Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3281/2024 15.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı uşağın himayədə olması faktının müəyyən edilməsi, aliment borcunun silinməsi və aliment tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın himayədə olması faktının müəyyən edilməsi, aliment borcunun silinməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Nizami adlı uşağının onun himayəsində olması faktının müəyyən edilməsi, həmin uşağa münasibətdə xx.xx.2023-cü il tarixdən yığılan aliment borcunun silinməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 200 manat alimentin və 100 manat dövlət rüsumunun alınmasını xahiş etmişdir. İddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Nizami və Aylin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Lakin iddiaçı iddia ərizəsində Nizami adlı uşağının daim öz yanında olmasını qeyd etmiş, bu səbəbdən uşağın himayədə olması faktının müəyyən edilməsi, aliment borcunun silinməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Nizami adlı uşağın onun yanında olması, bu səbəbdən aliment borcunun silinməsini tələb etdiyi halda, borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmurununa müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Belə ki, Ailə Məcəlləsinin 106.5–ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və iddia ərizəsi yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Bununla belə iddiaçıya aliment borcunun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmurununa müraciət etmək, tələbinin təmin edilmədiyi halda icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Eləcə də, iddiaçı, iddia ərizəsinə əlavə edilən sənədlər siyahısının 3-cü sırasında qətnamənin əslini ərizəsinə əlavə etdiyini qeyd etsə də, iş materiallarında həmin qətnamə aşkar olunmamışdır. Bu barədə Şəmkir Rayon Məhkəməsində akt tərtib edilərək imzalanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı uşağın himayədə olması faktının müəyyən edilməsi, aliment borcunun silinməsi və aliment tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya, aliment borcunun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmurununa müraciət etmək, tələbinin təmin edilmədiyi halda icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3281/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3281/2024
15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver