Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3171/2024 30.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh Nüsrət oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Nüsrət oğluna qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh Nüsrət oğluna qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlə birgə nikahda olduqları zaman doğulmuş, xx.xx.2020-ci il təvəllüdlü Ruqiyyə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması və çəkdiyi mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh keçmiş əridir. cavabdehlə nikahı xx.xx.2019-cu il tarixdə Gəncə ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində 559 saylı akt qeydi ilə rəsmiləşdirməklə evlənib ailə qurmuşlar. Cavabdehlə birgə ailə həyatından xx.xx.2020-ci il təvəllüdlü Ruqiyyə adlı uşaqları olmuşdur, cavabdehlə ailə münasibəti əvvəl normal olmuş, sonradan onun özünün təqsirindən pozulduğuna, heç bir halda birgə ailə şəraitində yaşamaqları mümkün olmamasına görə onunla faktiki olaraq 8 aydır ki, ayrılmışlar. O, himayəsində olan xx.xx.2020-ci il təvəlidlü Ruqiyyə adlı uşağı ilə qeyd olunan ünvanda yaşayır. Cavabdeh, uşağın saxlanması üçün könüllü olaraq heç bir maddi yardım etməməsinə görə də ona qarşı aliment tələbinə dair iddia qaldırmalı olub. Cavabdehlə nikahın pozulması və aliment tələbi üzrə mediasiyaya müraciət etmiş, ancaq ilkin mediasiya sesisyasından sonra prosesi davam etdirmək mümkün olmamasına görə ona xx.xx.2023-cü il tarixli, 00823- 2023 saylı arayış təqdim edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə, məhkəmə iclasında iddiaçının ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mövcud vəziyyətdə iddiaçı azyaşlı uşağın saxlanmasında tək başına çətinlik çəkir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaq böyüdükcə onun tələbatları da artır və maddi imkanı olmadığından uşağın tələbatlarını qarşılaya bilmir. Uşağın geyimi və qidalanması ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Cavabdehin maddi imkanı yaxşı olsa da, uşaq üçün heç bir maddi yardım göstərmir. Odur ki iddianın təmin edilərək, xx.xx.2020-ci il təvəlidlü Ruqiyyə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Nüsrət oğlu məhkəmə iclası zamanı izahatında bildirdi ki, iddianı qismən qəbul edir həqiqətən, iddiaçı ilə birgə nikahlarından xx.xx.2020-ci il təvəlidlü Ruqiyyə adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən ayrılmışlar. Hazırda birgə nikahından doğulmuş uşaq iddiaçının yanında yaşayır. İddiaçının tələb etdiyi kimi təmsil etdiyi şəxsin hər ay 235 manat aliment ödəmək üçün maddi imkanı yoxdur. Bununla belə iddiaçıya hər ay 200 manat məbləğində aliment ödəyə bilər. Odur ki izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Nüsrət oğlu ilə İddiaçı birgə nikahından 03 yanvar 2020– ci il təvəllüdlü, X3 adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2023–cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış”dan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasını davam etdirməyə razılıq verməmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Nüsrət oğlu ilə X1 xx.xx.2019-cu il tarixdə Gəncə ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla, nikah 559 nömrəli qeyd ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə “Rəhimov” arvada “Rəhimova” soyadları verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq evlənməklə, xx.xx.2019–cu il tarixdə lakin rəsmi nikah bağlamışlar. Birgə nikahdan 03 yanvar 2020–ci il tarixdə Rüqəyyə adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay, uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar ananın himayəsində yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay uşaq üçün 200 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh Nüsrət oğlunun yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 50 manat mediasiya xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 06 avqust 2024–cü il tarixdən başlayaraq, 03 yanvar 2020–ci il tarixdə doğulmuş Rüqəyyə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Nüsrət oğlundan hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh Nüsrət oğlundan 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına, 50 (əlli) manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3171/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3171/2024
30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver