Məhkəmə qərarları › İş №2(076)-316/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-316/2024

25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-316/2024 25.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Üçüncü şəxs Şəmkir Rayonu İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X14 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atasının yanında qalmasının müəyyən edilməsi və aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “uşağın atasının himayəsində olmasının müəyyən edilməsi, aliment öhdəliyindən azad olunma və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyul 2011-ci il təvəllüdlü X7 və 28 dekabr 2013-cü il təvəllüdlü X10 onun himayəsinə verilməsi, aliment öhdəliyindən azad olunması və Cavabdeh 22 iyul 2011-ci il təvəllüdlü X7 və 28 dekabr 2013-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 iyun 2010-cu ildə faktiki evlənməklə, nikahlarını rəsmləşdirmişlər. xx.xx.2022-ci il tarixə kimi birgə yaşamışlar. Birgə yaşayış dövründə xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X17 adlı 2 nəfər uşaqları olmuşdur. Arvadı Pərvanə ilə evliliyin ilk günlərində mehriban yaşamışlar, hətta bir neçə vaxt onlar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində bir yerdə yaşamışlar. xx.xx.2022-ci il tarixdə arvadı Cavabdeh onun xəbəri olmadan, evdə olan cehiz əşyalarını, qızıl-zinət əşyalarını və evdə olan digər əşyaları maşına yığıb, uşaqları ilə birlikdə yenidən 2ci dəfə evləndiyi Bakı şəhərində yaşayan X18 evinə aparmışdır. Şəmkir Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş, uşaqların hər birinə 160 manat, cəmi 320 manat aliment tutulması qət edilmişdir. 20 avqust 2023-cü il tarixdə uşaqları onlara zəng edib, onlara baxan olmadığını, onların Bərdə rayonunun Kətəlparax kəndində yaşayan Kifayət nənənin yaşadığı evdə olduqlarını bildirmişlər. Onun (iddiaçının) anası X12 gedərək, uşaqları Rəvanəni və Əlini evlərinə gətirmişdir. Həmin vaxtdan bu günə kimi uşaqlarının hər ikisi onun (iddiaçının) himayəsində yaşayırlar. Hal hazırda böyük qızı Rəvanə məktəbə gedir, uşaqlar anasının yanında qalmaq istəmirlər, hətta uşaqlar anasından qorxurlar. Uşaqlar analarının başqa şəxslə evləndiyini, bir qız övladı olduğunu və analarının yanına getməyə qorxduqlarını deyirlər. Odur ki, məhkəmə tərəfindən uşaqlarının himayəsində olmasının müəyyən edilməsini, onlara qayğı göstərmək və tərbiyələri ilə məşğul olmaq istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, yetkinlik yaşına çatmamış uşaqların atasının yanında qalmasının müəyyən edilməsi, yetkinlik yaşına çatmamış Rəvanə və Əli adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı Əbülfəz oğlunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçın və onun nümayəndəsi (vəkil) X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Şəmkir Rayonu İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X14 iştirakı ilə dindirilmiş xx.xx.2011ci il təvəllüdlü X9 göstərdi ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən tam orta məktəbdə təhsil alır. Dərsləri ilə atasının köməkliyi ilə özü məşğul olur. Bir ildir ki, atası ilə birlikdə yaşayır. Anası ilə danışmır və onunla əlaqə saxlamır. Anası Asif adlı şəxslə ailə qurub Bakı şəhərinə getmiş, qardaşı ilə onu da özü ilə aparmışdır. Sonradan ana nənəsi Kifayət ata nənəsi Nərminəyə zəng vuraraq gəlib onları aparmasını bildirmişdir. Nənəsi Nərminə də gedib onları Bərdə rayonundan öz evlərinə gətirmişdir. Atasının yanında yaşamaq istəyir. Atası ona yaxşı baxır. Məhkəmə iclasında Şəmkir Rayonu İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X14 iştirakı ilə dindirilmiş xx.xx.2013cü il təvəllüdlü X17 göstərdi ki, 10 yaşı vardır və 5-ci sinifdə təhsil alır. Atasının yanında yaşayır. Bundan sonra da atası ilə yaşamaq istəyir. Anasının yanında yaşadığı vaxt anasının ərə getdiyi Asif adlı şəxslə Bakı şəhərində kirayədə yaşamışlar. Həmin vaxt anası onu 8 saylı internat tipli məktəbə qoymuş, iki həftədən bir evə gətirmişdir. Ona görə atasının yanına gəlmək istəmişdir. Sonradan anasının ərə getdiyi Asif adlı şəxs onu orada götürüb gətirmiş, ana nənəsi Kifayət də ata nənəsi Nərminəyə zəng vuraraq, onu işlətdiklərini və gəlib uşaqları aparmasını bildirmişdir. O, anasının yanında olanda onu avtoyuma məntəqəsində işlətmişlər. Dərslərini hazırlamaq üçün ona əlavə hazırlıq keçilir. Anası ilə əlaqəsi yoxdur və onunla danışmaq istəmir. Atasının yanında yaşamaq istəyir. Məhkəmə iclasında üçüncü şəxs Şəmkir Rayonu İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X22 verdiyi izahatında göstərdi ki, yetkinlik yaşına çatmamış uşaqlar artıq 10 yaşını keçiblər. Onların fikrinin nəzərə alınmasını və istədikləri valideynin yanında qalmaları barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞQ/1-00623 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2188 nömrəli X16 tərəfindən verilmiş arayışdan görünür ki, X17 xx.xx.2013-cü ildə anadan olmuşdur. Atası İddiaçı, anası X11 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 22 iyul 2011-ci ildə Cavabdeh doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22 iyul 2011-ci ildə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 2259/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə X11 arasında 16 yanvar 2014-cü il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 25 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından 22 iyul 2011-ci ildə anadan olmuş Rəvanə və 28 dekabr 2013-cü ildə anadan olmuş Əli adlı uşaqların iddiaçı X5 yanında saxlanılması və xx.xx.2022-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi manat) sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh, onların evdə olmadığından istifadə edib, onlara və özünə məxsus əşyalarını da götürüb, Bakı şəhəri, Sovxoz Romanı qəsəbəsində yaşayan, X24 ilə getmiş və hal-hazıra kimi onunla ər-arvad kimi bir yerdə yaşayırlar. Onların bir azyaşlı qız uşağı da vardır. xx.xx.2023cü i tarixdə Pərvanə anası Kifayətlə onlara zəng edib, xahiş etmişdir ki, uşağa baxan yoxdur, onlar yazıqdır, gəlin aparın, özünüz saxlayın. X1 adlı taksi sürücüsü ilə gedib, uşaqları ikisini də evlərinə gətirmişdir. Uşaqlar bu günə kimi onların himayəsində yaşayırlar. Onlar analarının yanına getməkdən imtina edirlər. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 3418/2023 nömrəli qərardadı ilə iş üzrə əsaslandırılmış rəy alınması üçün mülki iş Şəmkir Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiya iş üzrə 5-76/2-9-28-583/2023 nömrəli xx.xx.2024-cü il tarixli məlumatını məhkəməyə göndərmişdir. Həmin məlumata görə Şəmkir Rayonu İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri İddiaçı, Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri Cavabdeh yaşadıqları ünvanda olmuş, müayinə aktı tərtib etmiş və tərəflərin hansının uşaqların təlim-tərbiyəsi ilə məşğul olmağa daha yaxşı qadir olması, uşaqların maddi təminat məsələsi, yaşadığı şərait və s. bu kimi hallarla tanış olmuşlar. Bu zaman məlum olmuşdur ki, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X17 babaları X8 himayəsində yaşayırlar. Şəmkir Rayonu İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Cavabdeh psixoloji vəziyyəti, uşaqlara baxım etmək iqtidarında olub-olmaması barədə yoxlanışdan keçməsinin qərar verildiyi, İddiaçı ölkə xaricində olduğu üçün komissiya iclasında iştirak edə bilmədiyindən, qərardadla bağlı rəy vermək mümkün olmadığı ilə bağlı rəy vermək mümkün olmamışdır. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər 2010-cu ildə faktiki evlənməklə, 16 yanvar 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X17 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri baş tutmadığından ayrılmış, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2259/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə X11 arasında olan rəsmi nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından 22 iyul 2011-ci ildə anadan olmuş Rəvanə və 28 dekabr 2013-cü ildə anadan olmuş Əli adlı uşaqların iddiaçı X5 yanında saxlanılması və xx.xx.2022-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi manat) sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. Daha sonra İddiaçı hər iki övladını yanına gətirmiş və 06 oktyabr 2023-cü il tarixdə yetkinlik yaşına çatmamış uşaqlarının onun himayəsində olmasının müəyyən edilməsi və aliment tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişdir. Həmin vaxtdan hazırki vaxta kimi xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X17 adlı uşaqlar ataları İddiaçı yanında yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X17 adlı uşaqların 2023-cü ilin oktyabr ayından hal-hazıradək atasının himayəsində yaşamalarını, atalarının həyat şəraitinin qənaətbəxş olmasını, həmçinin uşaqların hüquq və mənafeyini, həmçinin uşaqların fikrini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X17 adlı uşaqlar faktiki vəziyyətə uyğun olaraq iddiaçının (atasının) yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşaqlarının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşaqların gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşaqları saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia alimentin sabit pul məbləğində tutulması hissəsində qismən təmin olunmalı, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X17 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat pul tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X10 tarix 2023-cü ilin oktyabr ayından ataları İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh 22 iyul 2011-ci il təvəllüdlü X13 və 28 dekabr 2013-cü il təvəllüdlü X17 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 130 manat, cəmi 260 (iki yüz altmış) manat aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar