Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3070/2025 17.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı daha əvvəl Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-233/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə Hüseynova (İbadullayeva) Mahizər Zakir qızı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş Aynur və Azad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulub Hüseynova (İbadullayeva) Mahizər Zakir qızına verilməsi qət edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Göründüyü kimi daha əvvəl birinci instansiya məhkəməsində işə baxılmış və tərəflərin birgə nikahından doğulmuş Aynur və Azad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulub Hüseynova (İbadullayeva) Mahizər Zakir qızına verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş, bu isə onu deməyə əsas verir ki, artıq eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə qüvvədə olan məhkəmə aktı mövcuddur. Həmin qətnamə qanuni qüvvəyə mindiyindən hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə olan halda hesab edirəm ki, hazırki vəziyyətdə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(076)-3070/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3070/2025
17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver