Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3199/2025 08.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (anası) Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 04 iyul 2012–ci il tarixdə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində alimentin miqdarının azaldılaraq hər ay 170 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (anası) Nümayəndə məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 05 mart 2025–ci il tarixli qərardadı ilə 04 iyul 2012– ci il tarixdə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər təyin edilmiş 150 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiya olunmuş, yəni hər ay 240 manat məbləğində alimentin iddiaçıdan alınıb cavabdehə verilməsi qərara alınmışdır. Halbuki, təmsil etdiyi şəxs əvvəllər təyin edilmiş 150 manat məbləğində alimenti belə çətinliklə ödəmişdir. Belə ki, iddiaçı cavabdehdən ayrıldıqdan sonra ikinci dəfə evlənmiş və onun ikinci evliliyindən iki nəfər uşaqları doğulmuşdur. Həmçinin, iddiaçının rəsmi iş yeri yoxdur, sürücü işləməklə cüzi qazanc əldə edir. Belə olan halda təmsil etdiyi şəxs hər ay 240 manat məbləğində aliment ödəmək iqtidarında deyildir. Həmin alimentin alınması iddiaçını olduqca ağır vəziyyətə salır. Hazırda hər ay 240 manat miqdarında aliment ödəməsi onun maddi və əmlak vəziyyətinə heç bir halda uyğun gəlmir. Odur ki, 04 iyul 2012–ci il tarixdə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan tutulan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində alimentin miqdarının azaldılaraq hər ay 170 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, mövcud vəziyyətdə uşağın saxlanmasında tək başına çətinlik çəkir. Uşaq böyüdükcə onun tələbatları da artır və maddi imkanı olmadığından uşağın tələbatlarını qarşılaya bilmir. Uşağın geyimi, qidalanması və təhsili ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. İddiaçı sürücü işləməklə yaxşı qazanc əldə edir. Hesab edir ki, hazırda alimentin miqdarının azaldılması uşağın mənafelərinə uyğun gəlmir və onun vəziyyətini çətinləşdirir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 04 iyul 2012–ci il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. İşdə olan doğum haqqında arayışdan görünür ki, İddiaçı ilə X3 birgə nikahından 26 may 2014–cü il tarixdə Nəzakət adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir RİHB–nın Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli arayışdan görünür ki, İddiaçı ailə üzvləri arvadı X1, qızı X2 və oğlu X4 ibarətdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025– ci il tarixli 8(076)–139/2025 saylı qərardadından görünür ki, 04 iyul 2012–ci il tarixdə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–639/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 150 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiya olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər evlənmiş, birgə nikahdan 04 iyul 2012–ci il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, ayrıldıqdan sonra uşaq cavabdehin yanında qalmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025–ci il tarixli 8(076)–139/2025 saylı qərardadına əsasən 04 iyul 2012–ci il tarixdə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–639/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 150 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində (240 manat məbləğində) indeksasiya olunmuşdur. Məhkəmə işin yuxarıda göstərilən hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə isə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunmalıdır ki, iddiaçının hər hansı yüksək qazancı və ya gəliri yoxdur. Cavabdeh tərəf də iddiaçının maddi imkanının yaxşı olması ilə bağlı məhkəməyə hər hansı mötəbər mənbədən əldə edilmiş sübut təqdim etməmişdir. Məhkəmə diqqətdə saxlayır ki, iddiaçıdan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində (240 manat məbləğində) aliment tutulması nəzəri cəhətdən mümkün görünsə də, praktiki cəhətdən onun həmin məbləğdə alimenti ödəməsi qeyri–mümkündür. Belə olan halda iddiaçıdan 240 manat məbləğində aliment tutulması qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Həmçinin, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və cavabdehin yanında yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qanunvericilik uşağın saxlanılması vəzifəsinə münasibətdə valideynlərdən hər hansı biri üçün daha artıq vəzifələr müəyyən etməmiş, tərəflərin hər birinə eyni münasibət göstərmişdir. Yəni, valideynlər arasında ayrı–seçkiliyi qadağan etmişdir. Bu hallar onu deməyə əsas verir ki, hər iki valideyn uşağın saxlanması vəzifəsinə münasibətdə bərabər şəkildə öhdəliklər daşıyırlar. Bununla belə qanunvericiliyin digər müddəalarından müəyyən olunur ki, yuxarıda sadalanan bərabər öhdəliklər mütləq xarakter daşımır. Belə ki, alimentin miqdarı müəyyən olunarkən tərəflərdən hər birinin əmək qabiliyyətli olub–olmamaları, işləyib–işləməmələri, qazanclarının stabil və ya qeyri– müntəzəm olub–olmadığı, gəlirlərinin miqdarı və ayrıldıqdan sonra onlardan hər birinin ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklər nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 112.1–ci maddəsi də qeyd olunan mövqedən çıxış edərək artıq müəyyən olunmuş alimentin miqdarının tərəflərə münasibətdə artırılması və ya azaldılması üçün yuxarıda göstərilən halları (tərəflərin maddi, ailə, əmlak vəziyyəti və tərəflərdən birinin diqqətəlayiq digər halları) əsas tutmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər ayrıldıqdan sonra onların Zəhra adlı uşağı cavabdehin yanında qalmışdır. Onun ərizəsi əsasında iddiaçıdan tutulan alimentin miqdarı indeksasiya olunaraq 240 manat həddində müəyyən edilmişdir. Lakin iddiaçı heç bir yerdə işləmir, aylıq müəyyən qədər qazanca malik deyildir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib– keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024–cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və cavabdehin himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, 04 iyul 2012–ci il tarixdə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə tərəfləri əlverişsiz vəziyyətə salmır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025–ci il tarixli 8(076)–139/2025 saylı qərardadı əsasında 04 iyul 2012–ci il tarixdə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə İddiaçı tutulan alimentin miqdarı azaldılsın. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 04 iyul 2012–ci il tarixdə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2(076)-3199/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3199/2025
08.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver