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş hər ay 180 manat sabit pul məbləğində aliment öhdəliyi üzrə xx.xx.2023-cü ildən ödənilməmiş aliment borcundan və xx.xx.2010-cu il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş hər ay 180 manat sabit pul məbləğində aliment ödəmək öhdəliyindən azad olunmağına dair qətnamə çıxarlması xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Həsən və xx.xx.2012-ci il təvəllüdlü Şəhla adlı uşaqlar anaları Cavabdeh yanında saxlanılması qərara alınmışdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. İlk öncə məhkəmə iddia tələbinin xx.xx.2010-cu il təvəllüdlü X1 2023-cü ilin may ayından onun himayəsində olmasının müəyyən edilməsinə aid hissədə himayəçilik institutunun mahiyyəti baxımdan iddiaçıya aşağıda qeyd edilən qanunvericilik normalarını izah edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. Həmin məcəllənin 69.4-ci -ci maddəsinə əsasən, hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilir Qeyd edilən normaların təhlili onu göstərir ki, uşaqlar üzərində himayəçilik o zaman təyin edilir ki, uşağın valideynləri olmasın, həmin valideynlər valideynlik hüququndan məhrum edilsin və ya hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmış olsun. Qeyd etmək vacibdir ki, valideynlik hüququ daha geniş anlayış olmaqla özündə eyni zamanda himayəçi anlayışını da ehtiva edir. Valideyin nə qədər ki, valideynlik hüququndan məhrum edilməyib, uşaqların kimin yanında qalmasından aslı olmayaraq, uşaqlar yetkinlik yaşına çatana qədər valideynləri eyni zamanda onların himayəçisi hesab olunur. Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin normadan da görünür ki, məhkəmə boşanmadan sonra uşağı hansısa valideyinin himayəsinə vermir, yalnız valideyinlərindən birinin yanında qalmasını müəyyən edir. Normanın qeyd edilən məzmunda qəbul edilməsində qanunvericinin məqsədi, boşanmadan sonra uşaq kimin yanında qalmasından aslı olmayaraq, digər valideyin öz valideynlik hüquq və vəzifələrini (eyni zamanda uşaq üzərində himayəçilik) həyata keçirə bilsin. Göründüyü kimi, İddiaçı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X1 yanında olub olmamasının məhkəmə tərəfindən müəyyən edilib-edilməməsindən aslı olmayaraq uşaqları üzərində himayəçilik onun təbii hüququdur. Bu baxımdan həmin halın yenidən məhkəmə qaydasında təsdiqinə ehtiyac yoxdur. Bundan başqa iddia tələbinin xx.xx.2023-cü ildən ödənilməmiş aliment borcundan və xx.xx.2010-cu il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş hər ay 180 manat sabit pul məbləğində aliment ödəmək öhdəliyindən azad olunmağına dair hissədə məhkəmə qeyd edir ki, hesablanmış aliment borcunun silinməsi və aliment öhdəliyindən azad olunma uşağın onun yanında olması əsası ilə tələb edirsə tələblə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməlidir. Bununla bağlı sübutlarını icra məmuruna təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1637/2024 saylı xx.xx.2024-cü il tarixli üç ulduzlu qərarında qeyd edilir ki, Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı 12 avqust – 20 dekabr 2022-ci il tarixləri aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2023-cü ilin may ayından bu günədək uşağın onun yanında olması əsası ilə hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3057/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3057/2025
16.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver