Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3244/2024 16.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh və onun qanuni nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Aliment öhdəliyindən azad edilməsi tələbi”nə dair iddia ərizəsini məhkəmənin hazırlıq iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “Aliment öhdəliyindən azad edilməsi tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X6 86, ev 2, mənzil 13 ünvanında yaşayır. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı işin aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh və onun qanuni nümayəndəsi X3 hazırki işin Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə” X1 görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X6 86, ev 2, mənzil 13 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2–ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X6 86, ev 2, mənzil 13 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, bu səbəbdən hazırkı mülki iş Gəncə şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “Aliment öhdəliyindən azad edilməsi tələbi”nə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3244/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3244/2024
16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver