Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-340/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin əmək haqqından tutulması” tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü Berfin adlı uşağın saxlanılması üçün Cavabdeh aylıq əmək haqqının, qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə 2019-cu ildə rəsmi evlənib ailə qurmuşlar. Birgə yaşadığı dövrdə onların xx.xx.2023-cü il təvəllüdlü X4 adlı bir övladları doğulmuşdur. Cavabdehlə aralarında narazılıqlar yaranmış və ayrılmışlar və ərarvad münasibətlərini kəsmişlər. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1615/2023 saylı qətnaməsi ilə cavabdehdən uşağının saxlanılması üçün hər ay 220 manat aliment tutulması qət edilmişdir. Hazırda həmin vəsaitlə uşağının maddi ehtiyaclarını ödəyə bilmir. Cavabdeh kapitan rütbəsində zabitdir və kifayət qədər əmək haqqı alır. N saylı hərbi hissədə xidmət edirdi hal-hazırda Naxçıvan MR Şahbuz rayonu "050” saylı hərbi hissədə xidmət edir və kifayət qədər əmək haqqı alır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edib cavabdehdən uşağının saxlanılması üçün aliment tutulmasını istəmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il təvəllüdlü Berfin adlı uşağın saxlanılması üçün Cavabdeh aylıq əmək haqqının, qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 izahatında bildirdi ki, iddiaçı onun qızıdır. İddiaçı Banı ilə cavabdeh Səbuhi birgə nikahından bir övladı doğulmuş, Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü Berfin anasının yanında saxlanılması üçün cavabdehdən 220 manat aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda ona məlum olmuşdur ki, cavabdeh yüksək əmək haqqı almaqla ona alimentdən başqa heç bir köməklik etmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X10 iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh onun oğludur. İddiaçı ilə onun oğlu Cavabdeh 2019cü il tarixdə ailə qurmuşlar, birgə nikahdan 1 övladı doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin birgə nikahdan doğulmuş Berfin adlı uşağın anasının yanında saxlanılması üçün 220 manat aliment təyin edilmişdir. Hazırda həmin məbləği ödəməkdə çətinlik çəkir. Cavabdeh 1200 manat yaxın əmək haqqı alır, lakin iddiaçı Banı özü boşanmaq istəyib, 220 manat aliment isə nikah pozulduğu vaxtdan ödənilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 1615/2023 saylı qətnamədən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 26 aprel 2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-14/2-5196/2 nömrəli məktubun sürətindən görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən baş leytenant Cavabdeh hazırda N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 00690-2024 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmiş və İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 2019-cu il tarixdə ailə qurmuş, birgə yaşadıqları vaxtda xx.xx.2023-cü il təvəlüldlü Berfin adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1615/2023 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 26 aprel 2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Hazırda Cavabdeh müntəzəm gəliri olduğundan iddiaçı uşağın saxlanılması üçün aylıq əmək haqqının, qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tələb etməkdən haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh aylıq əmək haqqının, qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 mislindən az olmayaraq aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1 –ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 8.11-1–ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Həmçinin, 2024–cü ildə də ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını, eyni zamanda cavabdehin baş leytenan olmaqla müntəzəm əmək haqqı almasını və bilavasitə iddiaçının uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh aylıq əmək haqqının, qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 mislindən az olmayaraq aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh aylıq əmək haqqının, qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 mislindən az olmayaraq aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-340/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-340/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver